Qadınlar.Bizlilərin sevdiyi ev işləri (2. hissə)

Şərhlər: 16
Baxılıb: 2 383
Səs ver:
(səs: 4)
Salam Qadınlar.biz in sevimli xanımları :03: Yeni lahiyəm ilə qarşınızdayam. :04:
"Qadınlar.Bizlilərin sevdiyi ev işləri" :127: :utu:
Bölümlərdə hər xanım mənə sevdiyi və sevmədiyi ev işləri haqda yazıb atacaq.Və hər bölümdə 2 xanım olacaq.
Lahiyəyə qatilmaq isəyiən mənə şəxsi smslə yaza bilər :mail2: 
Kecək lahiyəmin  qonaqlarna  :dance:
 
1)Tomris Müslümova
Hər kəsi salamlayıram.Layihəyə uğurlar arzu edib,dəvət üçün təşəkkür edirəm.Keçim mətləbə.
Elədə qoçaq qız deyiləm.Deyim ki,işdən ötrü əldən-ayaqdan gedirəm yox.Sadəcə işi ləyaqlı görənəm :23: Heç sevmədiyim iş qab yumaqdı.Mamam deyirəm ki,nə iş deyirsən eliyim bircə qabı özün yu :30: Ən sevdiyim iş isə toz almaqdı.İşim yaman ağır oldu deyəsən :09:

2)Antikvar
Salam saytımızın gözəl xanımları,yenidən mən :08: sizlərə öz sevib və sevmədiyim işləri qeyd edəcəm amma mətləbə keçməmişdən öncə lahiyəsinə məni dəvət edən şirin xanımıza təşəkkürümü bildirirəm:)Demək qeyd edim ki,iş xəstəsiyəm))O dərəcədə evdəkilər bezib (nə qədər iş görərsən əl çək biraz, evdə heçnə olmaya olmaya təmizlik etməkdən bezmirsən)deyimləri çox olur))Amma neyləyim türklərin bir sözü var titizəm birazdan çox həddə)Evdə ən çox önəm verdiyim yer vanna ilə mətbəxdi ,indi demirəm bir tək buraları təmizləyirəm,:)sadəcə hər gün vanna otağım təmizlənib dizenfeksiya olunmalıdır,buda azmış kimi kafelləri parıldamalıdır,parıldayıb parıldamamağınıda bilmək üçün vanna otağının işığını söndürüb qapıdan öz əksimi gördükdən sonra əl çəkirəm kafelləri silməkdən))))Sonra mətbəxim təmiz olmalıdı,bir var təmiz birdə var təmizdəndə təmiz(daha o necə olur, fikirləşməyi sizlərin öhtəsinə həvalə etdim)))Bir ay bəlkədə çox olar bir qonağım oldu mətbəximə gəldikdə (qazıvı təzə almısan)sualını verdi ,dedim yox təmiz saxlamışam ona görə sənə təzə almış kimi görünüb gözünə)Hər gecə yemək bişirib mətbəxdə işim qurtardıqdan sonra qazım silinməlidi bir çay ləkəsi belə olmamalıdı,tör töküntünü sevmirəm əşyalar çox olsa belə gərək hər birinin səliqə ilə yeri olmalıdı ,göz önündə saxlayımda amma ətraf töküntülü görünsün onu sevmirəm səliqəli hər bir əşyanın yerini bilib yerləşdirsək həm mətbəxdə işləmək bizlər üçün rahat olar həmdə təmiz görünüşdə olacaq.Ən sevdiyim işləri qeyd etdim yuxarıda.
Sevmədiyim işlərə gəldikdə ütü və pəncərə silməkdi,nifrət edirəm o dərəcədə)Bəzən ütülənməmiş paltarlar gözümə görünməsin deyə şkaflardan birinə yerləşdirirəm))Sonra əlində tuta bilməyəcək qədər paltarları yığıb iki üç saata ütüləyirəm,həmən günü mənə heç kəs yaxın durmasın əsəbdən necə davranacağım bəlli deyil))
Sevdiyimiz və yaxud sevmədiyimiz işlərdə olsa məcburən edirsən çünki təmizlik qadının gözəlliyidi deyərdim mən,qadın dediyin necə özünə baxırsa yaşadığı evədə elə özəl göstərməlidir.
Oxuyub şərh yazan xanımlara təşəkkür edirəm. :128:
(səs: 4)
Şərhlər: 16
Baxılıb: 2 383
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri