Getmək qalmağın edamıdır

Şərhlər: 4
Baxılıb: 2 089
Səs ver:
(səs: 1)
Getmək qalmağın edamıdır.Get sən də..Gedərkən sol cibimi apar özünlə, üşüyəndə ümidlərivi qoy cibimə.Deməki necə getmək olar? Hardan getmək olar? Nə cür getmək olar? Cəhənnəm ol çıx get birtəhər.Atam da getdi Anamdan.Ver yalnızlığıvı Allaha, tək qal özünlə, dul qal özünlə, get özündən.Düşünmə insan gedəndə unudulur, düşünmə məni.Nədir bu getmək, kimdir bu getmək, hardan gəlir? Get "Kamyu" kimi, get "Qorki" kimi, get "Hess" kimi, get"ƏCLAF" kimi...Deyəsən məhlədə bayramdı yenə.Bayram münasibəti ilə Atam da söyəcək Anamı, Atamın təbriki bu olur həmişə Anama.Yandıracaqlar yenə tonqal, yenə düşəcək işığı pəncərəmizə...Getmək qalmağın edamıdı? Bilmirəm! Bax indi içkiliyəm, yazıram bu sözləri."Vaqif Mustafazadə" var sözlərimdə, sözlərimdə bir küçə, küçədə gizlənib "Akif İslamzadə".Küçədir getmək? Yoxsa gedərkən gedişindənki itməkdir küçə? Gedir küçədən bir insan, qoymayın getsin yalvarıram.Gedişində var Allah, Allah yalvarıram gəl.Gedir axı bu insan, qoyma getsin Sən axı Allahsan.Sən susdun ölərkən uşaqlar Fələstində..Suriyada..Terrorda.Burax müqəddəsliyi, ucalığı.Yaxşı Snə inanram.Gəl bitməsin içkimiz, otur içək..Blirsən nə eşitmişəm? Deyirlərki Hindistanda Səndən daha müqəddəsdi inəklər.Bilirsən nə eşitmişəm? Deyirlərki Çində Səndən daha müqəddəsdi heykəllər.Bəlkə qabırğamı verim Sənə? Sındırıb insan yaradasan.Bəlkə ümidlərimi verim Sənə? Əzir bu insanlar ümidlərimi torpaq kimi.Ģedirlər insanlar, amma Sən otur Allah getmə.Qoy onlar getsinlər Anasını itirən övlad kimi...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 089
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri