Qadınlar niyə xəyanət edirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 384
Səs ver:
(səs: 2)
Son zamanlar sosial şəbəkədə bu zarafat geniş yayılıb. Bir çox hallarda qadın xəyanətinin səbəbi elə bu olur. Gəlin bu məsələyə bir qədər geniş aspektdən baxaq.
Qadın o vaxt xəyanət etməyə başlayır ki, onun tərəf-müqabili intim sahədə onu qane etmir. Əvvəllər bu səbəb qadın üçün əbədi namussuzluq sayılırdısa, indi bu normal hesab edilir. Əgər kişi qadınını təmin edə bilmirsə və yaxud da etmək istəmirsə o ailə həyatını davam etdirməyə bilər.
Bəs onda xəyanət etmək nəyə lazımdır?
Sadəcə ayrılıb,başqası ilə ailə qurmaq olmazmı? Burada başqa səbəblər də ortaya çıxır.
Bəs ailə və münasibətlərin stabilliyi, vərdiş və bağlılıq necə olsun?
Əmin olun ki, belə halda siz yalnız özünüzü aldatmış olursunuz, çünki belə "bağlılıq" sizi xəyanətdən çəkindirmir.
Bunu kənarda olan yeni sevgi məsələsinə də aid etrmək olar. Bəzi qadınlar fikirləşirlər ki, həyat yoldaşlarını gizlincə aldatmaqla onu ağrı və əzabdan qurtarırlar. Bu isə belə deyil, çünki "bütün gizli sirlər" nə zamansa açılır. İkincisi - siz bu yalanla necəsə yaşamalısınız, belə həyat isə əsl cəhənnəmə çevrilir.
Özünüzə və xəyanət etməyi qərara aldığınız həyat yoldaşınıza qarşı dürüst olmaq sizcə daha yaxşı deyilmi?
Qoy bütün səbəbləri əvvəlcədən bilsin. Qoy onun üçün ağır, əzablı olsun. Bu sonradan həyatının yarısını aldadılma ilə keçirməsi düşüncəsi ilə yaşamaqdan yaxşıdır.
Qadın xəyanəti kişilərin xəyanətinə qarşı qisasdırmı?
Bəlkə də siz həqiqətən də onun sizə yaşatdığı "xəyanət acısı"nı ona yaşatmağa nail ola biləcəksiniz.
Amma bu sizə harmoniya və xoşbəxtlik verəcəkmi?
Siz daha bu insanla yaşaya biləcəksinizmi?
Yaxşı düşünün: hərdən bağışlamaq da lazımdır. Çünki başqasına hiss etdirdiyiniz ağrı-acı ilə siz öz yaranızı da sağalda bilməyəcəksiniz.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 384
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri