Ayselina - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)

Müəllif: Narın Yağış
Şərhlər: 18
Baxılıb: 2 469
Səs ver:
(səs: 3)
1. Adınız?Yaşınız? Təhsiliniz?
Selcan.Yaşım 23. Qafqaz Universiteti.Filologiya fakültesi mezunuyam.

2. Ən xoşladığınız şəhər və seriallar? (Nuranə)
Ən sevdiyim şəhər İstanbul, Paris.İstanbulda olmaq nesibim olub, yaxın müddət ərzində də Parisi görmək nəsib olar inşallah.Sevdiyim seriallar: " Adını Feriha koydum" və " Günəşin qızları"

3. Xoşbəxtlik sizə görə nədir gözəlim?Xoşbəxtsinizmi? (Tek Tenha)
Xoşbəxtlik, bu məhfumu bütün gözəlliyi ilə hər kəsə yaşamağı arzu edirem.Mənim üçün xoşbəxtlik, saf, temiz mehebbetle ve qarşılıqlı hörmətlə qurulan ailədən başlayır.Çox şükür ki, belə bir ailədə böyümüşəm.Valideynlərimin mənə verdiyi sonsuz sevgi ilə böyümüşəm.Mənə elə gəlir ki, əsl xoşbəxtlik elə budur.Bir xanım kimi çox xoşbəxtəm!Həyatımda məni sevən, dəyər verən bir insan var.Yaxın aylar ərzində ailə quracağıq.Allah bütün xanımlara qismət eləsin.Mən də ailə qurmağa hazırlaşıram.

4. Zahirən necə birisiniz? Özünüzü təsvir edin. (Barbi)
Zahirən orta boylu, buğdayı, qara uzun saçları olan, qara qaş, qara göz, yumru sifət, orta çəkili bir xanımam.

5. Xoşbəxtliyi nədə görürsünüz? (messi pessi)
Temeli sevgiyle qoyulmuş xoşbəxt ailədə.

6. Məktəblisiz? Məktəblisizsə neçənci sinif? (Ada dunyam)
Sualinızın cavabını yuxarda qeyd etmişəm

7. Namaz qılırsız? İbadət əhlisiz? (BEtulxedice)
Bəli, əlbəttə ki, ibadət etmək edirəm.Min şükür.

8. Keçdiyiniz ömür yoluna baxanda nəyə sevinir,nəyə üzülürsüz? (Asya Müslümova)
Keçdiyim 23 il ömür yoluma nəzər salanda, hərdən sevinir, hərdən kədərlənirəm.Həyatda hərşeyi özüm, təkbaşına əldə etməyi sevən, bunun üçün çalışan, öz ayaqlarım üstündə durmağa çalışan, qoyduğum məqsədə doğru kiçik deyil, böyük addımlarla irəliləyən bir insan olmuşam.Məhz bu səbəbdən hazirliğa belə getmədən, özüm ev şəraitində hazırlaşıb universitetə qəbul olmuşam.Bu yaşadığım keşməkeşli, məşəqqətli yollar məni bir insan kimi püxtələşdirdi.Bugun çox sevinirəm.Zəhmətimin bəhrəsini gördüyüm üçün.Kədərim təbiki olub.Ən böyük kədərim.Atamı itirdiyim gün yaşamışam.(Suala görə təşəkkür edirəm Asya xanım.Məni kövrəltdiniz.)

9. Xaraktercə necə birisiz? (arzum-aysum)
Xaraktercə, nikbin ruhlu, pessimistlikdən uzaq, unsiyyətcil, insanlarla məsafəli davranmağı sevirəm, semimi insanlarla semimi olan bir adamam.Məqsədim xarakterimi formalaşdırıb əsl insan olmaqdır.Həyatdan zövq almağa çalışıram.

10. Sizcə sevgidə qürur olmalıdır? (DEnizim)
Bəli, sevgidə qürur mütləq olmalıdır.Xüsusilə qızlarda.Onsuz olmaz.

11. Sevilmək yoxsa başa düşülmək szin üçün önəmlidir? heyatim_menim)
Belə ifadə edim:- Məni hər kəs başa düşə anlaya bilər, ama mən hər kəsi sevə bilmərəm.Amma əgər sevirəmsə, sevdiyim insanı başa düşməyə çalışacam.

12. Həyatınızın olmazsa olmazı nədir, yəni nəyi etməsəniz gününüz yaxşı keçməz? (Angela7)
İbadətimi etməsəm, nəfəs aldığıma görə, yaşadığıma görə, görən gözüm, eşidən qulağımın, döyünən ürəyimin, yeriyən ayağımın, bütün bu gözəlliklərə sahib olduğum üçün Rəbbimə şükür etməsəm günüm yaxşı olmaz.

13. Əgər qabağınıza çirkin olmayan yeni ariq qaraşın 1 70 boylarında yeni çatmaqash birisi çıxsa ama sizə dünyaları versə yenede onun gozlliyini nəzərə almayıb daxilinə önəm vererdiz daha doğrusu daxili gözəlliyi üstün tutursunuz
Yeni çox çirkin yox amma gözəl mankien kimi oğlan da yox bunu deyirem yeni gözəl birisi olmayan (Aydan Habili)
Mən estetik gözəlliyə diqqət edən insanam.Məni Rəbbim gözəl yaradıb.Çox şükür.Daxili gözəllik mənim üçün əsasdır.Ama estetik baxımından zahirən gözəl olmayan birinə də gedə bilmərəm.50/ 50 yə olmalıdır.

14. Ünsiyyətcil birisiz? (GÜnəşimə aid)
Bəli, ünsiyyətcil biriyəm.ixtisasca müəllimə olduğuma görə və bütün günü işimlə bağlı ünsiyyətdə çox olduğuma görə bu mənə elə də çətin deyil.Amma özündən razı insanlarla ünsiyyəti qətiyyən sevmirəm.

15. Ailə sizin üçün nədir? Ailəniz üçün nə etmisiniz?
Ailə mənim üçün təməli saf, təmiz sevgi və qarşılıqlı hörmət əsasında qurulan kiçik dövlətdir.Hər ailənin öz konstituyası var, ailə başçısı tərəfindən qoyulan və bu qanunlara hər kəs əməl edərsə mükəmməl bir ailə formalaşa bilər.Mən hər zaman ailəmin başını uca etmək üçün çalışmışam.Atdığım hər addımda bir deyil, on dəfə düşünmüşəm.Hər zaman valideynlərimin fəxri olmağa çalışmışam.Çox sevinirəm ki, bu xoşbəxtliyə sahib olmuşam.Valideynlərim mənə fəxrim deyə müraciət edirlər.

16. Həyatda real olmayan nədir? (lalə 12)
Çox fəlsəfi sualdır həm də düşündürücü.Real olmayan bu dunya.Real heçnə görmürəm.Hər kəs ona verilmiş öz rolunu obrazını özünəməxsus tərzdə oynayır.Ömur yolu bitəndə isə ömür dəftəri bitir.və sən o insanı bir daha görmürsən.Sanki, o insan heç yaranmamış kimi əbədi olaraq qeyb olur.Mən atamın itkisindən sonra bunu daha çox anladım.

17. İndiki qızlarda (məktəblilərdə) sevmədiyiniz xüsusiyyət nədir? (Zehra)
İndiki yeniyetme qızlarımızda sevmədiyim xüsiyyət vaxtından əvvəl böyümək istəmələridir.Nəyə görə axı.Hər yaşın öz gözəlliyi var.Hansi yaşda olursansa ol, onu zövqlə yaşa.Onsuzda hamımız böyüyəcəyik, qocalacağıq heç kim cavan qalmayacaq.Tez böyüməyə çalışmayın, geriyə baxdığınızda o yaşaya bilmədiyiniz yaş mərhələsini çox arzulayacaqsız.

18. HArdan ağlına gəlib bu nik? (Fıstık)
Saytdan qeydiyyatdan keçmək istəyirdim, nik tapa bilmədim bacım kömək elədi.Yəni bacımın ağlına gəlib.Məndə bəyəndim.

19. Həyatda heç bitməsini istəmədiyin bir günün olubmu?
Və o günü təkrarən yaşamaq istərdinmi? (Dosta_inam)

Həyatımda gözəl günlərim çox olub.Tam səmimi etiraf edim ki, ən yaxın dostum olan Surayla keçirdiyim günləri təkrar yaşamaq istərdim.mümkün olmayacağını bilə bilə yenə də istərdim.

20. Həyatınızda əsas məqsəd nədir? Özünüzü tək hiss eləyəndə nə edirsiniz? (guler 19)
Əsas məqsədim mükəmməl, savadlı bir müəllimə olmaq.halhazirda magistraturaya hazırlaşıram, doktorantura dərəcəsinə qədər yüksəlmək istəyirəm insallah.Mən özümü tək heç zaman hiss etmirəm.Hər şeydən əlavə məni sevən və mənə bütün gözəllikləri bəxş edən Rəbbimin olduğuna görə.
Sonda hər birinizə Təşəkkür edirəm.Bir birindən gözəl suallar ünvanladırdığınıza görə.Mən suallarınızı çox bəyəndim, böyük məmnuniyyətlə sevərək cavablandırdım.Ümid edirəm ki, sizdə cavablarımdan məmnun qalacaqsız.
(səs: 3)
Şərhlər: 18
Baxılıb: 2 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri