BİR HƏVƏSDİM SADƏCƏ...

Müəllif: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1696
Paylaş:
Səs ver:
(səs: 1)

Bir xəyalım vardı mənim əslində,

Hər gecə yatağıma yatdığımda arzuladığım bir xəyalım,

Başımı yasdığa qoyduğum o an gözümün qarşısından silinməyən xəyalım.

Sənin bir neçə dəqiqə içində yerdən yerə vurduğun o təmiz xəyalım.

Rəngarəng ümidlər buraxarkən ovuclarına arzuladığım xəyalım vardı mənim. 

Özümdən belə saxladığım sirrlərim vardı mənim,

Səni sevdiyim gerçəyini yalanladığım vardı həmişə.

Yağan yağış dənələrinin altında qışqırmaq istədiklərim vardı insanlara,

" Bəli, Bəli Sevirəm öyrəndiniz " demək kimi məsələn. 

Bilərsənmi sən ən mavi səmanın qaranlığını,

Məndəki də sual işdə, haradan belə bilərsən ki sən!

Sən sevənin ürəyindəki duyğuları necə hiss edə bilərsən ki!

Bu oyunun qaydalarını qoyan sənsən mənsə yalnız bir piyada. 

Soruşmadan dayana bilməyəcəyəm,

Gecənin içindəki səssizlikdən gələn dərin səsləri duya bildinmi heç ?

Səhər oyandığında məsələn quşların sənə pıçıldadıqları səsləri duya bildinmi heç sən,

Heç səni sevən bir ürəyin hiss etdiklərini hiss edə bildinmi?

Hiss edə bilməzsən!

Çünki sən mənim kimi səni sevdiyim kimi ürəkdən sevə bilməzsən.

İndi söylə baxaq ürəyimdə ağrını hiss edə bilirsənmi?

Gözlərimdə sənin üçün böyütdüyüm sevdanı görə bilirsənmi

Amma sən kimi ola bilmirəm mən yenə də.

Nə oldu mənə belə. Niyə müqavimət göstərirəm...

Niyə başqa əlləri tutmuram...

Göz yaşlarımı niyə quruda bilmirəm...

Hər gecə yatağa yatdığımda niyə islanır yasdığım...

Niyə çıxmırsan ağlımdan...

Niyə yata bilmirəm gecələr...

Mahnıları dinləmək niyə yandırır ürəyimi...

Hər kəs gülərkən mən niyə ağlayıram.. 

Niyə bu həsrət beləsinə mərhəmətsizcə yandırır canımı...

Niyə susdura bilmirəm içimdəki qışqırıqları...

Niyə ürəyim, beynimə hökm etməyə çalışır...

Niyə mən məntiqimlə ürəyim arasında döyüş verirəm...

Və mən beləsinə yıxılarkən sən niyə bir dəfə olsun görmürsən məni...

Niyə getməmə icazə verirsən həyatından...

Sözlərin çatmadığı yerdə susqunluğa bürünürəm...

Susqunluğum ürəyimdə qışqırıqlar təyin edərkən mən yenə də eşqə müqavimət göstərirəm... 

Və sən get deyirsən...!

Kiçik bir ümid belə vermirsən mənə...

Və mən gedə bilmirəm...

Niyə məni istəməyən sənə xeyr belə deyə bilmirəm...

Adını qoya bilmirəm bu sevginin...!! 

Bəlkə heç sevmədin məni sevdiyini sandın bəlkə də...!

Bəlkə sənin üçün keçici bir həvəsdim...!

Bəlkə də mənim yerimi dolduracaq başqa bir eşq çıxdı qarşına...!

Halbuki mən, sənin məndən bu cür uzaqlaşmağını təmin edəcək heç bir şey etmədim...

Vaxtım belə olmadı səni özümdən uzaqlaşdırmağa...

Sən, vidalaşmağa belə zaman buraxmadan gedərkən indi beləcə səssizdən yenə mənə baxmalar qaldı ardınca

Adını qoya bilmədim amma çox sonra anladım ki məndən, həvəsini çoxdan götürmüşdün..

Söyləmək istəyib söyləyə bilmədiyin gizlətdiyin gerçəklərin olduğu vaxtda..

Sənin gözündə özümü həmişə bir həvəsimişim kimi hiss edəcəyəm....!

 

 

Redakte etdi: PRETTY GİRL


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1696
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv