Baxmayın güldüyümə toxunmayın ağlaram...

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 6 003
Səs ver:
(səs: 0)
Baxmayın güldüyümə toxunmayın ağlaram...
 

Bir xəyanət düşündüm...qırıq mərmərdən ürəyi...edam vərəqəsinə bükülmüş vicdanı...

Naləsi qulaqlarımı kar edən,sevgisi gözlərimi kor edən xəyanət ...ürəyimi kövrəldən bir sevgi... tarix oxuyan şagirdin əsrlər öncə yaşamış bir şaha vurulması qədər qəribə və saf bir sevgi...və ya xəyanət...

 

Sizler İçinizdə hər kəsdən gizli yalnız özünüzün tanıdığı bir "Sizlə" söhbət etdinizmi?? Menmi? Her zaman etdim.. 

 

Baxmağın təsəlli verdiyimə,hər zaman bir təsəlli,ümid verici kəlmə möhtacıyam mən...

Baxmayın "Vecinə də alma" dediyimə hər şeyi ürəyimə salıb da,orda dərd qalası tikən mənəm ...

Baxmayın "Unut getsin " dediyimə unutmaq üçün ölüm dirim savaşındayam...qəlbimlə,gözlərimlə,beynimlə...3-ə qarşı təkəm mən.Uduzuram deyəsən...!!!Unutmamaq kimi bir nəhlətə tutulmuşam mən...

 

Bir ölüm düşündüm...əsrlər öncə yaşanmış bir ölüm...hamının susqunluğla izlədiyi bir ölüm...

Üzərinə edam vərəqələri deyil, sənə olan sonsuz heyranlığımı sərəcəm ölsən əgər qəlbimdə.. Unutsam eger seni..

 

Baxmayın gözlərimdəki həyat eşqinə onlar bir zamanlar gözlərimdə doğan xoşbəxtlik günəşindən qalan kiçik qığılcımlardır...Mən də o qığılcımların təsəllisi ilə yaşamaq üçün gəlmişəm bu dünyaya...

Baxmayın ərköyünlüyümə,baxmayın şıltaqlığıma içimdə hər şeyə güzəştə gedən birdən-birə böyüyən bir "Mən" var...Tez böyüdüm axı mən...?!

 

Baxmayın tərsəm dediyimə o tərsliyimi də firladib atmağı bacardim mən...

Baxmayın ətrafımın insanlarla dolu olmağına təkəm mən...Zülmətdə olan qığılcım qədər təkəm mən...

 

Baxmayın çox dəyər verirəm,baxmayın çox istəyirəm qırıldısa bu ürək "bir dəfə" silərəm mən bütünlüklə.

Baxmayın daima harasa tələsdiyimə gözləyənləri varmış kimi...Tələsməyə yerim yox...Sadəcə zamandan qaçıram..görmək istəmədiyim reallıqdan qaçıram..

Baxmayın güldüyümə toxunmayın ağlaram...Amma yenə də,Yenə də həmişəki kimi ürəyimdə ağlaram....Çünki mən əslində ürəyimdə yaşaram...Gerçəklikdə yox ki?!

 

Buda Men.. heckesin tanimadigi Men..

 

Ey Sevgili ..Sənə son dəfə bunu söyləmək istərdim...Səni heç bir vaxt, heç bir zaman görməyəcək qədər şanssız...Sənə olan rəğbətimi hər gün içimdə böyüdəcək qədər vəfalıyam....


Redakte etdi: Pretty girl

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri