Ona sevgi məktubum - FISTIK (19)

Müəllif: adsiz-a
Şərhlər: 11
Baxılıb: 1 733
Səs ver:
(səs: 5)
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər. Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz. Qonağımız FISTIK

Bu mektubu hayat yoldaşima yaziram... 
Ürəyimin ən ağrılı günlərindən birini yaşadığım bir anda çıxdın qarşıma…
Həyatın yorğunluğu idi sənin gözlərində unutduqlarım…
Yaxşı ki varsan.
Üreyimin tam ortasında…
Səninlə hiss edirəm ürək atışlarımı...
Yaxşı ki varsan bu qısa vaxtda mənə verdiklərinə qarşılıq sənə dünyaları verməyi istəyərdim.
Bu qədər gözəl duyğunu təkrardan ürəyimə daddırdığın üçün...
Həyata inad mənimlə bir həyat qurdugun üçün...
Her şeyə baxmayaraq yanımda qalmanın sevinci var içimde!
Xoşbəxtəm. . . !
Bu ele bir duyğudukı mənə yaşatdığın kağızlara belə sığmır.
Yalnız gözlərimlə gözlərinə axıda bilərəm içimdəki eşq çayını...
Kölgəmsən…
Her an dinclik tapdığım
Limanımsan…
Hər səfərində dayandığım…
Şansımsan…
Xoşbext olduğum…
Uğurumsan…
Uğruna yox olduğum…
Fırtınamsan…
En çetin zamanımda dayanıldığım…
Tilsimimsen…
Küleyin iniltilerinde itdiyim
Sevdiyimsen…
Heç bezmeden qışqırdığım…
Ömürümsen…
İçime sığdıra bilmediyim…

Adsiz-a xanima təsəkkür edirəm dəvəti üçün layihə cox gözel. Her kəsə sevib sevilməyi dileyirem.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 1 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri