Işləyən qadınların sayının artması ilə işgüzar və öz ayaqları üzərində dayanan qadın imici get-gedə artmağa başlayıb.
Hazırda işləyən və universitet oxuyan qadınların sayı kifayət qədərdir.
Və elmi dərəcəsi olan qadınlarla kişilər arasında elə də fərq
yoxdur. Hətta qadınlar, etdikləri işlərin beşdə dördündə yaşıdları olan
kişilərdən daha çox qazanırlar. Artıq, ən azı kişilər qədər qadınlar da
evə pul gətirirlər.
Amma edilən yeni bir araşdırmaya görə bir kişi əgər bir qadına maddi
olaraq tamamilə bağlıdırsa, həyat yoldaşıyla eyni pulu qazanan bir
kişiyə görə , həyat yoldaşını aldatmağa beş qat daha çox meyllidir.
Kişi şəxsiyyəti və onların kövrək eqoları - ənənəvi olaraq evə çörək
aparan olmaları ilə sıx bağlıdır. Kişilərin lap əvvəldən pul qazanmaq
və evi təmin etmək, qadınların isə uşaq tərbiyə etmək və evi idarə etmək
funksiyaları olmuşdur. Ancaq vəziyyət bu günün cəmiyyətində belə
deyil. Bu gün görürük ki əlaqələrdəki ənənəvi cinsiyyət rolları tərsinə
dönüb. Bu gün "müstəqil qadın" çağına girmişik.
Evin dolanışığını təmin edən, gözləyən və uşaqları yetişdirən qadınlar
vəziyyəti belədir artıq.... Bir qadın üçün bunlar çox iş deməkdir.
Digər tərəfdən isə kişi öz kövrək eqosuyla şəxsiyyətini təzyiq
altında görür və evin qoruyucusu rolunu itirdiyini düşünür. Və arvadı
canını dişinə sıxaraq işləyərkən o, doğru yoldan yayına bilir.
Bu tam olaraq nə deməkdir? Əgər kişiniz sizdən az qazanırsa, onun öz
özünəhörmət və güvəninin tam olduğundan əmin olun. Ənənəvi olmayan
cinsi rolları (evə, uşaqlara baxmaq) boynuna götürürsə onu iltifatlarla
(və sekslə) mükafatlandırın. Qadınlar evcilləşmiş kişilərə yaxından
nəzarət etməyi çox sevərlər.
Özü əsl qazanan olmasa da onun ailə gəlirini nəzarət etməsini təmin
edin. Ailənin maddi işlərinə baxmasına icazə verin. Və lütfən
yoldaşlarıyla vaxt keçirməsi üçün onu ürəkləndirin. Və əgər uşağınızın
bezini dəyişən bir həyat yoldaşına sahib olacaq qədər şanslısinizsa ,
axşamları onun kişi olduğunu xatırlamasına icazə verin.
Baxın, bu qədər...
Bir az səy və maraq ilə kişinizin qürurunu oxşaya bilər və özünü sizin
qarşınızda gücsüz hiss edərək, başqa şeylərə və kəslərə meyl
göstərməsinə mane ola bilərsiniz.