Kişilər, əslində, hansı səbəbdən xəyanət edir?

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 4 142
Səs ver:
(səs: 1)

Kişilərin xəyanət etmə səbəblərindən biri də bəlli oldu.

 

Türkiyədə cinsi sağlamlıq üzrə araşdırmaçı alimlər bir neçə qadının tərbiyəsi altında böyüyən kişilərin öz həyat yoldaşına daha çox xəyanət etdiyini iddia edib.

 

3 yaşına qədər olan dövrdə ananın səsi, qoxusu, temperaturu, qayğısı və hətta baxışları uşağın psixologiyasına dərindən təsir edir. Lakin işgüzar qadınlar ana olduqdan sonra seçim etmək məcburiyyətində qalırlar. Onlar uşaqlarını dayə və ya yaxın insanların yanında qoyurlar. Aparılan araşdırmalar nəticəsindəməlum olub ki, birdən çox və bir-birindən fərqli fiziki və emosional fərdlər tərəfindən böyüdülən oğlan uşaqları bir adama bağlana bilmirlər. Buna belə bir misal çəkə bilərəm: sarışın-ağ dərili bir ana və əsmər-tünd dərili bir qayınana, yaxud incə qara gözlü bir ana və kök mavi gözlü bir baxıcının böyütdüyü uşağın psixologiyası qarışır. Bu hal uşağın şüuruna təsir edir və gənc yaşlarında, evlilik illərində bu problem özünü göstərməyə başlayır. Ancaq bu, birdən çox və fərqli xüsusiyyətdə qadınlar tərəfindən böyüdülən hər kişiyə aid edilmir. Hər zaman olduğu kimi burada da istisnalar ola bilər”.

 

Xatırladaq ki, daha əvvəl aparılan araşdırmalarda ailədə atanın xəyanət etməsinin də oğlan uşaqlarının psixologiyasına təsir etdiyi iddia olunurdu. Belə ki, əgər ata xəyanət edirsə, oğulun da gələcəkdə öz həyat yoldaşına xəyanət etmə ehtimalı yüksək olduğu bildirilmişdi.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri