Tərk edildim unuda bilmirəm Allah =(

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 312
Səs ver:
(səs: 0)

Ayrılıq ağrısı çəkən hər kəsə verə biləcəyim  ən yaxşı niyyətli tövsiyə, zaman və səbirdir; özümə də!
Bütün bu səfilliyin yaşandığı, insanın özünü pərişan və asılı hiss etdiyi anlar, bir daha əsla başqasını sevə bilməyəcək olduğuna dair eşidilən qüvvətli inancla birləşər və təəssüf ki, adam, əsla özünü layiq olmayan o köhnə sevgiliyə ilişib qalar.
Onun sizin üçün ən doğru adam olduğunu düşünür olmanız, bunun gerçəkdə doğru olduğu mənasını verməz. Sizin üçün doğru insan, sizi sevəcək və sizinlə birlikdə olmaq istəyəcək insandır. Bu ankı halıma  baxaraq söyləyə bilərəm ki; axtardığımız eşq o deyil! yoxsa yanımızda olardı deyilmi?
Gedənin ardından çəkilən yas, qətiliklə lazımlı və yaşanması lazım olan bir dövrdür. Hətta bu ağrını doya doya yaşamadan, üstünü örtərək və fərqli bəhanələr sürərək sovuşdurduğunu zənn etmək, irəlidə böyümüş şəkildə qarşınıza çıxacaq problemlərə səbəb olar.
Sevdiyin insandan ayrılmaq ağrıdır amma dünyanın sonu deyil. Ölmədiniz, yaşayırsınız və siz bu həyatda var olduğunuz müddətcə, özünüzə daha gözəl bir həyat hazırlama şansınız var. Niyə bunu qiymətləndirmək yerinə, artıq sizinlə olmaq istəməyən birinin ardından ağlayırıq?
Sevirdiniz amma bitdi! Yaxşı, ağlayın, içinizdəki kədəri boşaldın  və sonra ayağa qalxın Özünüzə yeni bir həyat qurun çünki bu həyat sizin! Kimsəyə nisbət olsun deyə deyil, köhnə sevgilinizi qısqandırmaq üçün də deyil, yalnız özünüz üçün, yeniyə hazırlanın!
Daha yaxşı bir həyat planlayın və layiq olduğunuz şeyləri yaşayın. Özünüzü neyə aylıq görürsünüzsə, onu seçin. Sizi tərk edən bir adamın arxasından davamlı ağlayaraq, aylarınızı, illərinizi xərcləmək istəyirsinizsə, çox heyif.Həyat sizindi onu doya doya heç kimə və heç nəyə qurban vermədən yaşayın!

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 312
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri