Kişilər və qadınlar xəyanətə görə hansı ölkədə necə cəzalandırılırdı?

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1302
Səs ver:
(səs: 0)
BƏƏ və İran. 20 ildən artıqdır ki, bu ölkələrdə xəyanət etmiş qadını ərinin hər hansı kişi qohumu edam edə bilər. Rəsmi məlumata görə, 1980-ci ildən bəri daşlama üsulu ilə təxminən 150 ölüm hökmü icra edildi.
Kişilər üçün heç bir cəza növü yoxdur.

Papua Yeni Qvineya Respublikasında vəfasız qadının barmağı kəsilir və sevgilisinə yeməyə verilir. Sevgilinin isə aldadılmış ər tərəfindən başı kəsilməlidir.
Xəyanət etmiş kişilərə qarşı heç bir cəza tətbiq edilmir.

Bolqarıstanda xəyanət edən şəxs boşandıqdan sonra həyat yoldaşına ömür boyu aliment ödəməlidir.
Həm kişi, həm qadına aiddir.

Danimarkada isə əsrlər əvvəl xəyanətə görə ölüm hökmü verilirdi, amma insan öldürən cinayətkarlara ancaq cərimə tətbiq olunurdu.
Keçmiş əsrlərdə İngiltərədə xəyanət etmiş qadınları ölənə qədər çubuqla döyürdülər.
Kişilər heç bir cəza çəkimirdi.

Türkiyədə əvvəllər xəyanətkar qadını torbaya salırdılar və döyürdülər. İndi isə xəyanət etmiş ər və ya arvadı 5 il müddətinə azadlıqdan məhrum edirlər.

İndoneziyada da həbs cəzası verilir – 15 il.

Çində də, əvvəllər bir çox ölkələrdə olduğu kimi, xəyanətə görə ancaq qadın cəza çəkirdi, amma 1913-cü ildə xəyanət etmiş kişiləri də cəzalandırmağa başladılar. Belə ki, subay bir xanım ilə əlaqəyə görə 100 dəfə çubuqla vurma, evli qadın ilə xəyanət edənə isə 80 zərbə. Hazırda isə xəyanət etmiş şəxslərin əmlakın yarısını müsadirə və 2 il müddətinə həbs edirlər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri