Sus nə olar...

Şərhlər: 5
Baxılıb: 1 918
Səs ver:
(səs: 0)
Süzülüb tökülməsin üzərinə səma ... Mənimlə ağlarkən adını ürəyinə qazıtsan da sevdiyini izah edəcək gücün varmı? Dodaqlarım adını söyləsə də, qollarım xəyalını qucaqlasa da içimi ağrıtmaqdan başqa etdiyin varmı? Ümidlərdir insanın sarılacağı, gözlərin baxışlarıdır sevdiyini izah edən... Sözlərdir aciz qalıb sevgini izah edə bilməyən... Səhv anlama, sevdiyim, ağlamaq istəmirəm... İçimi ağrıtmaqdan, gözlərimi ağlatmaqdan başqa etdiyin varmı? Hər mahnıda kədərlənib qəhr olmaqdan, bizim mahnımızda qəhirlərlə dolusu ağlamaqdan... Xəyalları ,qanayan yaralarına qucaqlamaqdan başqa etdiyin varmı? Ulduzlara bənzədib əllərimi uzadıb tuta bilməməkdən, göyqurşağını saçlarına tac edə bilməməkdən, Küləklərin qanadlarına sevdamı yazmaqdan, Dodaqlarımdakı buseleri qırılıb yerlərə tökməkdən başqa etdiyin varmı ? Sus, sevdiyim, sus!!! Köz etmə yaralarımı, yaralarıma qucaqlayacaq sevdammı var?... Gözyaşlarıma toxunacaq əllərmi var?... Yoxsa sənə təqdim ediləcək bir dilim eşqmi var?... Nə olar sen de sus , ürəyim!!! Dəli külək olub əsmə, əsib də canımı ağrıtma... Gözlərimə qanları doldurma, kəfən etmə bədənimə hər şeyi... Sus nə olar!!! Ağrıtma canımı bu qədər, dözəcək gücüm yoxdu bilirsən... Yoxsa səni də çıxarıb canlı-canlı basdıraram, ürəyim... NƏ OLAR SUS!!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri