Mənim toy günüm - vusu35 (5)

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 4 537
Səs ver:
(səs: 4)
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın vusu35-di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - vusu35 (5)

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
salam qadinlar.biz qızları. İlk öncə məni də lahiyənə dəvət etdiyin üçün təşəkkür edirəm.
Demək biz qohumuq, tanışlığımız da belə olub. bizim vaxtımızda toya təklif olunurdu, yəni bacımın toyu olacaqdı mən təklifə getdim, yoldaşım məni onda görüb bəyənib.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Təklif almamışam, elçi göndərdi.

3. Neçə müddət nişanlı qaldınız?
bir il niwanli qalmışıq canım.

4. Toy hazırlıqları necə irəlilədi?
niwanlı qalmanın avantajı oldu mene

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Beli zamanımız çox idi

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Demək olar hər şey

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
 bizim vaxtlarda bele dəb yox idi.

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
toyum öz qapımızda palatkada olub.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
toy şəkillərimi bibim qızı çəkirdi, sonra şəkilləri çıxartdırırdıq, bir də qaynım palaroid almışdı.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox etdirməmişdik

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Bəli çox gözəl gəlinlik almışdıq, qızlar elə bəyənmişdilər ki . Indi də gəlinliyim qalır

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Yox o qədər də çətin deyildi

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Yox bildirməmişdi

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Yox, amma nə istədiyimi bilirdim

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
çooox urəyimcə oldu.

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Bizdə elə adət yoxdu. biz tərəfdə üzük gedir bəy evinə.

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Əllbətdə o günü unutmaq olar-  29/6/2001

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
yox olmayıb

19. Toy günü unutduğunuz bir şey oldumu?
Olub amma qoy o mənə qalsın

20 Toyunuzun ən gözəl anı nə idi?
Yoldaşımın mənim əlimə üzük taxması.

21. İlk rəqs parçanız hansı idi?
 Bizim toyumuz ayrı ayrı olub, yəni tək gəlmişəm toya

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
 Yuxarıda dediyim kimi

23. Bir tərslik yaşandımı toy günü?
 bəli məni unudub, özlöri vur çatlasın oynayırlar, gec vağzalı çalındı

24.Ən çox nə vaxt həyəcanlandınız?
 Toya ilk dəfə gələndə həyəcandan əsirdim
 
25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Bəli qardaşım əsgərlikdə idi, gəlmək ehtimalı yox idi. Onun toyuma gəlməyi ən böyük sürpriz idi.

26. Bal ayınızı harada keçirdiniz?
Elə bir yerə getmədik

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
14 ildi

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Hər bir qadına ailə xoşbəxtçiliyi arzu edirəm. sevin sevilin, ailənizin qədrin bilin.


 
canım mənim, sənə  gözəl və xoşbəxt ailə həyatı, sevinc və səadət içində keçən bir ömür diləyirəm... inşallah Tanrının sizə bəxş etdiyi bu həyatı hər zaman könül xoşluğu ilə, sevgi və məhəbbət içində yaşayarsan... amin...
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 4 537
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri