Həftənin seçilən qonağı BARBI ilə müsahibə

Müəllif: _Mrs_
Şərhlər: 13
Baxılıb: 2 088
Səs ver:
(səs: 0)
Saytmızın dəyərli xanımlarını salamlayıram :03: Səs verməmiz bitdi,sizin verdiyiniz səslərə əsasən bu həftəmizin Aktiv istifadəçisi BARBI oldu. Cavablandırığı üçün Şəhlaya təşəkkür edirəm :papatya:Buyurun müsahibəmizi oxuyun

1. Salam Qadınla.Com ailəsinə xoş gəlmisiz!
Sizi aramızda görməyimizə şadıq.
Salam mən də sayt əhlini salamlayıram.
Səsiniz ile məni seçdiyiniz üçün təşəkkürlər

2. Buyurun özünüzü təqdim edin.Adınız,yaşınız,doğum gününüz,neçənci il?
Adım Şəhla,yaşım 27,doğum tarixi 28 may 1991

3. Biraz öz xarici görünüşünüz barədə bizə danışsanız məncə hamıya maraqlı gələr..
Boyum 162 çekim 48 .Xarici görünüşümə gəldikdə isə,saçlarım tam kürən demezdim ona yaxın bir rəngdi,gözlərim qəhvəyidi saç kesimim karedi.

4. Kimlərə görə nələri qurban vermisiz?
Hmm düşündürücü sualdır.Heyatda heç vaxt heç kəs üçün heç nəyimi qurban vermərəm ,çünki buna dəyməz.Versəm belə bir tək ailəm üçün canımı qurban verərəm.

5. Qadınlarda kişilər kimi sərbəst olsa idi, necə olardı?
O baxır sərbəstlik anlayışın ne boyutdadı.Men kişi kimi sərbəst olmaq istəməzdim çünki yaxşı nəticələr doğurmur.

6. Sizcə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Yüz illərdir bu belədir.Qadınlar hər kəsdən üstün olsada,Məşhur olsada,ağıllı olsada daim başqasının həyatına qibtə edir.Bu özümüzden asılı deyil.Paxıllıq genimizdə var.Paxılam ancaq kariyera ve irəli getmək mövzusunda.

7. Dərdi verən Allah dərmanını da verər deyirlər. Özünüzü çarəsiz hiss etdiyiniz və qərarsiz qaldığınız vaxt olub?
Bu il derd mövzusunda sınandığım il oldu.Anam xəstəliye düçar oldu müalicələr aldı.Çox şükür rəbbimə onu bizə bağışladı.Özümü çarəsiz hiss etdim anama görə içim qan ağlasada üzüm güldü ki,təki onun bir gülüşü ilə dünyam aydınlansın

8. Təsəvvür edin ki,yolda gedirsiz özünüzlə qarşılaşsanız ilk reaksiyanız nə olar?
İnsanlar çift yaradılıb əbəs yerə deməyiblər.Yəqin ki reaksiyam daha fərqli olardı.

9. Əsəbləşməyin atəşi əvvəlcə sahibini yandırar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Sizi əsəbləşdirmək asandir?
Ümumiyyətlə,əsəblərinizi cilovlaya bilirsiniz?
Yox son bir ildə əsəblərim pozulub hər şeyə reaksiya verirəm.Yavaş yavaş özümü cilovlamağa çalışıram.

10. Özünüzdə qürur duyduğunuz cəhətiniz hansıdır?
Özümdə ən qurur duyduğum xarakterim cəsarətim və qorxusuzluğum.Həyatda heç nədən qorxmuram.Həyatda heç zaman,heç kəsə əyilmirəm çox ciddiyəm.Bu xarakterimlə qurur duyuram.

11. Həyatınızda eşitdiyiniz ən dəyərli söz hansıdır?
Ən dəyərli söz ailəmin dediyi sözlərdir.Atamın mənə dediyi sözler dəyərlidir.Atam mənə günəşim deyər özünün dediyinə görə mənim dünyaya gəlişim onun həyatını günəş kimi aydınladıb.

12. Ümumiyyətlə xasiyyətiniz necədir(necə bir insansınız)özünüzü bizlərə necə tanıda bilərsiniz?
Məni tanıyanlar bilir çox şıltaq,şən,pozitiv, əsəbi azıcıq kobudam.Haqsızlığı sevməyən daim ədalətli olan allah bəndəsiyəm.

13. Kimin rəylərini oxumağı sevirsiniz?
Yalız Arzu,Antikvar,fialka,onun meleyi bu xanımların şərhlərini oxumağı sevirəm.

14. Gündə azı 3 dəfə qulaq asdığınız mahnı hansıdır?
Bu il ən çox Aleyna Tilki Yalnız çiçəyi dinlədim.O qızda star işığı var

15. Təsəvvür edin ki, Qadınla.Com-un ziyafət gecəsinə dəvətlisiniz bu ziyafəti necə təsəvvür edirsiniz?
Təsəvvür etmək üçün yığışmaq lazımdır.Hm təbiiki həmişəki kimi seçilməliyəm öz libasımla içəri daxil oldum ve qızların üzerində nikləri yazılıb.Hamı ilə görüşüb söhbət edirik.

16. Sizdən yaşca kiçik birinin sizə nəsə öyrətməsini necə qəbul edərsiniz?
Ağıl yaşla deyil təcrübə ilə olar.Heç pis baxmaram.Daim nəysə öyrənməyə can atıram

17. Həyat sizə nələr öyrədib?
Həyat mənə heç kimə güvənməməyi,sevməməyi öyrədib.Həyatdan o qədər şey öyrənmişəm ki,saymaqla bitməz.

18. Qadınla.Com-u izah edin deyilsə nələr deyərdiniz?
Təbiiki şablon kimi olmasın sözün esl mənasında ailəm.Bilənlər bilir bura ilə oyanıram,bura ilə yatıram bütün günüm burdadır.Çox sevirəm yaşama səbəbimdir bu sayt

19. Suallar çox fikirləşib verə bilərəm amma ki, userləri bezdirməyim.Nədə sizi yormayım.Suallarım xoşunuza gəldi?
Təbiiki xoşuma gəldi .Sehvler varsa üzürlü say telefonla yazmışam kompda problem var.

20. Və sonda Qadınla.Com userlərinə ürək sözləriniz.
Hər zaman sevin sevilin.Daim mehriban olun.Bir birinizi sevin.Bir probleminiz olduqda yardım almaqdan çəkinməyin.Daim yaxınlarınızla maraqlanın onların qayğısına qalın.
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 2 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri