Xəyanəti üzə çıxaran sadə üsul - İşarə barmağı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 138
Səs ver:
(səs: 3)
Qarşı tərəfin xəyanətinin üstünü açmaq üçün kamera, fal və ya digər vasitələrdən istifadə etməyə gərək yoxdur. Bunu sadəcə işarə barmağına baxaraq da müəyyən etmək mümkündür.İngiltərədə aparılan tədqiqatlar xəyanətə meyilliliyin insanda hələ ana bətnində olarkən meydana çıxdığını göstərib.Oksford Universitetinin Təcrübi Psixologiya bölməsinin Nortumbrya Universiteti ilə birgə hazırladığı araşdırma insanların qısa və ya uzunmüddətli münasibətlərə meyilliliyini ortaya qoyub. Tədqiqat əsnasında amerikan və ingilisin sərbəst münasibətlər barədə nə fikirləşdikləri öyrənilib. Nəticə göstərib ki, respondentlərin bəziləri uzun, bəziləri qısa müddətli münasibətləri qurmağa üstünlük verirlər. Araşdırmanın ikinci mərhələsində 1314 ingilis kişi və qadınların sağ əllərinin fotolarına baxılıb, işarə barmağı ilə üzük barmaqlarının ölçü nisbəti müəyyən olunub. Belə ki, işarə barmağı üzük barmağına nisbətən uzun olanlar ana bətnində testesterona daha az məruz qaldıqlarından daha sədaqətli olurlar. Oksford Universitetinin professoru Robin Dunbar bu nisbəti təmin edən fərqin cüzi olduğunu bildirib. "İnsanın xarakterinə təsir edən ətraf mühit və həyat tərzi kimi müxtəlif faktorlar var. Ana bətnində baş verənlər isə ikili münasibətlər də daxil olmaqla bir çox məsələlərə təsir edir”.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 138
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri