Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)

Müəllif: arzum-aysum
Şərhlər: 18
Baxılıb: 1 813
Səs ver:
(səs: 5)

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 
 Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)  Tomris Müslümova  
 
Saytda bizi öz layihələri ilə  sevindirən, hər bayramın, hər fəslin müjdəçisi olan Türkan bacıma dəvəti üçün təşəkkür edirəm. Sizləri də bahar təravətli, yaz nəfəsli bu gözəl gündə salamlayıram. :03: Yəqin ki, bir neçə şərhdə mənim qışa nifrət etiyimi, yazı, baharı necə səbrsizliklə gözlədiyimi oxuyub xəbərdar olmusunuz! Novruzu çox böyük həvəs, sevgi, səbrsizliklə gözləyənlərdənəm. Açıq etiraf edirəm ki, əvvəlki bayramların ləzzəti qalmayıb artıq. Əvvələr daha maraqlı keçirdi, bayram abu-havası hər tərəfdən hiss olunurdu. Hər çərşənbə tonqal qalanırdı indi artıq biganə yanaşılır. Əvvəl papaq atanlardan bezirdik, indi papaq atanda hamıdan çox biz sevinirik :26: Bilmirəm bəlkə də mənim yaşadığım yerdə belədir. Uzun sözün qısası nə yaşamışamsa uşaqkən yaşamışam. Heç unutmadığım bayram isə 9-cu sinifdə məktəbdə keçirdiymiz bayram idi. Onda məktəb tədbiri idi və mən də aparıcı idim. Tək deyildim tərəfdaşımda "O" idi :09:  
O tədbir bitənnən sonra sinif uşaqları bizə gəldi və bayramı bizdə qeyd elədik. Bizim evdə keçirilirdi deyə ən çox işliyib yorulanda mən olmuşdum... O günnən xatirə videomuz da var şəkillərimiz də.
Hələ də getməyə can atdığım papaq atmaq isə məndə yarımçıq olurdu. Mən qapıya qədər gedirdim ordan o tərəfə uşaqlar gedirdi. Mən itdən qorxanam deyə canımın qədrini bilirdim getmirdim qabağa :08: Şəhərdə yaşayan bibim gildəydik bir dəfə bibim oğlu, qızı bir də biz 3 uşaq getdik papaq atmağa. Sən demə şəhərdə də papağı qoyub qaçmırsan elə əlində tutub gözlüyürsən :23: Nə bilim a mən belədi şəhərdə. Elə utanmışdım ki. Onnan sonra dedim qələt eliyərəm mən bunlarla harasa gedərəm. :125: 
Novruzun fallarını da sınamışam hətta :09: Bir dəfə bir sinif yoldaşım yumurta falı dedi mənə. Düyü, soğan qabığı, yumurta, kasa filan ancaq tam dəqiq necə edildiyini unutmuşam. Bunu eliyirsən guya üstünə hərif yazılır :23: Mənnəndə nə gedir? Gətirdim elədim. Amma həqiqətən də üstünə hərf yazılmışdı. Yumurtanı düz tutanda Z oxunurdu köndələn tutanda N Mənə də N sərf elədiyinə görə yumurtaya köndələn baxırdım :08: Kişinin qızı ağıllı çıxıb bu yumurtanı saxlamaq istədi yadigar. Apardım qoydum şkafıma. Bir müddət keçdi gördüm şkafımnan şəhər kanalizasiyalarının iyi gəlir. :26: Ha axtardım, ya eşələdim əmələ gəlmədi. Bir müddət keçdi elə bil o kanalizasiyə mənim oatığımnan keçir iydən girmək mümkün deyildi. :06: Axırda şkafı boşaltdım. Çoxdan eləməli idim ancaq tənbəl Tomris :09: Bir də baxıram bu yumurta qırılıb qoyduğum qutunun içində o iydə bunnan gəlirmiş. Çıxartdım tulladım hələ də o iy burnumdadı :24: 
Bu qədər. Bir daha dəvət üçün və zaman sərf edib oxuduğunuz üçün təşəkkür edirəm. Bayramınız mübarək olsun. :20: Bu Novruz sizlərə, bizlərə sevinc, ruzi-bərəkət, xoşbəxtlik, uğur, sevgi, səadət, sağlıq, firavanlıq gətirsin!
 
   
 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

(səs: 5)
Şərhlər: 18
Baxılıb: 1 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri