Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,,
layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla
oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi
dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: narmiwka_15
-di.... :zhappy%20birthday: buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
salamlar. Mən Abdullazadə Nərmin.
2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
02.04.2001ildə Bakıda doğulmuşam
3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Qəribə bir hissdi. Düşünürsən ki, görəsən mən bu
həyatda olmasam nələr olardı? Yəni dünyada olan gözəllikləri necə görə
bilərdim? Gözəl hissdi məncə
4. Bu günə qədər
çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin
danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə
olunduğunu bilirsənmi?
heç o haqda eşitməmişəm ki, mənə nə alıblar 1 yaşımda, amma deyəsən sırqa və geyim alınıb).
5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Ailəmin, sevdiklərimin olmağı, mənim üçün gözəl hədiyyədi. Sonra da saat almışdılar mənə istədiyim saatı onda çox sevinmişdim
6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
yalan deməyim, hə olub. Mən qab qacaq sevmirəm deyə
mənə o hədiyyə alınanda sevmirəm, amma həmin adama bunu demirəm. ən
azından məni düşünüb alıb.
7. Hədiyyə ilə
bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə
hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum
günündə o hədiyyə sənə verilə?
yox olmuyub(
8. Bu günə qədər unutmadığın, sənin üçün ən yadda qalan doğum günü hansı olub?
10 yaşımın olduğu gün. Gözləmədiyim anda bütün qohumlarımız ad günümə gəldi, onda çox sevinmişdim)
9. Bəs elə bir doğum günün olubmu ki, xatırlamaq istəmirsən? Yəni sənin üçün pis keçib.
şükür Allaha hələ ki, olmayıb heç olmasın da.
10. Hər bir
insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini
xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
yoo heç vaxt, unutsalar çox pis olaram
11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
yox eləmiyiblər, amma ola bilsin bu dəfə eləsinlər)
12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?Təəssüf ki eləmiyiblər(.
13. Dəqiq
bilmədiyim üçün düşünürəm ki, məktəbdə oxuyursan. İkinci ailən sayılan
Sinif yoldaşlarınla bir yerdə doğum gününü keçirtmək hansı hissləri
yaşadır sənə?
düz bilirsiz. Mən sevmirəm dostlarımla ad günü
eləməyimi, bütün ailəm, qohumlarım, ən yaxın dostum yanımda olsun,
deyim-gülüm o mənə bəs edər.
14. Məktəb illərində keçirdiyin ən yadda qalan və yadında saxlamaq istəmədiyin doğum günlərin olub?
Hə olub, o da keçən il. guya mənə hamı podarka alırdı, parti eləyəcəkdi amma heç nə olmadı, mən də pis oldum
15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
yoo olmayıb)).
16. Bildiyim
qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür. Bu
il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Bəli 2-ci ildi, çox sevinirəm və sənə əziyyət verdiyimə görə pis oluram bir az(.
17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Mənim elə də tanışım yoxdu, hamı təbrik eləsin, mənə arzular desin, inşAllah inistuta girməyi arzulasın hamıa. bu yetər
18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
inşAllah imtahanımı yaxşı verərəm, sevdiklərim
yanımda olsun, pislik eləmiyim, ağıllı, tərbiyəli, savadlı və daim
gülərüz, xoşbəxt olum və də ki bütün arzularımın həyata keçməsini
arzulayıram inşAllah.....
sənə də çox sağ ol bildirirəm ki, mənim istəyimi yerə salmadın, xoşbext
ol>.
Canım
mənim, doğum gününü təbrik edirəm... sənə dərsləridə müvəffəqiyyətlər,
həyatında isə bol bol sevgi və xoşbəxtlik diləyirəm... öpürəm....