"Mənim sevgim mənim sərvətimdir"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 144
Səs ver:
(səs: 0)

 Yeri gəlmişkən “sevgi” sözü bəzilərimizin təbiətin bu nemətlərinə olan həqiqi münasibətini o qədər də dəqiq əks etdirmir. Bəziləri öz həyatlarını meyvəsiz təsəvvür etmir.

Ona görə ki:
* Bu həzz üçün bizə puldan başqa heç nə ödəmək lazım deyil, bu həyatda ən nadir hallardan biridir.
* Biz onları vicdan əzabı çəkmədən nə qədər istəsək o qədər yeyə bilərik.
* Qəti şəkildə əminəm ki, meyvələr bizim gənclik iksirimizdir – onlar dərimizin yumşaq, bədənimizin gözəl, saçlarımızın ipək kimi, gözlərimizin isə parıltılı olmasına köməklik göstərirlər.
* Meyvələr bizim yazıq orqanizmimizi bizim özümüzdən qoruyan əfsanəvi “sehrli badə”dir. Çünki bizim həyat tərzimiz “düzgün” anlayışına o qədər də uyğun gəlmir. (Çoxlu meyvə yemək şakərimiz istisna olmaqla)


Məqamı tutmalı
İndi meyvələri ilboyu yemək olar, lakin bu, bizdən bir neçə ay uzaqda olan sentyabr ayında meyvələrin bol olduğu vaxtla müqayisədə o qədər çox təsir bağışlamır. Təsadüfi deyildir ki, həkimlərin müşahidələrinə görə ən möhkəm sağlamlığa payızın sonunda ailə qurmuş şəxslərin övladları malik olurlar. Bu fakt evlənən gənclərin toyqabağı vitamin “hücumuna” məruz qalmasının bariz nümunəsidir. Cənab alimlərin dediyinə görə, məhz mövsümi meyvələrdə bioloji aktiv maddələr daha çox olur. Həm də meyvənin bitdiyi yerdən bizim masaya qədər olan məsafəsi nə qədər az olarsa o qədər daha qiymətli və xeyirlidir. Bundan əlavə bağlarda, dirriklərdə, bostanlarda yetişən meyvə və tərəvəzlərdə bədnam nitratlar daha az olur.


Meyvə paradı
Gilas iyun ayında yetişir. Bir çoxunun sevdiyi meyvədir. Bəziləri deyir ki, gilasda vitaminlər çox azdır, onun ancaq dadı var. Bu ağ yalandır, onda kifayət qədər vitamin vardır, yeyin peşman olmazsınız.

Albalı iyul ayında dərilir. Albalı sanki qadınlar üçün yaradılıb. Onda birləşdirci toxumanın qüvvətləndirən maddə vasitəsi ilə bizim dərimizin elastikliyini bərpa edir, həm də dərinin solğunlaşmasına səbəb olan fermentlərin məhvinə gətirib çıxarır. Albalı eyni zamanda toksinləri orqanizmdən çıxarır, piyləri neytrallaşdıraraq onları qana daxil olmasına mane olur.

Qarpız çox ləzzətli və faydalı giləmeyvə olmaqla yanaşı, həm də güclü kosmetik vasitədir. Özü də daxildən təsir göstərir. Qarpızda çoxlu su və hüceyrələr, bir də yuyucu xassəyə malik maddələr vardır ki, onlar da orqanizmin şlak və xolesterindən təmizlənməsinə kömək edir. Qarpız sadəcə olaraq orqanizmdə “fundamental”təmizləmə aparmağa qabil olan əvəzedilməz giləmeyvədir. Özünüzə qarpız qonaqlığı təşkil edin, qara çörək və pendiri də unutmayın.

Yemiş çox şirin həm də çox xeyirlidir. Yemiş doyumlu olmasına baxmayaraq, tamamilə kalorisizdir. O, həm mülaicə edir, həm gəncləşdirir, həm bərpa edir həm də qoruyur. Lakin bir “əmma” da var, yemiş heç vaxt “tünlüyü” xoşlamır, onu həmişə ayrıca yemək lazımdır. Ən yaxşısı isə gün ərzində yalnız yemiş yemək yaxşıdır.

Armud da çox faydalıdır. Çoxları armuda təkcə yeməli bir nemət kimi baxırlar. Artıq çəkiyə malik insanlara armud yeməyi məsləhət görmürlər. Cəfəngiyyatdır! Əvvəla, armudda şəkər almada olduğundan xeyli azdır. Şirinliyinin səbəbi isə turşunun miqdarınınaz olmasıdır. İkincisi armudda olan vitaminlər, zülal komponenetləri tarazlaşmış formadadır, bu da insan orqanizmindəki maddələr mübadiləsinə çox yaxşı təsir göstərir.

Üzüm meyvəyə hopmuş günəş enerjisidir. Mübaliğəsiz! Üzüm (həmçinin kişmiş) meyvələr arasında ən qüdrətli enerji donorudur. Yorğunluq və taqətsizlik zamanı məhz ondan istifadə edirlər. Üzüm təkcə qüvvəni bərpa etmir həm də əsəbləri sakitləşdirir, depressiya zamanı əla təsir göstərir. Üzümdən həm də yaxşı qanyaradan vasitə kimi anemiyada istifadə edilir.

5fakt
Bir banan insanın gün ərzində lazım olan kalium və maqnezium tələbatını ödəyir.

Yarım avokado özü boyda olan qabırğalı ətdən 4dəfə çox zülala malikdir.

3 ərikdə insana gündəlik lazım olan A vitaminin yarısı vardır.

Bir fincan albalı gündəlik lazım olan A vitamini dozasının dörddə birini ödəyir.

Bir kivi insanın gündəlik C vitamini dozası ilə təmin edir.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri