İnsanlar bir-birini niyə aldadır? - 5 SƏBƏB sübut edildi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 944
Səs ver:
(səs: 1)
Türkiyənin tanınmış psixoloqlarından biri olan psixologiya elmləri doktoru Zafer Akıncı qadın-kişi əlaqələrində kişi faktorundan danışıb.

Qadinla.com xəbər verir ki, mütəxəssisə görə, həyat yoldaşını aldadan kişilərin səbəbləri dünyadakı elmi tədqiqatlarda şərh edilib. Aldatma şübhəsiz ki, çox əhəmiyyətli münasibət problemidir və bəlkə də dünyada haqqında ən çox yazılan mövzulardan biridir.

Aldatmanın 5 səbəbi

Denver Universitetində işləyən Klinik Psixoloq Kayla Knopp mühüm araşdırmasında aldatmanın 5 güclü səbəbinin olduğunu üzə çıxardıb.

1. Bir-birilə əlaqələrin az olması - İkilikdə vaxt keçirmənin azalması, ünsiyyətin qurulmaması, sevgi hissinin azalması.

2. Cinsi münasibətlərin azalması- İkili münasibətlərdə cinsi münasibətlər önəmli rol oynayır. Normal cinsi əlaqənin olmaması sevgi münasibətlərinə də mənfi təsir edir.

3. Evdən kənarda daha çox vaxt keçirməyə can atmaq. Bura xanımların sosial media vasitəsilə və ya üz-üzə ünsiyyətə can atması, evdən kənarda daha çox vaxt keçirməsi, həyat yoldaşından tədricən uzaqlaşması və sevgi hissinin azalması daxildir.

4. Aldatmağa qarşı tolerant mövqe sərgiləmək. "Aldatmağı böyütməmək lazımdır, şişirtməyə lüzum yoxdur" kimi düşüncələr, bunların normal sayıla biləcək hadisələr olduğu inancı beynində zamanla aldatma meylini artırır.

5. Aldatmağa müsbət baxan və dəstəkləyən ictimai mühit içində olmaq. Dostların, filmlərin, sosial media bölgülərinin aldatma hadisələrini dəstəkləyən münasibətləri göstərməsinə bağlı olaraq beyində mənfi cəhətin normallaşma prosesinin baş verməsi.

Bir dəfə aldadan yenə aldadarmı?

Aldatma ilə bağlı müxtəlif miflər və şayiələr yaranıb. Bunlardan ən məşhuru "Bir dəfə aldadan yenə aldadarmı?" deyimidir. Klinik Psixoloq Kayla Knopp bildirir ki, bir dəfə göstərilən sədaqətsizlik gələcək davranışa təsir etməz. Bu o deməkdir ki, bir dəfə aldadan bir də aldatmaya bilər.

Aldatmaq uşaqlara da təsir edər

Aldatmaq ilə bağlı araşdırmalar aparan məşhur psixoloq Dr. Susan Marchant- Haycox qeyd edir ki, "Əgər bir uşaq valideynlərindən birinin digərini aldatdığını bilərək böyüyərsə, bir müddət sonra sədaqətsizliyi qəbul edilə bilən bir davranış kimi qavramağa başlayır. Uşaq böyüyəndə də aldatmağa meyilli olma ehtimalı çox yüksəkdir".

Sədaqət xarakterdir

"British Columbia" Universitetində işləyən psixoloq Dennis Fiorino "Enerjisi tükənmiş, ehtiras olmayan münasibətlərdə kişilərin aldatması münasibətlərin yenidən canlanmasında işə yarayır" kimi bəyanatlar versə də, bu diş ağrısını kəsmək üçün zərərli, qadağan olunan narkotik maddələrdən istifadə etməyə oxşayır. Əslində aldatma, həm fizioloji və psixoloji zərəri olan, həm də ailə yaşayışına və şəxsiyyət xüsusiyyətlərinə zərər verən dağıdıcı davranışdır. Psixoloq Doktor Shirley Glass tədqiqatların "Bir, birgə yaşasaq da başqa birindən təsirlənərik. Münasibətimizdə xoşbəxt olsaq da, bu bir şeyi dəyişdirmir. Sədaqət bizim xarakterimiz və dəyərlərimizlə bağlıdır" nəticəsini ortaya qoyduğunu bildirir. Bu iş "daha şəxsiyyətli olmaq istəyiriksə, həyat yoldaşımıza sadiq olmalıyıq" fikrini təsdiqləyir.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 944
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri