Hər dəfəsində bağışladım!!!

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1503
Paylaş:
Səs ver:
(səs: 0)

  Axtardığınız adama bu anda çatıla bilmir deyən o insana küfr edərkən; əslində özüməmi eseblenirem, yoxsa heç cür sevgisinə əmin ola bilmədiyim o vəfasızamı? 
Telefonunu nə vaxt bağlasa, səhərə qədər ortadan itən və əsla harada olduğunu bilmədiyim bu adamı, illərcə qoynuma alib götürdüyüm üçünmü hirsliyəm?
Ah ürəyimin dayanmaq bilməyən ağrılı eşq, həqiqətən bunun adı eşqmi? Heç cür sahib ola bilmədiyim üçünmü çox sevdim? Heç cür sahib ola bilmədiyim üçünmü çox sevdiyimi sanıram?
Xəyanət etdiyini bilirəm, bu anda üstəlik, tam bu saatda! Mən mərasim kimi süfrələr qurub onu gözləyərkən, o hansı pomadalı qəhqəhəyə yoldaşlıq edir?
Qaldırıb atmaq istəyirəm bu eşqi içimdən, amma səbəb təyin edə bilmirəm.Kim bağlayır əlimi, qolumu? Mənim qədər ümüdsüzmü bütün aşiqlər? alın yazısı deyə bilərəməmmi yəni, sabah əlində bir dəstə çiçəklə, dilində min yalanla gələcək bu adamı yenidən bağışlamağa gücüm çatarmi?
Hirsim kimədir? Hirsliliyim onamı? Əlbəttə ona! Onu sevməkdən və ömürümü ona həsr etməkdən başqa nə etdim? Sevginin, intimuallığın, qadınlığın mənə bexş etdiyi hər şeyi verdim ona, bir də illərimi. Dostu oldum, Nə istəyirsə önünə sərdim. O nə etdi? həmişə məni aldatdı! Mən nə etdim? həmişə aldadılmağa göz yumdum…
Niyə icazə verirəm məni belə ağrıtmasına? Niyə bitirmirəm bu ağla sığmaz əlaqəni? Niyə heç cür ayrıla bilmirəm? Dəfələrlə xəyanət etdiyini bilə-bilə bağışlayıb, alib götürmədimmi qoyuma? Dəfələrlə yenidən verdiyi sözlərə aldanmadımmı? Aldanmaq istəmədimmi?
Günah artıq onda olmamalı! Artıq bu günah onun deyil, mənim! Ona sahib ola bilmədiyim üçün yaralanır qürurum. Məni hər aldatdığında daha çox ağrıyır içim və daha çox hirslənirəm. Həzm edə bilmirəm, yola gətirmək üçün məşğul oluram. Hər dəfə daha çox məğlub oluram və hər dəfə əslində ona deyil, özümə bıçaq batırıram.
Bir gecə yarısı yatarkən onu seyr edib, öldürmək üçün planlar edən mən deyilmiydim? Bir insanı öldürəcək qədər bağlandınsa, bunun adı artıq sevgi ola bilərmi? Bu ehtiras yalnız, eşq deyil. Dəfələrlə eyni səhvi edərək, yenidən özünü Qanatmaq, özünü aldatmaq..
O hər üzr istədiyində, içdən içə yenidən edəcəyini bildiyim halda bağışlayırsam; xəyanət mənim özümə etdiyimdir, onunki deyil…..
Kimsə mənim qədər sevdimi?
Redakte etdi: PRETTY GİRL

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1503
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook