Flirt nə vaxt xəyanət sayılır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 879
Səs ver:
(səs: 2)
Bəyənildiyini hiss etmək sadəcə qadınların deyil, hər kəsin arzusudur.

Hələ qarşı cins tərəfindən bəyənildiyini hiss etmək daha gözəldir. Razılaşaq ki, kiçik flirtlər insana özünü yaxşı hiss elətdirir. Bəs zərərsiz görünən bu flirt nə vaxt xəyanət sayılır?

Evlisiz, ya uzun müddətdir biriylə birlikdəsiz və hər şey yerli yerindədi. Sadəcə bir az həyəcanınızı itirmisiz. Son zamanlar da iş yerindəki biriylə dost baxışlarınız tez–tez toqquşur, danışarkən ya siz ona, ya da o sizə nəzakətlə toxunur, qısacası kiçiki flirt yaşayırsız. Bu da sizə özünüzü yaxşı hiss elətdirir.

Ya da təsadüfən qarşılaşdığınız birindən xoşlanırsız. "Xoşum gəldi. Necə yaraşıqlı, necə gözəldi!”, — deyə könlünüzdən keçirirsiz. Bir sözlə, həmin insanla yaxşı vaxt keçirirsiz, lakin yenə də ürəyiniz rahat deyil. Ancaq qorxmayın, ürəyiniz rahat olsun, nə sevgiliniz nə də həyat yoldaşınıza xəyanət etmirsiz!

Yəni sizin kimisə bəyənməniz, yaxud biri tərəfindən bəyənilməniz münasibətinizin pis getməsi, ya da sevgilinizə xəyanət edirsiz demək deyil. Hətta mütəxəssislər bu cür kiçik flirtlərin münasibətlərə yaxşı təsir etdiyini deyirlər.

Psixiatr düşüncəsinə görə, insanları yaxşı hiss etdirən sevmək və sevilmələrinə kömək olan "sosial flirt” xəyanət deyildir. Hətta bu cür flirt doğrudan da münasibətlərə faydalı olur.

Bu cür sosial flirtlər eqonu yeniləyir. Zərərsiz flirtlər fərdə "Mən bəyənilirəm, özümü yaxşı hiss edirəm” tərzində müsbət bir motivasiya bəxş edir və insan mövcud olan münasibətinə bu müsbət əhvalından bəxş edirsə, demək ki, faydalıdır. Bəzən bu cür sosial flirt yaşayanlar yan-yana olmaq üçün axmaq bəhanələr uydura bilir.

Bəs zərərsiz flirt və xəyanət arasında nə fərq var?
Əgər siz bir münasibət yaşayarkən başqasını düşünürsüzsə və bu boşluğu flirtlə doldurma ehtiyacınız varsa, bu, artıq zərərsiz flirt demək deyil. Flirt spontanlıqdan çıxırsa və planlı görüşlərə dönüşürsə, bu, artıq bir münasibətdir.

Sizi narahat edən, görülmə və eşidilmə qorxusu yaşadan bir flirt artıq zərərsiz olmaqdan çıxır. Flirti davam etmək istəyiniz var olan münasibətinizdə çatışmazlıqların olduğuna işarədir. Bu halda flirt etmək yox, bu çatışmayanları müəyyən edib onları həll etmək lazımdır.

Özəl olduğumuzu hiss etməyə ehtiyac duya bilərik
Var olan münasibətdə artıq özümüzü özəl hiss etmir, eynilikdən sıxılırıqsa, bu duyğuları zərərsiz flirtlə qarşılamağa ehtiyac duyuruq. Kiçik sosial flirtlər planlı düşünülməyib, o anı təkrarlatmırsa, bu, xəyanət deyil, eqonun razı salınmasıdır.

Fərizə Əhmədova
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri