Həftənin seçilən qonağı CANAN ilə müsahibə

Müəllif: _Mrs_
Şərhlər: 13
Baxılıb: 1 946
Səs ver:
(səs: 0)
Saytmızın dəyərli xanımlarını salamlayıram :03:
Səs verməmiz bitdi,sizin verdiyiniz səslərə əsasən bu həftəmizin Aktiv istifadəçisi 2 nəfər oldu biri CANANdır Cavablandırığı üçün Gülnaea təşəkkür edirəm
Buyurun müsahibəmizi oxuyun

1. Salam Qadınla.Com ailəsinə xoş gəlmisiz!
Sizi aramızda görməyimizə şadıq.
Salam çox saqolun.Mənədə səs verib aktiv bilen Userlərimizə sagol deyirəm.

2. Buyurun özünüzü təqdim edin.Adınız,yaşınız,doğum gününüz,neçənci il?
Gülnar.1996.01.15.

3. Biraz öz xarici görünüşünüz barədə bizə danışsanız məncə hamıya maraqlı gələr..
Totuş motuş biriyəm.Saçlarim şabalidi.gözlərimde şabalidi.çiyinlərimdən aşaği sacim var

4. Kimlərə görə nələri qurban vermisiz?
Hec kimə görə..Özümü qurban verirəm.Hər şeyə dözüb susub özümü incidirəm.

5. Qadınlarda kişilər kimi sərbəst olsa idi, necə olardı?
Qadinlar kişilər kimi sərbəst olsa.çox şey olar.Belə desəm ki qadinlar ozlərini idarə edə bilmezlər.Ona görə də kişi kişi olsun.qadinda elə qadin

6. Sizcə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Bu hamida var.Məncə paxil olmayan qadin yoxdu.egər paxilliq edib.Baskasinda gördüyü özündə də yaradirsa mən buna pis baxmiram.
Yeri geləndə bəzən məndə paxil oluram..

7. Dərdi verən Allah dərmanını da verər deyirlər. Özünüzü çarəsiz hiss etdiyiniz və qərarsiz qaldığınız vaxt olub?
Bəli çox olub.Uşaqim gec oldu.O zamanlar imkan yox idiki güclü mualicə alam özümü çarəsiz hiss edirdim.Bu günümə şükür Balam var.

8. Təsəvvür edin ki,yolda gedirsiz özünüzlə qarşılaşsanız ilk reaksiyanız nə olar?
Öncə şok olaram.Sora bərk bərk qucaqlayib ağlayaram.İçimdə heç kimə deyə bilmədiklərimi ona danişaram.Öz özümlə dərdləşərəm.

9. Əsəbləşməyin atəşi əvvəlcə sahibini yandırar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Sizi əsəbləşdirmək asandir?
Ümumiyyətlə,əsəblərinizi cilovlaya bilirsiniz?

Bəli həm də çox asandi.Bu aralar dahada yaman əsəbiyəm..Və əsəblərimi cilovlaya bilmirəm.

10. Özünüzdə qürur duyduğunuz cəhətiniz hansıdır?
Özümlə qürur duyquğum cehd odurki sadəyəm qudurğabliğim yoxdur.Cevrəmdə belələri çoxdur ama.

11. Həyatınızda eşitdiyiniz ən dəyərli söz hansıdır?
Atam dan Mene Gülü demesi.Anamdan Qizim.Qizimdanda inşallah Ana sözü olar.

12. Ümumiyyətlə xasiyyətiniz necədir(necə bir insansınız)özünüzü bizlərə necə tanıda bilərsiniz?
Esəbi.deyib gülən şən.zarafatcil.Kinli biri deyiləm.Tez unsiyyətə girməyi bacariram.

13. Kimin rəylərini oxumağı sevirsiniz?
Qizlarimiz hamisi mənə əziz ve doğmadi.Ama şərhlərin diqqətlə oxuduğum user.(Antikvar)

14. Gündə azı 3 dəfə qulaq asdığınız mahnı hansıdır?
Şöhrət Məmmədov (darixmişam ay ömrüm)

15. Təsəvvür edin ki, Qadınla.Com-un ziyafət gecəsinə dəvətlisiniz bu ziyafəti necə təsəvvür edirsiniz?
Dəniz kenarinda Ağ stollar.Qizlarimizda hamsi ağ don geyinib başimizda ağ çələng.
Belə bir şey olsa çox əla olar

16. Sizdən yaşca kiçik birinin sizə nəsə öyrətməsini necə qəbul edərsiniz?
Baxir o nəcə bir kiçikdi.özün məsləhəti ehtiyaci var ya yox.Belə kimsə məsləhət verəndə qulaq asiram.Ama öz bildiyimi edirem

17. Həyat sizə nələr öyrədib?
Həyat mənə susub durmaği örgədib.Bilibdə görübdə danişmamaği örgədib.

18. Qadınla.Com-u izah edin deyilsə nələr deyərdiniz?
Qadinla.com mənim rahatliq tapdiğim bir yerdir.bir sözlə şərh yazmasam belə girib baxib çixiram.

19. Suallar çox fikirləşib verə bilərəm amma ki, userləri bezdirməyim.Nədə sizi yormayım.Suallarım xoşunuza gəldi?
Suallar çox gözəl idi.heç sona necə çatdim bilmədim.Bəli xoşuma gəldi

20. Və sonda Qadınla.Com userlərinə ürək sözləriniz.
Bütün qizlara sağolsunlar deyirəm.əzyət çəkib oxuyan gözləriniz var olsun.
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 1 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri