BİR XƏYAL QURDUM....

Müəllif: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 4950
Paylaş:
Səs ver:
(səs: 6)

 

 

Bir xəyal qurdum, «Alınmayacaq, boşa ümidlənmə»-,dedilər.

Bir günəş istədim, «Günəş var»-,dedilər. «Bəs niyə görmürəm?»-,dedim. «O sənin içini isitmir, hiss etmirsən»-,dedilər.

Günəşli gün...Amma içimdə küləklər əsir. Alıb aparır məni uzaqlara...Mənə yaxın, əl çatmayan uzaqlara...Tab gətirə bilmirəm bu fırtınaya...Sükutumu pozan fırtına, din artıq!...İçimə axan göz yaşlarım, dur artıq!...Məni sıxan tənhalığım, dağıl artıq!...İçimi dağıdan fırtına, görün artıq!.. Bəsdir arzularımı, xəyallarımı sovurdun! Bir azda ətrafımı sovur. Onsuzda gedəcək nəsə qalmayıb, hər kəs, hər şey uzaqlaşıb məndən… Sənin gətirdiyin təklik qalıb sadəcə..Onu al, hər şeyi geri gətir...İstəmirəm yalandan gülmək...Yalandan «yaxşıyam» demək..Mən həmişə pisəm....Unudulmuş yaralarım, məni sıxan divarlarım var… Sərhədlərimi istəmirəm..Qadağaları istəmirəm..İşıqlı bir gün, gözəl səma, içdən gələn bir gülüş istəyirəm..Sadəcə bir gülüş...Çox yox...Həyat, ver mənə xoşbəxtliyimi, azadlığımı, sevincimi...Al tənhalığımı, saxta gülüşümü...İstəmirəm..İstəmirəm..Sükut istəmirəm...

Anla, həyat, acizəm qarşında..Gücüm çatmır..Yoruldum artıq..Yoruldum mübarizədən..Gücsüzəm..


Bir xəyal qurdum, «Olmayacaq, boşa ümidlənmə»-, dedilər.

Aydın səma istədim, «Qara buludların var»-, dedilər.

Yağış istədim, «Göz yaşların var»-,dedilər.

Günəş istədim, «Dağılmayan qaranlığın var dedilər»-, dedilər.

Bir təbəssüm istədim, «Sənə yaddır»-, dedilər.

Həyat istədim, «Xoşbəxt olmayacaqsan,yaşama»-, dedilər..

Özümü geri istədim, «Artıq gecdir»-, dedilər.

Xoşbəxtlik istədim, «Hər şey öz əlindədir. Xoşbəxtliyini özün yarat»-, dedilər.

«Bacarmıram»-, dedim. "Özünə güvən"-, dedilər.

 

 

Redakte etdi: PRETTY GİRL

 


loading...
(səs: 6)
Şərhlər:
Baxılıb: 4950
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv