Xatirə dəftəri - Angela7 (42)

Şərhlər: 8
Baxılıb: 1 888
Səs ver:
(səs: 7)
Salam saytımızın dəyərli xanımları.Yəqinki xəbəri görəndə təccübləndiniz çünki zamanında ruzgargülüm xanım müəllif olaraq hazırlayırdı bu xəbəri.Bu gündən mən davam etdirəcəm.Davam etdirdiyim layihədə müsahibim Angela7-dir. Buyurun cavablarla tanış olun. 
 
1. Soyadınız Adınız?
Angela  7

2. Doğum Tarixiniz?
20 İyun

3. Bürcünüz/iliniz?
Əkizlər

4. Ən böyük arzunuz?
Həyatımın istənilən anında hüzur içində və xoşbəxt olduğumu hiss etmək.

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Bəli olub, 2 dostum edib bunu. 2 sini də anında silmişəm, indi onlardan 1i peşman olsa belə gözünün yaşına qəti baxmıram, çünki düşünürəm ki, məni 1 dəfə incidən nə vaxtsa yenə incidəcək. Yalan və xəyanət bir çoxlarına olduğu kimi mənim üçün də vəziyyətdən asılı olmayaraq qəbuledilməzdir. Amma günah özümdədir, mən saf olub inanmasaydım, onlar bunu etməyə cəsarət tapmazdı.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Əla qiymətlərlə

7. Həyat sizcə maraqlıdır?
Əlbəttə maraqlıdır, həyat kəşf edilməsi üçün çırpınan bir dünyadır. Amma bu kəşf uğrunda yola çıxarkən bir qədər ehtiyatlı və diqqətli olmaq lazımdır.

8. Möcüzəyə inanırsınız?
Allahın möcüzələri sonsuzdur, bəli, inanıram.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Bəzən hə, bəzən isə yox. Yaşadıqlarıma, başıma gələn hadisələrə görə dəyişir. Amma yenə də uşaqlıq illəri əvəzolunmazdır, əlimdə olsa bir müddətlik səyahət edərdim.

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Xeyr, çünki düşünürəm ki, yenə dünyaya gəlsəydim, yenə hal-hazırda olduğum yolu, istiqaməti seçərdim.  

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Bu gün tutduğum mövqeyə, ağlıma, tərbiyəmə əsasən, ilk Allaha, daha sonra isə valideynlərimə.

12. Necə insanları xoşlayırsınız?
Yalandan və ikiüzlülükdən uzaq səmimi insanları. Sevməyi, dəyər verməyi, hörmət etməyi, anlamağı bacaran insanları.

13. Sizcə gözəllik nədən başlayır?
Gözəllik hərə üçün bir məna ifadə edir. Mənim üçün ilk ağıldan və bilikdən başlayır. Əgər mən gözələmsə, baxımlı və səliqəliyəmsə, bunu məndən ağlım tələb edir. Və yaxud mənim danışıq tərzim, rəftarım əlavə olaraq mənə gözəllik gətirirsə, bunu yenə ağlım tələb edir.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Bir çox şəhərlərdə olmaq istəyərdim, amma ilk Nyu Yorkda.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Kiminsə online olub olmaması önəmli deyil mənim üçün, sadəcə bəzi maraqlı xəbərlər və müzakirələr olur, həmin an 5-6 xanımın şərhinə siqqət yetirirəm. 

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Düzünü desəm şəxsi mesajla demək olar heç kimlə danışmıram vaxt azlığı ucbatından. Sadəcə şərhlərdən oxuduğum qədəriylə Tomiris, Fialka, Arzum-aysum və Antikvar xanım, Miss-oxatan xanım. Bu xanımların şərhlərini bəyənirəm, və bəzən fikir eyniliyinə əsasən, bəzən beynimdəkiləri rahat ifadə edə bildiklərinə əsasən onları virtual olaraq daha yaxın hiss edirəm

17.Saytda kimin xəbərlərini böyük maraqla oxuyusunuz?
Xəbəri oxuyarkən əksər vaxtlarda müəllifə fikir vermirəm, xəbərin adına əsasən daxil olub oxuyuram. 

18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Heç kimin, şükr elə bir problem yoxdur, amma yazını necə gəldi yazan azyaşlılar biraz məni əsəbiləşdirir, halbuki orta məktəbdə oxuyurlar və necə yazmaq qaydası hal-hazırda onlara öyrədilir. Bəlkə təvazökarlıdan kənar olacaq, amma, reklamla heç bir əlaqəsi yoxdur.Mən özüm Azərbaycan dilindən 2 ildir ki, xeyli uzaq olduğum halda dilimizin qaydalarını yazarkən nəinki burada hətta watsapp-da dostlarımla yazışarkən belə qoruyuram, orta məktəb şagirdləri necə dilimizə bu cür formaya rahatca sala bilirlər inanmıram. e,o,u hərflərindən danışmıram,anladıq telefonda mövcud deyil, ağrayır sözünün axrıyır şəklində yazılmasından danışıram. Yeri olmasa da dil mənim yaralı yerimdir,odur ki, ürəyimi boşaldım.

19.Saytda ən çox sizi nə cəlb edir?
Qadınların bütün maraq dairələrini əhatə etməsi.

20.Nə kimi təklifləriniz var saytda?
Xarici xəbərlər yığışdırılsın mümkünsə,çox narahatlıq törədir.

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Yuxarıda qeyd etdiyim xanımların. Hər xəbərdə yox, mən daxil olduğum xəbərlərdə əgər onlar da şərh yazıbsa oxuyuram, xüsusilə Antikvar xanımı, bir böyük kimi çox məsləhətləri olur, həqiqətən də perfect user-dir :heart: Bir də Nərmin 666 rəqəmi ilə tanınan Nərminin yaxşı mənada gülməli şərhləri  :03: 

22. Nə üçün məhz Qadınlar.biz?
Qeyd etdiyim kimi qadınların maraq dairəsində olan bütün hər şey bu saytda var.

23.Bu saytda sizə nə maraq doğurur?
Maraqlı və əyləncəli saytdır. 

24.Saytdakı ən yaxın dostlarınız?
Yazışma üçün vaxt tapa bilmədiyimdən burada dostum da yoxdur.

25. Özünüz haqda qısa və tam!
Səmimi, sakit, həmişə haqqın tərəfində olan, insanlara güvənməyən və sözləri çox sevən biri...

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Xeyr, mən müşahidə etməmişəm.

27.Saytda başınıza gələn maraqlı bir hadisə
Bəzən upuzun yazmaq istədiyim şərhin səhvliklə bölünərək yarımçıq halda göndərilməsi.

28.Sayta olan ürək sözləriniz
Saytın ömrü uzun olsun, daha da inkişaf etsin və uğurlu yollar qət etsin :01:

29.Baş Admindən Razısız ?
Bəli, narazı olmaq nə həddimə, sayt idarə etmənin, o məsuliyyəti daşıyıb xəbər hazırlamağın və onu vaxtında göndərməyin çətinliyini bilirəm çünki.

30.Həyatda ən çox kimə inanırısınız?
Anama

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Sual qəlizdir, hətta bir neçə dəfə oxudum, amma hər halda 2 düşmənin hakimi olmaq daha məqsədəuyğundur, çünki nə də olsa düşməndirlər, iş-işdən keçib, amma 2 dostun hakimi olmaq çətin məsələdir.

32.Həyatınızda əsas məqsəd nədir?
Həyatın məqsədi yaşa görə dəyişir. Hələlik təhsilimi bitirmək və işimin təməlini qoymaq.

33.Gələcəydə özünüzü kim görürsünüz?
Əsası gözəl ana və həyat yoldaşı kimi, sonra isə müvəfəqiyyətli bir iş qadını kimi. İnşAllah arzum gerçək olar. :ltfen:  :xeyal:

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Yuxarıda qeyd etdiyim xanımlar, Nərmin üçün darıxaram.
Layihədə mənə yer verdiyi üçün Tomiris xanıma xüsusi təşəkkürlər. :20: Oxuyan hər kəs sağolsun :01:
(səs: 7)
Şərhlər: 8
Baxılıb: 1 888
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri