Mənim toy günüm - yarpaq33 (10)

Müəllif: arzum-aysum
Şərhlər: 14
Baxılıb: 2 689
Səs ver:
(səs: 4)
  :toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın yarpaq33-dü..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
 Mənim toy günüm - yarpaq33 (10)
 
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Biz çox tərəfli qohumuq, demək olar ki, uşaqlığımız bir yerdə keçib

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Mən Rusiyada yaşadığıma görə o mənə telefonla zəng etmişdi, telefona da hər zaman anam cavab verdiyinə görə heç nə deyə bilməyib. anasına zeng elətdirmişdi söhbəti də o açdı

3. Neçə müddət nişanlı qaldınız?
Beş ay nişanlı qaldıq

4. Toy hazırlıqları necə irəlilədi?
Toy hazırlıqları öz axariyla irelilədi
 
5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Biz Rusiyadan gəldik və on gün içində hər şeyi yetişdirmək lazım idi, vaxt cox az idi
 
6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Mənə ən çox kef verən o idi ki, uşaqlıqdan qohumlarımın üzünü görməmişdim və toy ərəfəsi hamı bizdə idi buna cox sevinirdim
 
7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox getməmişdik, o vaxtlar belə şey yox idi 
 
8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Bu məsələni oğlan evi özü həll etmişdi
 
9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Demək olar ki, hərənin əlındə bir fotoaparat var idi, amma şadlıq evinin özünün fotoqrafı çəkdi şəkilləri
 
10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox etdirməmişdik
 
11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Təəssüf ki, yox. buna baldızım imkan vermədi, sağ olsun mən seçdiyimin əvəzinə başqasını gətizdirmişdi
 
12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
O vaxtlar indiki kimi seçim olmadığından iki gün çəkdi
 
13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Yox o belə işlərə qarışan deyil
 
14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Yox seçməmişdim
 
15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Bəli, çox gözəl alınmışdı hər şey
 
16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Bizdə belə adət yoxdu
 
17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Yox heç vaxt o günü mənim 20yaşım tamam olurdu 03.10.2001
 
18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Bəli bir piyan kişi vardı, gedib gəlib qaynanamı öpüb təbrik edirdi. heç kim də bunu tanımamışdı sonda tanımışdılar kim olduğunu. qohumlardan imiş
 
19. Toy günü unutduğunuz bir şey oldumu?
Yadimda deyil məncə yox
 
20 Toyunuzun ən gözəl anı nə idi?
Toyun ən gözəl anı bütün yaxınlarımın məni dövrəyə alıb oynamaları idi, kasetdə də çox gözəl düşmüşdü bu an
 
21. İlk rəqs parçanız hansı idi?
Sevgiyə aid bir mahnıydı adı yadımda deyil
 
22. Toyunuzun en romantik anını bizlə bölüşərdiz
Mən utancaq olduğumdan nişanlıma baxmırdım. fotoqraf da əl çəkmirdi, gah əl ələ tutuşdururdu bizi, gah da məni məcbur edirdi ki, onun gözlərinə baxım mən də heç cür baxa bilmirdim
 
23. Bir tərslik yaşandımı toy günü?
Yox
 
24.Ən çox nə vaxt həyəcanlandınız?
Yəqin ki, bütün qızlar kimi yaxinlarım çıxıb gedəndə çox həyəcanlandım, gəlib mənimlə göruşüb gedəndə yalvarırdım ki, getməyin
 
25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Rusiyadan çoxlü təbriklər gəldi və gözlənilməyən qonaqlar gəlmişdi, mənə görə bu mənim üçün böyük bir sürpriz olmuşdu
 
26. Bal ayınızı harada keçirdiniz?
Bir necə aydan sonra Rusiyaya getdik
 
27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
Artıq 14 ildir
 
28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
İlk öncə hər birinə xoşbəxtlık, qadın səadəti bolluca sevgi, məhəbbət arzulayardım və bir də ay qızlar bacısı yaxında yaşayan oğlana ərə getməyin gününüz qara olmasın
  
 
Canım mənim, 14 ildir qoruyub saxladığınız bu ailənizi Tanrı özü bəd nəzərdən və gözü götürməyənlərdən qorusun.. hər zaman bir yerdə çoxxxxx xoşbəxt olun inşallah...
(səs: 4)
Şərhlər: 14
Baxılıb: 2 689
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri