Mənim sınanmış reseptim (21)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 3 020
Səs ver:
(səs: 1)
Qadinla.com-un hamarat qızları gününüz aydın olsun. :128: Çoxdandı mənə resept göndərən yox idi deyə, bu gözəl layihəm yayımlanmırdı :hh: Elə indicə bizim Gülşən bacımız mənə əsl mövsüm yeməyinin reseptini atdı, məndə yubatmadan bölümü hazırlayım dedim:komp: Buyurun bu da Gülşənin sınanmış resepti:

BADIMCANLI KOTLET

Mənim sınanmış reseptim (21)

Tərkibi:

500q qiymə
2 ədəd kartof
1 dilim bayat çörək
3 ədəd badımcan
1 ədəd şirin bibər
3 diş sarımsaq
2 ədəd baş soğan
1 ç/q nanə qurusu
Yarım dəstə cəfəri
Duz,istiot
1 ədəd yumurta
Qızartmaq üçün qarğıdalı yağı

Hazırlanması:
Əti, badımcanı, soğanı, sarımsağı,bibəri, kartofu, çörəyi ət çəkəndə çəkirik yumurta,nanə,duz,istiot, cəfərini əlavə edib qarşıdrırıq və kotlet forması verib qarğıdalı yağında qızardırıq. Yeməyimiz hazır olandan sonra istədiyiniz kimi sərvis edə bilərsiz. Qeyri-adı super dadlı yemək alınır.

Nuş olsun!



(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 020
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri