Qadınlar.Biz'li xanımların sevimli şeiri - Şəbnəm Vüsal (28)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 1 336
Səs ver:
(səs: 5)
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. Xanımlarımız istədiyi şeiri yaza bilər və onun haqqında məlumat verə bilərsiz. Bu günkü qonagım Şəbnəm Vüsal nikli usərimizdir. Buyurun:

Seir Nüsrət Kəsəmənlinindi...Cox sevdiyim şairdi))
 
Bu ömür yolunda üz-üzə gəldik,
Zülmət bir gecədən gündüzə gəldik,
Deyəsən , axırda biz gözə gəldik,
Nə olar, Allahım , ayırma bizi.

Sənin əlindədir taleyin hökmü,
Nə oldu , bu sevgi , ağır yükmü ?
Ayrılıq deyilən səndən böyükmü ?
Nə olar, Allahım, ayırma bizi .

Sonradan qovuşan iki yoluq biz,
Sevgiylə başlayan iki sonuq biz,
Haqqına tapınan iki quluq biz,
Nə olar , Allahım , ayırma bizi.

Duymadıq sevginin şirin dadını,
Vurma qəlbimizə sevgi odunu,
Eşit sevənlərin qəm fəryadını ,
Nə olar , Allahım , ayırma bizi.

Bu biz , bu məhəbbət , bu alın yazı,
Yoxsa bu yazıya yoxdu bir pozu ,
Ayırmaq istəsən al canımızı ,
Nə olar , ALLAHIM , AYIRMA BİZİ !!!

 
P.S.Lahiyəyə qatılmaq istəyən mənə müracət edə bilər
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 1 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri