Yaxşı ki doğuldun canım anam, yaxşı ki varsan!..

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 15 035
Səs ver:
(səs: 3)
Canım anam yaxşı ki varsan!..
 Bu gün anamın doğum günündə oturdum anama məkub yazdım.... daha da yazardım, uzunca izah edərdim amma yaza bilmədim, çox kefsizəm mən bu il anama sarılmadığım üçün. ..Fərqlidi , evliyəm artıq, uzaqdayam, şəhərlərimiz belə fərqlidi.., 
 


Anasının quzusundan anasına km-lər uzaqdan bir mesaj var dedim və yazıma başladım;
Sevmirəm boynuna atılıb qucaqlamadan təbrik etmələri... bilərsən anam, uşaqkəndə sevməzdim telefonları... xüsusi günlər bir yerdə qeyd olunar, sevgini gözlərinin içinə baxar elə söyləyərsən, sarılaraq təbrik edərsən. Yaxşı ki öyrətmisən...

 Həkimim olub dərman saatlarımı atlamadığın, tibb bacısı olub başımda sirkəli su etdiyin, ilk addımlarımda əlimi tutub güc verdiyin, uşaq olub paxlaları mənimlə saydığın, müəllimim olub kitabımı götürüb imtahan etdiyin, hər səhər məndən əvvəl qalxıb o xoş ətirli iy verən çörəklər yoldaşlığındakı nahar süfrəsini hazırladığın, qarınıma ağrılar girdiyi hər imtahan əvvəli mənə olan etibarını dilə gətirib ürəkləndirdiyin, səhv etsəm də çiyinini əsirgəmədiyin, göz yaşıma qıya bilmədiyin, 31 il boyunca hər səhər gülərüzünü paylaşdığın üçün sənə sonsuz təşəkkürlər...
  

 
Canım anam, dostum, sirdaşım darıxıram sənin üçün... Uzaqda olmağa heç alışdırmadığından olsa gərək,
Ana ehtiyacı dünyaya ilk gəlişdən başlar həyat boyu bitməzmis məgər... Anaların qiymətini bilin, üzməyin, çünki onlar quzucuqlarına heç qıya bilməzlər, qoruyarlar və mənfəətsiz sevərlər. ..

Bəli, bu gün canım, hər şeyim, bi dənəm, biricik anamın ad günüdür!

Kədərli və sevincli anlarımda hər an yanımda olan və məni əsla bir an olsun tək buraxmayan, körpəliyimdə xəstə olduğum zamanlarda sırf yaxşılaşım deyə məni səhərlərə qədər gözləmiş olan mələyim...

Özümü bəlkə ən dəyərsiz hiss etdiyim anlarda belə mənə dəstək olub, üzümə gülümsəyib o isti ürəyiylə onun üçün nə qədər qiymətli olduğumu hiss etdirən mələyim...
 


Mövzu sən olunca sözlər o qədər kifayətsiz ki əslində...

Sənin ürəyimdə ki dəyərin əsla hesaba gəlməz! Mənim üçün o qədər qiymətlisən ki anam...

Sən mənim canımdan bir parçasan və sənin ürəyin elə böyük ki, o qədər gözəl ki...

Yaxşı ki doğuldun canım anam, yaxşı ki varsan!..
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 15 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri