Alimlər: Kişilərin üzündə xəyanət cizgiləri var

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 3 889
Səs ver:
(səs: 1)
Qərbi Avstraliya Universitetinin alimləri insanların üz cizgiləri üzərində araşdırma aparıblar və bu qənaətə gəliblər ki, kişilərin üz quruluşuna əsasən onların xəyanətə meylli olub-olmadıqları haqqında yüksək ehtimallı təxmin yürütmək mümkündür. Onlar qadın üzlərinin belə bir informasiya daşımadığını bildiriblər.

Biz başqalarına nə dərəcədə etibar edə biləcəyimizi, adətən, onların üzlərinə baxaraq müəyyənləşdiririk, ancaq qənaətimizin doğru olub-olmadığı həmişə böyük sual altında olur. Avstraliyalı alimlər güman edirlər ki, partnyorun xəyanətə meylini təyin etmək təkamülün gətirdiyi qabiliyyətdir.

Təkamül nöqteyi-nəzərindən etibarsız partnyor gələcək üçün böyük təhlükə vəd edir, çünki bu, böyük resurs itikisi və hətta əlaqənin bitməsiylə nəticələnə bilər. Təəccüblü deyil ki, münasibətlərin qorunmasında əsas göstərici məhz seksual sədaqət hesab olunur.

London kraliyyət cəmiyyətinin dərc etdiyi araşdırmanın müəllifləri isə xəyanət ehtimalının təsadüfilikdən daha dəqiq səviyyədə müəyyən edilməsinin ancaq kişi üzlərində mümkün olduğunu bildiriblər.Alimlər 189 nəfər arasında sorğu aparıb onlardan öz partnyorlarına xəyanət edib-etmədiklərini və ya başqasıyla münasibətdə olan biriylə əlaqədə olub-olmadıqlarını soruşublar. Sonra eksperimentin digər iştirakçılarının bunu hansı dəqiqliklə təxmin edə biləcəklərini yoxlayıblar.

Könüllülər həmin 189 nəfərin şəklinə baxaraq onların cəlbediciliyini və xəyanətə meyllik potensiallarını 1-dən 10-a qədərki aralıqda qiymətləndiriblər. Eksperimentdə 1516 insan iştirak edib - 582 kişi və 924 qadın.

Partnyoru qoruyub saxlamaq üçün onun təkcə özünün xəyanət etməsi ehtimalını yox, həm də rəqiblərdən gələn təhlükəni də qiymətləndirmək lazım gəldiyi üçün eksperiment iştirakçılarına onlarla eyni cinsdən olan şəxslərin şəkilləri də göstərilib və xahiş olunub ki, bu şəxslərin öz partnyorların xəyanət etməsi və ya başqa birinin partnyoruyla münasibətdə olması ehtimalını qiymətləndirsinlər.

Araşdırmanın nəticələri kişilər üçün heç də ürəkaçan olmayıb: hər iki cinsə aid iştirakçılar hansı kişinin etibarsız partnyor olduğunu daha böyük dəqiqliklə təxmin ediblər.Rəyi soruşulan kişilər də fizioqnomikada müəyyən qabiliyyət nümayiş etdiriblər, ancaq onların göstərdiyi nəticələr qadınlarınkından xeyli aşağı olub. Bütün respondentlər partnyoruna xəyanət edən və ya başqasının partnyoruyla əlaqədə olan kişilərin 14%-ni təxmin etdikləri halda, qadınların şəkillərinə əsasən yürüdülən təxmin bundan 5 dəfə (4%) az olub.

Araşdırmada qeyd edilir ki, "kişilərin və qadınların kişi şəkilləriylə bağlı təxminləri təsadüfi səviyyədən daha yüksək həddə olub. Bu odeməkdir ki, kişilərlə bağlı təssüratlarımızda müəyyən həqiqət payı ola bilər".

Təxmin faizləri çox yüksək olmasa da, alimlər hesab edirlər ki, bu, potensial xəyanətkarları və başqalarının partnyorlarına göz qoyanları identifikasiya etməyə imkan verən adaptasiya mexanizmi olaraq təkamül baxımından əhəmiyyətli ola bilər

Əvvəlki illərə aid araşdırmalarında alimlər onu da müəyyən ediblər ki, öz cinsinə aid üz cizgilərinin daha qabarıq olduğu kişilərdə xəyanətə meyllilik daha çoxdur. Bu əlaqəyə əsasən qadınlar şüuraltı olaraq və yüksək dəqiqliklə kişilərə "diaqnoz" qoya bilərlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 889
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri