Sən anaların ən fədakarısan, canım anam....

Müəllif: arzum-aysum
Şərhlər: 30
Baxılıb: 22 824
Səs ver:
(səs: 7)
Əzizlərim, bu gün  saytımızın qızlarından, tatyana qanadli melek bacılarımın anasının doğum günüdür... bu xəbərimdə canım tatyana bacımın anasına olan sevgi dolu sözlərini sizlərə çatdırmaq istədim...

Sən anaların ən fədakarısan, canım anam....

Düşünürəm ki, yalnız 62 illik  həyatında nə qədər yetkin, nə qədər istiqamətləndirici , təcrübəli və fədakar bir şəxsiyyətə sahib idin.. . Bizlər üçün hər vaxt hər şeyin ən yaxşısını istədin...  Bizim üçün, bir çox şeydən qurban verib fədakarlıq etdin.... Canım anam, bir dənəm, ürəyi hər vaxt sevgiylə dolu olan anam. ... Sən hər vaxt mənim üçün cansan, həyatsan, gözəlliksən , bir dənəm...

Sən hər şeyə dəyərsən bunu bilirəm.... Heç bir zaman asanı seçən analardan olmadın.... Nə olursa olsun həmişə yanımızda oldun,həmişə dəstək oldun övladlarına.... Başımız hər dərddə olduğunda yanımdasan Anacım,... Hər dara düşdüyümüzdə, hər çətinliyimizdə.... Həyatımızın hər   anında.,.. hər nəfəsində.... hər nəfəsimizdə, kədərimizdə, xoşbəxtliyimizdə, müvəffəqiyyətimizdə. .. SƏN...Canımız Anamız....



Mən də bir Anayam artıq... Və eynilə Sənin Mənə öyrətdiyin kimi yetişdirəcəyəm övladlarımı,... Sənin bizə böyük incəliklərlə və həssaslığınla baxdığın  kimi  böyüdəcəyəm balalarımı.... Və səndən öyrəndiyim ən gözəl mirası ona verəcəyəm....  Sevgini, hörməti, fədakarlığı, dürüstlüyü…

Hər vaxt mükəmməl bir ana olduğun, bacılarıma və mənə qatdığın hər şey üçün... Sonsuz dəfə təşəkkür edirəm CANIM ANAM... Canımdan çox çox daha qiymətli anam....  Yaxşı ki səninqızınam... Mənə anamı seçmə haqqı verilsəydi heç düşünmdən deyərdim ki, hər vaxt və hər şərtdə

SƏN SƏN SƏN.. .VƏ YENƏ SƏN...



YAXŞI Kİ, VARSAN, YAXŞI Kİ, ANAMSAN !
ALLAH SƏNƏ UZUN ÖMÜRLƏR VERSİN
SƏNİ ÇOX SEVİRƏM....
(səs: 7)
Şərhlər: 30
Baxılıb: 22 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri