Ərlərini aldadan qadınların əlamətləri

Şərhlər: 2
Baxılıb: 3780
Səs ver:
(səs: 0)
Heç kim aldadılmağa layiq deyil. Cütlük arasında aldatma tərəf müqabillərindən birinin digərindən kifayət qədər məmnun olmadığı və münasibətin sona çatdığını düşündükdə baş verir. Türkiyəli psixoloq Mehmet Özge ərlərini aldadan qadınlar haqqında maraqlı fikirlər söyləyib. Mütəxəssisin fikirləri ilə sizi də tanış edirik.

1. Münasibətdə hörmət, sevgi və yaxınlıq azalır
Evdə iki yad adam və ya eyni evdə yaşayan kirayənişin kimi olursunuz. Əvvəllər həyat yoldaşınızla bəlkə hər hansı şeyləri paylaşırdınız. Lakin birdən-birə qadının sizdən uzaqlaşdığını hiss edirsiniz. Xüsusi mövzular danışmaq üçün nə zaman cəhd etsəniz, o, danışmaqdan açır. Bu, onun sizdən ruhən və mənən uzaqlaşdığı mənasını verir. Həyat yoldaşınız birdən-birə sizə qarşı çox soyuq olur və sizinlə birlikdə heç nə etmək istəmir.

2. Sirli hal və davranışlar
Qəfil özünə qapanır, susqunlaşdığını müşahidə edirsiniz. Qadınınız artıq sizinlə gündəlik həyata dair heç nəyi paylaşmır. Dialoqa girməkdən çəkinir.
Belə bir vəziyyətdə əlbəttə ki, dərhal həyəcana qapılmayın. Həyat yoldaşınızdan hər hansı bir problem olub-olmadığını soruşun və son zamanlar bir az fərqli davrandığını deyin. Əvvəlcə onu anlamağa çalışın.

3. Görünüş və davranışlarda dəyişiklik
Həyat yoldaşınız birdən-birə xarici görünüşünə diqqət etməyə başlayır. Artıq necə geyindiyinə fikir verir. Sizin sevmədiyiniz və fikir vermədiyiniz geyim tərzinə üstünlük verir. Əvvəllər getmədiyi gözəllik salonları, idman, fitness zallarına getməyə başlayır.

4. Ailəyə qarşı marağı itib
Həyat yoldaşınız siz işdən gəldikdə artıq qapıda qarşılamır. Qəfil harasa getmək istədiyini söyləyir və bunun üçün də müxtəlif bəhanələr gətirir. Bu zaman sizin narahat olmağınıza əsas var. Əgər həyat yoldaşınız harasa getmək istədiyini söyləyirsə və tək getməkdə israr edirsə, o zaman məsələnin kökünü araşdırın. Bunu edərkən çox da irəli getməyin. Yalnız onunla birgə getmək istədiyinizi və sadəcə olaraq narahat olduğunuzu başa salmağa çalışın.

5. Daha az mübahisə və dava-dalaş
Əvvəllər dostlarınızla harasa getmək istədiyinizi dedikdə əsəbləşirdi. İndi isə nə edirsiniz-edin, əhəmiyyət vermir, əsəbləşmir, dava salmır və hər şeyə razılıq bildirir. Artıq aranızda gərginliyə səbəb olan kiçik məsələlər onu əsəbləşdirmir. Bu, yaxşı hal ola bilər, amma buna səbəb həyat yoldaşınızın artıq sizi əhəmiyyətsiz hesab etməsi də ola bilər.

6. Evə gec gəlir
Əvvəllər həyat yoldaşınız evə heç vaxt gec gəlməzdi. Amma son zamanlar bu vəziyyət tez-tez baş verir. Bunun səbəbini soruşduqda ofisdə çox işi olduğu və işini bitirmək üçün daha gec çıxmaq məcburiyyətində aldığını deyir. Həyat yoldaşınız bir mağazaya getmək üçün evdən çıxır, lakin saatlarla evə dönmür. Bu halda şübhələnməyinizə əsas var.

7. Sizi tamamilə sərbəst buraxıb
Əvvəllər getdiyiniz hər yerlə maraqlanırdı, dostlarınızla görüşdükdə, onsuz harasa getdikdə, gec gəldiyiniz halda bunları problem edərdi, deyinərdi. Lakin birdən-birə sizin dostlarınızla görüşdüyünüzü bildikdə heç nə demir, əksinə, sizə getməyinizi məsləhət görür. Əgər həyat yoldaşınız sizin subay kimi yaşamağınıza heç nə demirsə, sevinməyin, əksinə, narahat olmağa başlayın.

8. Romantik aldatma
Bütün bu maddələr heç də fiziki aldatma mənasını vermir. Əri tərəfindən laqeyd yanaşılan, hər nə etsə də fərq edilməyən, bədbəxt olduğundan şikayət edən, başa düşülmə və dəyər görmə ehtiyacları olan qadınlar özünə dost, yeni münasibət axtara bilər. Bu isə başqa biri ilə romantik bir yaxınlıq meydana gətirə biləcəyinə zəmindir. Ona görə də əlbəttə ki, ilk növbədə həyat yoldaşınızın sizinlə romantik paylaşmalar etməsinə imkan verməlisiniz. Yoxsa münasibətinizdə daha böyük çatlar meydana gələ bilər.

Bütün bu maddələrdən bir və ya ikisinin olması qəti xəyanət mənasını vermir. Amma aldatma riskinin artdığının göstəricisi ola bilər. Ondan şübhələnirsinizsə, həyat yoldaşınıza və münasibətlərinizə sahib çıxmağa çalışın. Bunun öhdəsindən tək gələ bilməyəcəyinizi düşünürsünüzsə, mütəxəssisdən dəstək ala bilərsiniz. Əks halda, arzuedilməz hallarla üz-üzə gələ bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3780
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 13489
Xəbər sayı: 297
Miss_Oxatan
qadin artiq eri vecine almirsa ve burda yazilan bendleri edirse bunun tek sebebi xeyanet deyil.sadece o er o qeder gic gic hereketler edib heyat yoldawini ozunden diksindiribki qadin uje onu adam hesab elemir.bu halda durub her qadin xeyanet elemirki.prosta gorur o kiwi neyinki sevgiye nevaziwe hetta onu qisqanib stress zad kecirmeye de deymir.cehennem olsun qazansin birce uwaqlara baxsin.hissler olenden sonra kiwi harda ne ... yese de qadin istese de vecine alanmir o eri))
7 noyabr 2020 22:17
2
#flatearth
Şərh sayı: 328
Xəbər sayı: 0
sevdiyim adam
Men ele qadinlara cox pis baxiram qadin dediyin sexs ele elememelidir.Ve kiside qadinla maraqlanmalidir menim sevgilim sorusur arada lazimi gelse canimida alar
6 noyabr 2020 21:38
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri