Qadınlar.bizlilər seriallarda (1. hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 431
Səs ver:
(səs: 6)
Salam əziz xanımlarımız.Qadınlar.biz hər gün yeni layihə ilə yeniliklərə imza atır.Bu gün b imzanı atanalardan biri də mən oldum.Əlbəttə hamımızın bir məqsədi var o da Qadınlar.biz əhlini əyləndirməkdir.Bu layihəni düşünüdüm və müsbət reaksiyalar aldım.
Qadınlar.biz-lilərdən soruşdum. Xanımlara belə bir mesaj yazdım:
"Salam necəsən çoxdandı danişmiram siznən yeni bir layihə hazırlamaq istəyirəm və bilirəm ki sizin layihələrdən çox xoşunuz gəlir qatılacağınızı düşündüm ona görə yazdım əgər qatılmaq istəyirsənsəonda sevdiyin bir serilada hansi obrazı canlandırardın onu yaza bilərsən serialın adını ve obrazı yaz tşk"

Xanımlarımız görək nə cavab yazıblar

fialka:
" Obrazın yerində olmaq deyildə bəyəndiyim ola bilər sadəcə. Bəyəndiyim obraz haqqın, ədalətin daima dürüstlüyün tərəfdarı olan hətta bu yolda atasının günahlarına belə göz yummayan , alçaq könüllü , madiyyatı umursamayan birini canlandırıb bu karadayı serialında Fəridə obrazını canlandıran Bergüzel Koreldir."

Antikvar:
İlk öncə mənidə lahiyəsinə dəvət etdiyi üçün gözəlimə təşəkkürümü bildirirəm)
Sualıvı fikirləşdim istərdimki,sırf sualıva uyğun cavab verim ancaq hər zaman reallıqları sevən biri olmuşam).Bir türk kinolarını göz önümə gətirdim düşündüm onlar sadəcə insanların gözlərini bağlayacaq bir pərdədi,bir roldu reallıqdan fərli olacaq bir kitab üzərində yazılmış hekayəni aktyor kimi oynayırlar,onlar özləri belə o rollar ilə maskalanırlar özlərinə aid olmayan bir həyatı yaşayırlar,bir çox insanllarımızda bu türk kinolarına baxıb inandıqları üçün başqa xəyallar aləmində yaşayırlar sonları faciə ilə bitir,"Qaçmalar,altlarında inamarkalar,sevgi xəyalları,və.s"Sonluq nə ilə bitir?Öldürülmə,özlərini körpüdən atmalar,indi yazdıqlarım yazı olduğu üçün qəribə gələ bilər amma bir insanın ölümünün səbəbini bildikdə və video rolikini gördükdə özünüz belə onun təsiri altından çıxa bilmirsiz.)Sonra birdə düşündüm xarici kinoları orda tembolli heç bir aktyorun yerində olmaq istəməzdim insanları tərbiyəsizliyə yönəldəccək səhnələr daha çoxdu ,bizim dildə desək "zəmanəyə iflic dərəcədə çökdürən"aktyorlara baxdıqda xoş olan səhnələr heç görməyərsən.Esl həyatı biz özümüz yaşayırıq,Allah bizi real olan həyata rolunu oynamaq üçün göndərib.Yaxşı-pis,sevincli-kədərli ,həyatımızı yaşayaraq Allah qarşısında aktyorluğumuzun bir bədələni ödəmək üçün bir günü gözləyirik.Heç kimin yerində olmaqı heç zaman fikrimdən keçirməmişəm,nəyə görə olmayan bir şeyi arzulayım,həm kimləsə uçmaq heç xoşlamadığım bir haldıki,kiminsə yoluylada davam etməyi düşünsən yarı yolda qalarsan.Öz həyat rolumdan razıyam şükürlər olsun,kinoların bir sonluğu var,əlbətt bizimdə bir sonumuz var harda haçan necə olacaq bilmirik,amma mənim sonum hər həftə gündə bir dəfə bütün ölkələr arasında göstəriləcək bölümlərdən ibarət deyil,mənim həyat rolum hər gün günü 24 saat dayanmadan davam edən sabahını heç bilmədiyimiz bir ümidlə gözlədiyimiz günlərdən ibarət olur.Mənim seriallım oynadığım rollarda iki balam hər gün onların gələcəyi üçün dua edən ana,amma tam dəqiqliklə nə olacaqını bilmədiyim bir həyat var qarşımda,bir ailəm var real olan kinolardan fərli olan saf təmiz bir ailəm var.Bir gün ömür qatarımda məni öz calaqları altına alıb yoluna davam edəcək,o qatar yolunda tək istəyim sonuma baxdıqda fəxr edəcəyim övladlarım olsun,birdə çirkinliklər ilə o dünyaya yox təmiz yaxşılıqları ilə getməyim olsun...
Heç birimiz kinolara aldanmayaq,onlar sadəcə insanın psixologiyasına təsir edəcək səhnələrdi,hər zaman kinolara baxdıqda özünüzün xeyrinizə olan müsbət cəhətləri götürün beyninizdə ayy kaş belə olardı deyə deyimlər ilə yormayın,öz həyatınız o kinolardakı faniılikdən dəfələrlə gözəldi.Allah hər bir qadını xoşbəxt eləsin.Yenə az yazacaqdım amma bir söhbətə başladımsa beynimdəkiləri durdura bilmirəm))Məndən bu qədər ümidvaram fikrimi düzgün çatdıra bildim)

Asya Müslümova:
salam.Xeyirli və Uğurlu olsun layihəniz.Dəvət ediləndə əslində çox düşündüm ki hansı obraz mənə daha yaxındı..??Yəqinki bir çoxlarının izlədiyi O Hayat Benim serialı çoxlarına tanışdı.Orda Bahar obrazı mənim çox xoşuma gəlirdi amma aktrisaın obrazını yaratmağını heçdə uğurlu saymırdım.amma xaraktercə xoşuma gəlirdi çünki sakit,xeyirxah,"kiminsə qəlbinə dəyməyən","kobud olmayan" ona yaxşı olmamalarına rəğmən valideyinlərinə çox bağlı olna bir qız idi ona görədə sevdiyim obraz və xarakter olaraq Bahar! təşəkkürlər

teri meri:
Öncə layihənə dəvət etdiyin üçün təşəkkürlər mənim sevdiyim serial paramparçadır bunu səbəbi çoxdur ən əsası həyatiliyin çox olması hansısa hadisəni uzatmamaları.Burda sevdiyim obraz Cihan obrazıdır onun hər şeyi sakit həll etməsi hamını sakitləşdirməyi bacarması uşaqları üçün hər şeyi etməsi mənim xoşuma gəlir.Bir obraz canlandırmalı olsa idim bu obrazı qadın rolunda canlandırmaq istərdim
(səs: 6)
Şərhlər: 11
Baxılıb: 2 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri