Mənim toy günüm - İnci (17)

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 1 978
Səs ver:
(səs: 5)

:toy: ...Mənim Toy Günüm... :toy:  layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın İnci -dı..

 bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..

 

Mənim toy günüm - İnci (17)

 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Qohum idi, anası, atası, Bacısı qızı vəözüni görməyə iş yerimə gəlmişdi))))))))


2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Çox htəşəm, hər zaman getdiyimiz restoranı bağlatdırıb yerə gül zad düzdürmüşdü, orda qs etdik, qulağıma pıçıldadı, məndə qışqıra qışqıra hə dedim, sonra da venetsiyaşəhəciyində qayıqda üzük taxdı və dedi bir ömür mənimləsən, məndə yox dedim,  sonra dedim səninlə yox səninəm


3. Neçə müddət nişanlı qaldınız?

5ay

 

4. Toy hazırlıqları necə irəlilədi?

Super,çox Xoşbəxt idim


5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Elə nişanımız olan kimi yox,çətin idi işləyirdim deyə  YALNIZ 6-bazar gedirdik, amma sədərəyin bütün satıcılarını artıq tanımışdım


6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Cici şeylər almaq


7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox,çox istəyirdim amma


8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Atam getdi,ng vurduki,  filan restoranı, qiyamət qopardim ki, yox ora uğursuzdu sonra başqasına gedib seçmişdi


9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Restoranın fotoqrafı , bacım, baldızım, tələbələrim,  1sözlə fototoqraflarım çox idi

 


10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Hava sağ Olsun, imkan vermədi amma toyda sonra etdirdik


11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Hə,ən çox qız toyununkunu sevdim


12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Oooooo yalan olmasın, 3-4həftə  çəkdi,  bəyənmirdim daaaaaaa neynəyim axi)))))


13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Əvvəl çox qarsisirdi ama 4_3hefteye sece bilmediyimi gorub bezdi axirda en cirkni Bele gorende deyirdi eladi


14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Yox,  Ustaya çox güvənirdim


15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Hə, super idim


16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox yoxdu, bizdə alt paltarı, corab, dəsmal, hamam xalatı və kosmetika yığılır


17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

Əlbətdə ki  26.10.13. 02.11.13


18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Sağ olsun tamada adımı düz demirdi


19. Toy günü unutduğunuz bir şey oldumu?

Yox


20 Toyunuzun ən gözəl anı nə idi?

Iş yoldaşlarımın çoxlu OYNAMAĞI, qohum əqrəbanın üzündəki sevinc hissləri,  evdən çıxanda fişənglərin atılmasi, restoranda bacım uşaqlarının başıma gül ləçəyi tökmələri və s

 

21. İlk rəqs parçanız hansı idi?

Gəl Xoşbəxt olaq


22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Rəqs edərkən alnımdan öpməyi


23. Bir tərslik yaşandımı toy günü?

OOOO tərsliküstünə tərslik, donuma qol tikdirməmiş maşınnan düşməyə qoymamağı,  toy boyu da dalaşa dalaşa oturduq, niyə oynadın, niyə güldün,  hətta fotoqraf mənim tək şəkilmi çəkirdi deyə dava saldı, qoymadıçəkməyə


24.Ən çox nə vaxt həyəcanlandınız?

Ata evindən çıxanda

 

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Toydan sonra evi gözəl bəzəmişdi,  yerə güllər,şamlar falan (sağ olsun mebellərimdə  yaniq izi qalıb hələ də)əvvəl evi tanış etdi, sonra qs edib şampan içdik, mənə bir ömür Xoşbəxt olacağımız barədə sözlər Verdi (YALNIZ Soz olaraq qaldı amma)bunların hamısı  şam işığındaçox romantik idi


26. Bal ayınızı harada keçirdiniz?

Guya gedəcəkdik son anda alınmadı


27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

2il1ay

 

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

 Əziz bacılar, sevdiyinizə gedin , nişanlı vaxtı nə istəsəniz aldırın,  toydan sonra almırlar çünki, çoxlu gəzin veriləcək hər sözə inanmayın, mümkünsə baldız olmasın, olsa da uzaqda Olsun, qaynana o qədərdə ziyanli deyil, uşaq zad saxlamaq üçün əlverişlidi, evi olmayana getməyin. Təbii olaraq hamısı zarafatdı, necə Xoşbəxt olacaqsız elə də yaşayın

 
 
 
Canım mənim, inşallah sevgi ilə qurduğunuz bu ailəniz bir ömür boyu da elə sevgi və səadət içində keçər... amin...
(səs: 5)
Şərhlər: 16
Baxılıb: 1 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri