Hər kəs bir gün gedər

Şərhlər: 8
Baxılıb: 4 221
Səs ver:
(səs: 3)
Baxma insanların çox sevirəm dediklərinə.Çətinə düşəndə asanı seçərlər.Səni dəlilər kimi sevirəm deyənlər,bir gün heçnə olmamış kimi ağıllıca gedərlər.
Aldanma,səni ölənə kimi sevəcəm deyən insanların səmimiliyinə.Çünki sıxılanda səni öldürüb gedərlər.
Sırf iki-üç xoş söz dedi deyə,yeni tanıdığın birinə özündən də çox güvənib,asanlıqla qəlbini ona əmanət etmə.Ona görə ki,qəlbini fəth etmək üçün iki-üç gözəl söz deməyi bacaran insan lazım gəldiyində iki-üç ağır söz deyib qəlbini də qırar.
Səninlə xəyallar qurub xoşbəxtlikdən üzündə təbəssüm yaradan insanlara da çox alışma.Xəyal qurmaq kimi sənə xəyal qırıqlıqların da məhz onlar öyrədər.
Həmişə yanında olacam deyən insanlara da çox bel bağlama.Ona görə ki,ən çox onlar getməyi seçərlər.
Və həqiqət budur ki,hərkəs bir gün gedər.Kimisi öz ayağı ilə həyatından çıxar,kimisi isə içindən gedər...
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri