Xəyanət siqnalları

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2687
Paylaş:
Səs ver:
(səs: 3)
İllərdir demək olar ki, bütün gününü televiziyanın qarşısında mürgüləyən adam, birdən-birə idman etməyə başladı... İş yığıncaqları daha da artdı... Diqqət ailənizdə təhlükə var!

Ərim, ya arvadım məndən başqasına baxmaz deyirsinizsə, bir az daha diqqətli olmalısınız... Niyə? Çünki xəyanət edən həyat yoldaşın rəftarında dəyişikliklər olur. Hər zamankından daha fərqli davranmağa başlayır və xəyanət etdiyi ortaya çıxır. Aldadıldığınızı hiss etmənizə köməkçi olacaq bəzi nüanslar:

Bahalı alt paltarları alırsa: Sevgiliniz cazibədar alt paltarları almağa başlamışsa diqqət! Saçıyla, makiyajıyla daha çox maraqlanır, evdə baxımsız, çölə çıxarkən fərqli olursa, diqqətli olun.

Birdən idmana başlamışsa: Sevgiliniz yediklərinə diqqət etməyə, çoxlu idman etməyə başlamışsa, özünü başqa birinə bəyəndirmək arzusunda ola bilər. İdmandan evə gəlib duş qəbul etdikdən sonra çölə çıxırsa, bu bəzi şeylərin yolunda getmədiyinə işarədir.

Ətirini dəyişdirmişsə: Ətirin dəyişməsi əhəmiyyətli bir işarədir. Sevgiliniz, köhnə ətirini atıb, başqa bir ətirə yönəlmişsə, radikal dəyişikliklər etmə ehtimalı yüksək deməkdir.

Cinsi əlaqədən qaçırsa: Etdiyiniz hər cür fiziki dəyişikliyə baxmayaraq, artıq sizinlə əvvəlki kimi birlikdə olmursa, sizinlə sekslə məşğul olmaq onun üçün həvəsli deyilsə, bu yaxşı işarə deyil.

Daha çox işləyirsə: İllərdir vaxtı dəyişməyən iş saatlarının birdən gecəyədək uzanması təhlükəli bir işarədir. Bitmək bilməyən iclaslar, gedilən iş yeməkləri, iş yoldaşlarından biriylə başlayan bir əlaqənin xəbərçisi ola bilər.

Tez-tez sizinlə dalaşırsa: Birlikdə olduğunuz adam heç bir səbəb olmadan sizinlə dalaşır, kobud davranırsa, diqqətli olmalısınız.

Ailəyə qarşı soyuqsa: İllərdir sizin ailənizi öz ailəsi olaraq sayan həyat yoldaşınız sizin ailənizi daha az ziyarət edirsə, bir problem var deməkdir.

Ağ yalanları artmışsa: Qısa müddət içində sevgilinizin bir-birinin ardınca yalan söylədiyini ortaya çıxarırsınızsa, bu yaxşı işarə deyil.

Əvvəllər ən kiçik addımınızı belə izləyən həyat yoldaşınız artıq yaşayıb-yaşamadığınızın belə fərqində deyilsə, vəziyyət dəhşətlidir, deməkdir.

Söhbətlərinizin mövzusu çox vaxt həyat yoldaşınızın qarşı cinsdən dostları (rəfiqələri)- dirsə buna da diqqət etməlisiniz.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 2687
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv