Mənim toy günüm - roksi1995 (27)

Müəllif: arzum-aysum
Şərhlər: 22
Baxılıb: 2 293
Səs ver:
(səs: 4)
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın roksi1995-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - roksi1995 (27)


1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Əvvəla  salam. Elə də uzun tanışlığımız olmuyub. xalam oğlu idi, amma Azərbaycana gəlmədikləri üçün tanımırdım.  Bizə  gəldilər qonaq,  sadəcə salam verdim və getdim çay hazırlamağa. Belə oldu tanışlığımız

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

artıq vermişdilər məni,  oda gəldi bizə vəöz xasiyyətindən danışdı,  əsəbiyəm eləyəm beləyəm, bir azda evlilikdən danışdı,sonarda əgər sevdiyin yoxdursa mənnən evlənərn? sevdiyin varsa söhbəti bağlıyarıq.Istəmirəm evləndiyim adamın ürəyi başqasının olsun, məndə başımı tərpədib hə dedim, oda yanağımdan öpdü

 

3. Neçə müddət nişanlı qaldınız?

5 ay qaldıq nişanlı, heç kəsə uzunmüddətli nişanlı qalmağı arzulamıram, nələr çəkdim nələr

 

4. Toy hazırlıqları necə irəlilədi?

2həftəyə qədər çəkdi hazırlıqlar

 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Kifayət qədər zamanım oldu cehiz falan, heç nə almadıq, güzgü,  qənd,  bəzənmək və gəlinlik lazım idi, sadəcə  seçmək

 

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

xarici pasportumu götürmə nkərana getdik, gələndə kafedə oturduq sadəcə o


7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Xeyir, yoldaşım eləşeylərdən uzaqdır,  həmdə  o toyuma  1həftə qalmış gəldi Azərbaycana,  vaxtımızda olmazdı heç.


8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

atam seçmişdi,  biz seçmədik,  rayondakıən böyük salon idi, qonaqlar çox olar deyə onu seçmişdi


9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

restoranın öz fotoqrafı  var idi


10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox,  nişanlı olanda bir azşəkil çəkmişdik,  nişanlanandan sonra nkərana getdik,  gələndə kafedə oturduq,  orda çayın ətrafında çəkmdik şəkillər


11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Yox,  heç bir gəlinlik xəyalımdakı deyildi


12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Bəli çətindi,  əvvəlcədən seçdiyimi vermişdilər başqasına,çəhrayı rəngdə seçmişdim,  məcbur olub ağ rəngdə  seçdim, bu seçimimi toydan bir gün qabaq etdim, salona getdim,üzümü təmizləməyə, gördüm başqasına veriblər, məndə məcburən təzəsini seçdim

 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Yox,  necə istiyirsən elə al demişdi,  amma qız toyunun gəlinliyinin qabağıçox açıq idi,sinəmçöldə qalmışdı gəlinlik olmasaydı cırardım onu dedi,şəkillərə baxanda hətta özüm utandım


14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Bəli seçmişdim, sadə buruqlu saç və sadə makyaj

 

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Yox, heç biri istədiyim kimi deyildi,  makyajım məni  18 yox 25yaşlı eləmişdi,  toyda məni ilk dəfə görənlər toydan sonra 'a bu uşaq imiş ki' dedilər


16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Bəli, bizdə də belədir, biz aldıq


17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

unutmaram desəm yalan olar, həmdəən pis günüm idi, unutsam yaxşı olar 05. 10. 2013 26. 10. 2013


18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Mənim həyəcanlanmamağım, hamı  gülürdü , mən həyəcanlanməram deyəndə

 

19. Toy günü unutduğunuz bir şey oldumu?

Xeyir, heç nə olmadı

 

20 Toyunuzun ən gözəl anı nə idi?

Nişantaxma mərasimi

 

21. İlk rəqs parçanız hansı idi?

yadımda deyil, toy diskinə o qədərdə yaxşı baxmamışam


22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
ad gunum ve toy gunum eyni gunde idi nisanlim. ad gunume uzuk almisdi. nisan uzuyumu ve hediyye aldigi uzuyu taxmasi idi romantik an

23. Bir tərslik yaşandımı toy günü?
toyda iki defe dava oldu. gelinliyimin eteyi cirildi. qaynatam. ad gunume uzuk almisdi (uzuklerim balaca oldugu ucun boygeltdirmisdik zerger cox boyuk elemisdi qalmirdilar barmagimda) hemin uzuyu itirdim toydan sonra xinayaxti oldu xinayaxtida itirdim. sonra qaynatam kglan toyuna tezesini aldi

24.Ən çox nə vaxt həyəcanlandınız?
oglan evi bize gelende toy gunu

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
balduzum qaynatam. nisanlim hediyye olaraq uzuk almisdilar onuda tpydan qabaq barmagima yoxladiqlari ucin surprizi qalmadi

26. Bal ayınızı harada keçirdiniz?
bal ayi olmadi

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
2il 3ay(bir yas 6ayliq oglumuz var)

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
tovsiyem yoxdur cunki bilmirem ne deyim
XOSBEXTLIK ARZULAYIRAM HAMIYA.

(səs: 4)
Şərhlər: 22
Baxılıb: 2 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri