Həftənin seçilən qonağı YalnıZ_ArZu ilə müsahibə

Müəllif: _Mrs_
Şərhlər: 26
Baxılıb: 323
Paylaş:
Səs ver:
(səs: 1)
Saytmızın dəyərli xanımlarını salamlayıram 03
Səs verməmiz bitdi,sizin verdiyiniz səslərə əsasən bu həftəmizin Aktiv istifadəçisi YalnıZ_ArZu oldu. Cavablandırığı üçün Arzuya təşəkkür edirəm papatya
Buyurun müsahibəmizi oxuyun.

1. Salam Qadınla.Com ailəsinə xoş gəlmisiz!
Sizi aramızda görməyimizə şadıq.

Xoş gördüm məndə hamını. 2 ildir hələdə bu sayta xoş gəlirəmsə nə mutlu bana)) Hər kəsə xoş əhval ruhiyyə və xoş oxumalar...

2. Buyurun özünüzü təqdim edin. Adınız,yaşınız,doğum gününüz,neçənci il?
Yalniz Azru, 1985-ci il 18 oktyabrda anadan olmuşam. Bir neçə aydan sonra 33 yaşımı tamam edəcəm, inşallah xeyirlisi.

3. Biraz öz xarici görünüşünüz barədə bizə danışsanız məncə hamıya maraqlı gələr..
Bir neçə qız görüb məni şəkildə də olsa, onlarcun maraqsız olar yəqin)) Görməyənlər üçün özümü, 165 sm. boyunda, 56 kq çəkidə, qısa qara saçlı, qaraqaş qaragöz bir qız kimi təsvir edim.02 Deyilənə görə yaşımdan kiçik görünürəm, hamı 25-27 yaş verir mənə. Gözəl olduğumu demərəm, çünki gözəllik nisbi anlayışdır, kiminçünsə gözəl olan, kiminəsə itici gələ bilər. Çirkin deyiləm bəsimdi)) Əsas qəlb gözəlliyidir deyə də şablon cümlə qurmayacam)))

4. Kimlərə görə nələri qurban vermisiz?
Bir məsəl var "Söyləmək çirkinlikdir" yəni etdiyini demək heç də xoş xüsusiyyət deyil. Nə qurbanım olubsa özüm bilirəm, bunu heç qarşı tərəf də bilmir. Həmdə onlar mənim ailəm, atam, anam, qardaşım olduqlarından, onlara canım da qurban. 100 dəfə də bundan sonra dünyaya gəlsəm yenə eyni şeyləri edərəm onlar üçün.

5. Qadınlarda kişilər kimi sərbəst olsa idi, necə olardı?
Bu baxır "sərbəstlik" sözünü kim nə cür başa düşür. Hər kəs bu sözü öz tərbiyəsinə uyğun anlayır, dərk edir. Hansısa qadın üçün sərbəstlik sadəcə bir az artıq söz haqqının olmasıdırsa, kiminçünsə sərbəstlik lütlənib gəzmək, içki, siqaret, vulqar söyüşlü danışıq, saymamazlıqdır. Kişi kimi sərbəst olmaq qadına yaraşmır çox vaxt, qadın elə qadın sözünə uyğun, özünü əzdirib alçaltmadan sərbəstliyə malik olsa kafidir.

6. Sizcə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Hər qadına şamil etmək olmaz bunu əlbəttə. Məsələn mən heç kimə paxıllıq emirəm. Öz həyatımı yaşayıram. Başqası bu həyatda məndən daha uğurlu mövqedə ola bilər, məndən daha varlı da ola bilər, ancaq o da buna rahat nail olmayıb. Bunu hansısa əmək sərf edərək əldə edib. Adama deyərlər, canın cıxsın səndə əlləş vuruş həyatda nələrəsə nail ol, onun bunun pul parasına, geyminə paxıllıq etməkdənsə hünərin var səndə də olsun ondan. Həmdə unutmaq lazım deyilki, qismətdən artıq yemək olmaz. Bir insanın paxıllıq ediləcək hər bir şeyini ona ALLAH verir. Odurki paxıllıq etmək sadəcə içdən içə özünə ziyan verməkdir. Paxıl insanlardan uzağam çünki onların nəfsi güclü olur, bundan çox ziyan görmüşəm((

7. Dərdi verən Allah dərmanını da verər deyirlər. Özünüzü çarəsiz hiss etdiyiniz və qərarsiz qaldığınız vaxt olub?
Çox olub, ancaq sualın ilk hissəsindəki kəlimə ayaqda qalmağıma kömək olub. Ümumiyyətlə mən hər şeydən çarəsizliyə qapılan deyiləm, nikbin insanam. Mən özümü çarəsiz hiss edirəmsə, demək doğrudanda çarəsizəm. Yenə də dözürəm, imkan vermirəm kimsə bunu hiss eləsin. Çıxış yolu axtarıram, Allaha dua edirəm. Səbr edirəm. Ağlayıb sızlayıb camaatı yormuram, balalarımla başımı qatıram və birdə ayılıramki çətinlik artıq arxada qalıb və mən xoşbəxtəm. Allah heç kimi çarəsiz duruma salmasın, səbr hər şeyin başında gəlir. Güclü olmaq lazımdır, bu həyata yoxsa qatlana bilmərik.

8. Təsəvvür edin ki,yolda gedirsiz özünüzlə qarşılaşsanız ilk reaksiyanız nə olar?
Yəqin düşünərəmki ölmüşəm, ruhum cismimin yanında dolaşır. Bir az mat mat üzünə baxaram, sonra soruşaram görüm küçədə bayırda nə gəzir)))

9. Əsəbləşməyin atəşi əvvəlcə sahibini yandırar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Sizi əsəbləşdirmək asandir? Ümumiyyətlə,əsəblərinizi cilovlaya bilirsiniz?
Nə gözəl məsəldir, ilk dəfədir eşidirəm...Mamam deyir sən barıtsan elə bil, çünki özümdən çox tez çıxıram. Ələ almağa çalışıram yenə də çox vaxt alınmır. Əsəbi olduğumdan başıma çox şeylər gəlib. Səhhətimə də pis təsir edir, əsəb keçirmək olmaz mənə əslində(( Burda bu məsəl tam yerinə düşür çünki mən ilk növbədə özümə ziyan verirəm bu temperamentlə(( Ancaq onu da deyimki, elə çətin durumlar olurki, orda ALLAH mənə fövqəltəbii bir səbr verir. Tam sakitliyimi təmkinimi qoruyuram, sonra özüm də məətdəl qalıramki yani bu mən idim bu situasiyada təmkinli birisi? Yəqin bu xüsusiyyətimi də mənə ALLAH əsəbi olduğumçun kompensasiya olaraq bəxş edib)))

10. Özünüzdə qürur duyduğunuz cəhətiniz hansıdır?
Güclü qadınam mən! Bu pafos deyil həqiqətdir. Həyatımda ağlıma gəlməyənlər başıma gəlib, amma heç vaxt sınmamışam. Nahamar həyatımda büdrəmədən bu günə gəlib çıxmışam. İradəm güclüdür deyə həyatda bir çox çətin durumlarım olubki tez adaptasiya olmuşam, ən əsası da gileylənib şikayət etmədən. Bir az da yazsam deyəcəklə özünü tərifləyir, bir sözlə özümlə qürur duymağım üçün səbəblərim çoxdur.

11. Həyatınızda eşitdiyiniz ən dəyərli söz hansıdır?
Mamam "qızım" deyir arada mənə elə xoşum gəlirki, qaqam "bacım" deyəndə də ürəyimə yağ kimi yayılır. Birdə təbii ki uşaqlarımın "mama" deməsi. Bunlar əslində mənim həyatdakı statusumdur, övlad, bacı və ana. Bu statuslara çox önəm veridiymdən çalışıram bu sözlərə layiq olum həmişə.

12. Ümumiyyətlə xasiyyətiniz necədir(necə bir insansınız)özünüzü bizlərə necə tanıda bilərsiniz?
Burda qızlar daha yaxşı anLatar məni. Burda necəyəmsə həyatdada eləyəm. Qızların mənim nüvanıma dedikləri sözlərin hamısını mənə reladada deyirlər, çünki rola girmirəm virtualda. Sadə biriyəm, özümü dartmıram, kimdənsə üstün bilmirəm, yardımsevərəm, bir az qəddarlığımda var. Səbrsizəm, arada tənbəlliyim tutur, məsuliyyətliyəm. Paxıl deyiləm, kiminsə haqqına girmirəm, çalışıram hamı haqqında müsbət düşünüm. Tərs üzümü heç kim görməsin aman, tez inciyən biri deyiləm amma, bir adamdan qırıldımsa tam qırılıram, öldürsən artıq o adama qanım qaynamır, belə vecimə də olmur öldü ya qaldı.

13. Kimin rəylərini oxumağı sevirsiniz?
Bütün qızların rəylərini oxuyuram əksər vaxtlarda. Şükür saytda ağıllı başlı düşüncəli məntiqli qızımız çoxdur, odurki rəyləri də maraqlı olur.

14. Gündə azı 3 dəfə qulaq asdığınız mahnı hansıdır?
Bu gün 3 dəfə dinlədiyim mahnı Röyanın "Mənə sevgindən bəhs et" mahnısı olub. Belə əhvalıma görə dəyişir amma. Məsələn dünən Nelli Furtado günü idi məndə))) onun "Say it right" mahnisini 5 dəfə dinlədim ən azı))) sabah kim olacaq bilmirəm, çünki musiqi zövqüm çox rəngarəngdir, rok, rep, pop, muğam hamısına qulaq asıram. Təki keyfiyyətli musiqi olsun.

15. Təsəvvür edin ki, Qadınla.Com-un ziyafət gecəsinə dəvətlisiniz bu ziyafəti necə təsəvvür edirsiniz?
Ayy canlarım mənim necə gözəl olardı)) Demək belə təsəvvür edirəm...qızlar hamısı super libaslarda, tay duxilərin ətrindən adam bihuş olur. Səs küydə götürübe aləmi, ağız deyəni qulaq eşitmir)) Masanın üstü şirniyyatlardan cırılır, yarım saata qızlar tozsoran kimi silib süpürürlər şirniyatları...Bir az mehribancasına danışıb gülürlər sonra uje keçirlər qeybətə :D Ən sonda da diskateka :D

16. Sizdən yaşca kiçik birinin sizə nəsə öyrətməsini necə qəbul edərsiniz?
Baxır o yaşca birinin məqsədinə və kimliyinə. Əgər biri özünü məndən üstün göstərməkdən ötrü öz qoz boyda ağılıyla mənə öyüd verirsə, onun öyüdünü elə boğazında boğaram. Ancaq xoş niyyətlə nəsə məsləhət verirsə gözüm üstə yeri var. Mən elə şeyi özümə utanc bilmirəm. Dəfələrlə olubki özümdən kiçik birinə yazıb hansısa məsləhəti almışam. Bilməmək ayıb deyil, bilibdə qürur edib öyrənməmək ayıbdı.

17. Həyat sizə nələr öyrədib?
Həyat mənə bütün hər şeyə ramən gülməyi və bununla yanaşı güldürməyi öyrədib. Həyat mənə çətinlik qarşısında pes etməməyi, insanları sevməyi, üsyan etməməyi, Şükür etməyi, çətinliklərimi heç kimə bildirməməyi öyrədib.

18. Qadınla.Com-u izah edin deyilsə nələr deyərdiniz?
Qadinla.com mənim xobbimdirdə...sevirəm bu saytı bütün xəbərləri və userləriylə birgə. İkinci ailəm, əksər hallarda problemlərimdən sığınacaq tapdığım yer. Olmazsa olmazım tək sayt! Xəbərlər hazırlayaraq beynimi daim nəyləsə məşğul etmək, yeni ideyalar düşünüb tapmaq xoşuma gəlir. Mənə bunu bəxş etdiyi üçün də doğma saytıma minnətdaram. Həmişə var olsun bizlərlə birgə inşallah.

19. Suallar çox fikirləşib verə bilərəm amma ki, userləri bezdirməyim.Nədə sizi yormayım.Suallarım xoşunuza gəldi?
Suallara cavabımı 2-ci dəfə yazdığımı nəzərə almasam yorulmadım, çünki hazırladığın suallar çox maraqlıydi, xoşum gəldi əlbət məmnuniyyətlə cavablandırdım.

20. Və sonda Qadınla.Com userlərinə ürək sözləriniz
Canım bacılarıma əsl qadın xoşbəxtliyi arzu edirəm. Üzünüz gülsün deməyim, Allah ürəyinizi güldürsün hər zaman. Sevinclə dolu bir həyata layiqsiz hamınız çünki bir çoxunuzun həyatda aldığı dərin yaralarınız var, Allah qismət etsin bu yaraları tamamilə sağaldasız, xoş günləriniz bol olsun. Heç vaxt pes etmıyin, daima irəli baxın, keçmişə baxıb köks ötürməyin, zəif tərəflərinizi heç kimə bəlli etməyin. Bilmək olmaz dildə sizə təsəlli verən bəlkə daxildə üzgünlüyünüzə sevinir. Heç kimin arxasıyca getməyin, öz arxanızca aparmağı yeri gəlsə süründürməyi bacarın.
Saytda mənim aktivliyimi qiymətləndirib, görüb, mənə səs verən hər kəsə təşəkkür edirəm. Aktiv olmağa məni heç kim məcbur etmir, bu bir təlabatdir ki mənim daxilimdən gəlir. Bu belə olduqca davam edəcəm, nə vaxt stop edərəm bilmirəm. Ancaq bu cür hallarda biləndə ki, səndən başqa kimsə də bu aktivliyə dəyər verir bu bir ayrı xoş olur. Allah razı olsun hər birinizdən, eləcədə adminlərdən ki, mənim saysız hesabsız xəbərlərimi redaktə edib yayıma düzürlər. Əlləriniz dərd görməsin.
Həmçinin layihə rəhbərinə əziyyətdən dolayı minnətdaram, daha neçə belə layihələrə inşallah.
Oxuyan hər kəsə dərin minnətdarlıq... 123

loading...
(səs: 1)
Şərhlər: 26
Baxılıb: 323
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
_Mrs_
Sitat: Onun_Mələyi
_Mrs_
Caan..yox əstağfrullahihi
Pis mənada demirəm inan..eləbilirdim ki suallar biraz fərqli olacaq..
gözlədiyimnən olqunca alınmış
07Əllərinə sağlıq.

Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 avqust 2018 23:45
26
Seni cooxx sevirem heartEsgerimheart
Offline
Onun_Mələyi
_Mrs_
Caan..yox əstağfrullahihi
Pis mənada demirəm inan..eləbilirdim ki suallar biraz fərqli olacaq..
gözlədiyimnən olqunca alınmış
07Əllərinə sağlıq.
13 avqust 2018 23:41
25

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Online
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 avqust 2018 23:38
24
Seni cooxx sevirem heartEsgerimheart
Offline
Onun_Mələyi
Bu xəbəri oxumuşdum..şərh yazmaq bu günə qismət oldu..komp
Canım mamam,ilk öncə səni təbrik edirəmmucux
həmişə birincilər sırasında olasanalkis
Uğurların bol bolll olsun aşkitom128
Fikrimcə indiyədək gördüyüm ən ədalətli yarışma oldu 08Haqq edən qazandı doğrudandacak
Müsahibəyə gəldikdə..sualları da verilmiş cavablarıda çox bəyəndim..07
Düzü Aytacdan belə olqun syallar gözləmirdim09,çox anlamlı suallardır07
Arzuşumun cavablarıda hər zamanki kimi özünə yaraşandır..
İkinizində əllərnizə sağlıqgul
13 avqust 2018 23:36
23

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Offline
Barbaris
Biricik awkitomm tebrik ediyorum senii hemiwe birincilerden aktivkerden olasan qudawkam mucux Cavablar her zamanki kimi menali ve ozune mexsus 08 opurem canisi qalan tebrikleri urek sozlerimi vpda sesli mesajla ataramm ihi
11 avqust 2018 10:45
22
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
YalniZ-ArZu
Qizlar cox sagolun, xosh sozleriniz menim ucun deyerlidir. Yazdiqlarim tam fikirlerimi eks etdirdiyinden beyenmenize bir ayri şad oldum. Qisa yazmaq menlik deyilde bilirsiz)) Oxuyaraq sərf etdiyiniz vaxtı halal edin, hər birinizi çox istəyirəm, ayri ayriliqda haminiza təşəkkür edirəm. Yaxshiki varsız. heart
11 avqust 2018 08:39
21
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Cema_Axodova
Canim Arzuwkam tebrikler))))
10 avqust 2018 22:35
20
p.s
Online
ʚɞღ..Sultanım..ღʚɞ
Arzunu demey olar biraz taniyirdim bu musahibede daha yaxshi tanimish oldum. Chox istiyirem xetrini,achiq fikirlidir yeri geldi sozunu deyen insan kimi taniyirdim ve mehz bele imish. Bu heyatda her insanin ozune mexsus chetinlikleri olur,menim, Arzunun, digerlerininde hemchinin. Her kes bu chetinliklerden kechir,bezmeden, usyan etmeden, sebr ederek. Kimi dindirsen ozune gore derdi var. Sozumu ona getiriremki))) meqaleni oxuduqca ele bildim ozum yazmisham:)
Hansisa bir yazida oxumushdum: "Butun guclu QADINLARA salam olsun" :)
Gozel musahibe alinib,her ikinizinde ellerine sagliq.
10 avqust 2018 15:31
19
Qadinin 9 Nəfsi Bir Ağlı Var..
Kişinin isə 9 Ağlı Və Bir Nəfsi..
Qadın Bir ağlı ilə 9 Nəfsə Qalib Gələ Bilir..
Kişi isə 9 Ağlı ilə Bir Nəfsinə Sahib Çıxa Bilməz..
Kişinin Vidası Çevriliş Kimidir..
Yeniliklər Gətirir..
Qadının Vidası isə Zərbə Kimidir..
Hər Şeyi Bitirir...
Offline
Zuzu
Sitat: Son Bahar
Arzumu tebrik edirem.Ve bele gozel layihe ucun Mrs usere tewekkur edirem.Musahibe maraqli alinib.
10 avqust 2018 12:34
18
Geride biraktiklarina adaklanirsan,önünde seni bekleyenleri goremezsin
Offline
Aylin...
Canim qaynanacim yene dokturmus
suallarda cavablarda cox dolgundu dusunerek anlayaraq yazilib bacim yene oz sozleriyle meni aydinlatdi birde sonuncu sualda yazdigi cumlr cox xosuma geldi03Üzünüz gülsün deməyim, Allah ürəyinizi güldürsün hər zaman.
cox gozel cumledi menasi derin
her ikinize tesekkurler elinize sagliq
10 avqust 2018 12:19
17
hh
Offline
Son Bahar
Arzumu tebrik edirem.Ve bele gozel layihe ucun Mrs usere tewekkur edirem.Musahibe maraqli alinib.
10 avqust 2018 11:47
16
Online
Lusi
Baciskami uzun zamandir ki taniyiram ve ne yaxsida tanimisam dediyim insanlarin icindedi. Mene cünki cox destey olub. Xassiyyetinde cox sevirem.Sekilin görümüsem. Özü qeyd etdiyi kimi o yaşı hec vermezsen MaşAllah) Müsahibe ise cox xos alinib. Her ikinizede tesekkur.
9 avqust 2018 22:33
15
Offline
Gulperi
Arzu bacinin xetrini cox isteyirem mehriban semimi biridi yazismalarimiz olub oz sozleriyle fikirleriyle secilen biridi oxudugu kitablar sayesinde soz ehtiyati coxdu musahibede cox gozel alinib her ikinizede tesekkur bele gozel musahibe ucun
9 avqust 2018 22:22
14
Online
Xəyallar limanı
Suallarla birlikdə, cavablarda mənalıdır. Saytda həmişə aktiv olasan. Həyatındada çoxlu uğurlar can. Marağlı oldu oxumaq. təşəkkürlər hər ikinizə.
9 avqust 2018 22:06
13
Şüşə kimi ol səni qıranı səndə kəs.!#
Offline
YalniZ-ArZu
oxuyuram bezi cavablarin arxasinda neler yatdigini bir ozum bilirem deyee kovrelirem((
Ilk once layiheni teshkil eden Aytaca tesekkurler. Musahibeni tam da bu cur ciddi formatda tesevvur etdiyimden yazimda da hec bir smaylik falan elave etmedim. Isteyirdim sade ve bu cur olsun ele de oldu cox xoshuma geldi. Gifler ancaq ozel xeberlerde olsa yaxshidi. Burda artiq olardi.
Werh yazan qizlara tewekkur edirem.
Sitat: BARBI
Saytimizda cox hormet etdiyim xanimdir.Cox beyenirem.Musahibesi her zamanki kimi ferqlidir

teshekkurler canim menim, sende menim hormet etdiyim qizlardansan xetrin ezizdir heart
Sitat: Nezrin6
Saytda werhlerini,xeberlerini oxudugum qizlardan biridir Arzu. Musahibeni oxuyub,seni daha yaxindan tanimagima wad oldum. Allah gelecek heyatini o qeder gozel etsinki hec vaxt nece edim,ne edim demeyesen. O gul balalarinin xowbextliklerini goresen InwAllah

Amin bacim, senle bahem, cox sagolasan. Allah seninde balalarini qorusun hemishe.
Sitat: aziz a
Bu qız Menım en sevdıyım lap sevdıyım userdi,vallah haqqın da o qeder xow soz deye bılerem kı,sadece bunu qeyd edımkı simasının gözelliyi qelbine de sirayet etmiş bir qızdı,weklin görmek mene de nesıb olub Qeyrı adi gözelliye malıkdı,sade bir gozellik.üreyide mene gore ele gOZeldı
Bundan Elave dünya görüsü,söz bazası,selis fıkırleri,bu qızın bilik dairesi Cox genısdır,,,,Menım alemımde hörmete layıq bırıdır....Aytac suallar ela ıdı senede teşekkür edırem

caaan quzu keserem bacima...mende seni laaaaaaap cox isteyirem, Allah de seni sevsin hemishe. Gozel gormeyin de senin ureyinin, yawil gozlerinin gozelliyidir. heart
Sitat: fiyonik
Arzu baci serhlerini nitqini cox sevirem elbette ozunu de cox semimi sadelovh biridir sayta gelende ilk qanim qaynadigi userdi

cox sagol balaca gozelim 123 Qarshiliqlidirheart
Sitat: N❤S
Gözəlimi 1 ildən yuxarıdır tanıyıram gözəl xasiyyətimiz tutur Allah canını sağ eləsin
Hər ikinizdə Təşəkkür edirəm

senle bahem meleyimmucux
Sitat: vipbetul
maraqli oldu her zaman aile xosbextliyi arzuluyuram

mende sene gozel bext arzu edirem canheart
9 avqust 2018 20:00
12
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Gülşən
Yasi az imis. Hami xala deyerek muraciet edir. Ele bildim nevenizde var 11
Maraqla oxudum. Tanimagima sad oldum 123
9 avqust 2018 19:42
11
İyiler kaybetmez, kaybedilir!
Offline
_LeylaC_
maraqlı alınıb. aydın selis ve menali musahibedir
9 avqust 2018 19:08
10
seni anlamayan sensizliyi anlasin
Offline
ayka95
Maşallah her suala geniş cavab yazıb .Maraqla oxudum .Hörmet etdiyim xanımlardan biridi
9 avqust 2018 18:37
9
Online
Üzel..
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
9 avqust 2018 17:26
8
#Людям не всегда нужны советы. Иногда им нужна рука, которая поддержит. Ухо, которое выслушает и сердце, которое поймет.
Только действия человека говорят о его личности и его отношении к вам, не верьте словам, просто наблюдайте и вы увидите истину.Не возобновляй общение с теми, кто тебя предал, такие люди не меняются.✔
Offline
AYCA
maraqli oldu oxumaq
9 avqust 2018 17:01
7

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri