Darıxıram sənin üçün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 18 255
Səs ver:
(səs: 0)
 
Əziz xanımlar! Bu yazını Sevgilim əsgərlikdə olarkən yazmışam. Həsrət dolu sözlər,həsrət dolu yazımı oxusanız
şerh yazmağı unutmayın..

Danışmaq istəyirəm səninlə,səsini eşitmək istəyirəm..

 Bəzən telefondakı danışıqlar bəs etmir..

                                                         Mesajlar....!

Səndən gələn bir mesaj acımı yüngülleşdirer,

                                                              Zənn edirəm.

Amma,bilirəm ki,bu da mənə kifayət etməz.

Çünki,darıxdığım səsini və hissini özündə birləşdirən bir insandı..

Bu insan bilirsən kimdi?

Bəlkə uğruna ölə biləcəyim  bir insandı..

Bəlkə mənim üçün həyatda ən dəyərli insandı....

Onu və ona olan sevgimi sözlə anlatmaq mümkün deyil

Kəlimələr yetməz,sətirlər tükənər

Bu insan sənsən,Sevgilim...

                 Mən bu hissə cəlb edən...

Sevgini anlatan,sevməyi öyrədən,

Sənsən,Canım.

 Bilirəm ki aramızda kilomertlərcə məsafə var.

Buna baxmayaraq,ürəyim hər zaman sənə bir

                                 nəfəs kimi yaxındır,Həyatım!

 Gələcəyinə az qalıb...

                      Bu həsrətli günlərin bitməsinə,

Bir-birimizə qovuşacağımız günə az qalıb,Sevgilim..

Bilirsən?   Hər gün o günü xəyal edərək,

Gözlərimin önündə səni canlandırıraq yuxuya gedirəm.

O gözəl günlərimizi düşünüb,xəyala dalaraq,

                                    DARIXIRAM SƏNİN ÜÇÜN..!

Bilirəm ki,bu yalnız bir xəyaldı.

Amma,nə edim,xəyalı belə çox gözəldi.

                        Səninlə keçən günlərimin biri kaş ki,bu gün olaydı.

Bəlkə də indi mənə çox ehtiyacın var.

                                                 Sevgimə.....

Amma,neyləyə bilərəm,Canım? Müvəqqəti olaraq bir-birimizdən uzağıq.

Az qalıb,səbr et. Mən də sənin üçün çox darıxıram.

Sənə indi hər kəsdən çox ehtiyacım var,Sevgilim...

Sabahları yuxudan durmaq istəmirəm,

Bütün günümü yatmaqla keçirmək istəyirəm.

                                         Çünki,zaman tez keçir..

Sənsizlikdə olan bütün günlərimi yox etmək istəyirəm.

                                                 Yoruldum......

Sənin yolunu gözləməkdən,sənə qovuşa bilməməkdən.

                                                                 Yoruldum artıq...

Hər çətin günlərin arxasında gözəl günlər vardır deyərlər.

                                                              Gözləyirəm...

Gözləyirəm ki, o gözəl günlər gəlib bir gün bizi də tapacaq.

O zaman sənə və sənin gözlərinə baxaraq.

         "Qovuşduq Sevgilim"-deyə qışqıracam.

Səni çooox sevirəm,Həyatım deyəcəm.

            Bu sənə olan sevgimdən və məndən hədiyyə olsun,Canım.


Yazdı: "Sənin üçün ürəkdən çox sevən,darıxıran.."

                                                             Sevgilin.....



(səs: 0)
Şərhlər: 1
Baxılıb: 18 255
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri