Hamımız bir şeylər gizləyirik və hər şey yolunda imiş kimi davranarıq..

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 507
Səs ver:
(səs: 1)
Biraz zaman keçsin hər şeyi unudacaqsan, biraz zaman keçsin hər şey səni unudacaq..

Gənclərə demək istəyirdim ki, özüləri ilə tək qalmağı bacarsınlar, tək qalmağı sevsinlər. İndiki gənclərin bədbəxtliyi hansısa səs - küylü, hardan aqressiv fəaliyyətlərin ətrafında birləşmək istəyi tək qalmaq üçündür və pis göstəricidir. Məncə hər insan uşaqlıqdan tək qalmağı öyrənməlidir. Əslində bu tənha olmaq demək deyil. Bu özünlə darıxmamaq deməkdir..

Bizi həyatın ağır yükündən və iztirabından qurtaran tək söz sevgidir..

Bizim beynimizin inkişafına ve daha çox düşünməsinə mane olan məkanlar deyil, digər insanlardır...

Hamımız bir şeylər gizləyirik və hər şey yolunda imiş kimi davranarıq..

Məni itirdiyini sənə mənim qədər dəyər verən birini və sonra da məni tapmadıqda anlayacaqsan

Uğruna bir şeylərdən imtina edəcəyin insanı tapmaq asan amma heç bir şeydən imtina etmək məcburiyyətində qalmayacağın insanı tapmaq isə olduqca çətindir..

Yalnızlığa məğlub olmamaq üçün tez-tez xəyallar qurulur,amma əslində nəyin xəyalını qurursan qur yalnızlıq hər xəyalın sonudur..

Bir qadının qədəri; sevdiyi adamın xəyanətiylə, sevmədiyi adamın sədaqəti arasında yazılar.

Zaman ... gözləyərkən çox yavaş, qorxarkən çox sürətli, kədərliykən çox uzun, sevincliykən çox qısadır..

Qadınlar sözləri ilə deyil, gözləriylə danışar əslində.
Buna görə onları anlamaq üçün dinləmək çatmaz,
izləmək gərək yalnız..

Problemləri insanlarla üz-üzə danışaraq həll edə bilərsən, ancaq bəzən qarşına elə insanlar çıxar ki, hansı üzünə danışacağını tapa bilməzsən..

İnsanların öldüyünü gördüm.
Sevənlərin ayrıldığını.
Hər gün təkrar edən zülmü və aclığı.
Bütün bunlar mənə göstərdi ki, həyatda heç bir şey acı çəkən bir insana eşidəcəyimiz empatiden əhəmiyyətli deyil.
Heç bir şey ! Nə kariyera, nə sərvət, nə zəka, nə mövqe.
Soylu bir həyat yaşayacaqsaqHər şey dəyişəcək, başqalarının ağrılarına laqeyid qala bilmərik..

Hər şey dəyişəcək, təbiətləri budur.
Bir gün müvəffəqiyyətli, bir gün müvəffəqiyyətsiz olacaqsan; bir gün zirvədə, bir gün dibdə olacaqsan.
Amma içində bir şey həmişə eyni qalacaq; və o bir şey sənin həqiqətindir..

Hər zaman daşlaşmayan ürəyə, yorulmayan ədəbə, və incitməyən toxunuşa sahib olun.

Hər insanın içində pis və yaxşı yan- yana dayanır, hansını bəsləsən o qalib gələr.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri