Başıma gəlmiş mistik hadisə - arzum_aysum (2)

Müəllif: Miss_Oxatan
Şərhlər: 7
Baxılıb: 2 683
Səs ver:
(səs: 1)
Salam, Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin məzmununa.Qorxunc layihə ilə gəlirəm  )))Fövqal-təbii qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala qatmayın))
 
Elə iştirakçımızda saytımızın xanım-xatun gəlini arzum_aysumdur))).Gəlin birlikdə oxuyaq görək onun başına nə qorxulu haqq-hesab gəlib.

Saytımızın gözəl göyçək, şirin şəkər qızlarını Günayımın bu mistik layihəsindən salamlayıram. Saytımızda yaman qorxulu dövr başlayıb deyəsən. Mən deyərdim ki, ürəyi zəif və özü qorxaq olanlar heç əziyyət çəkib bu layihəyə daxil olmasın. Çünki hər dəfə qorxulu bir hekayə, və axırda sarılıq... Təbii ki, zarafat bir yana, inanıb ürəyinə salanlar oxumasa yaxşıdı, sonra başlayacaqlar fövqəl təbii varlıqlar görməyə. Düzdü bu yaşıma qədər elə də qorxunc bir varlıqlar görünməyib gözümə. Yaxşı da, görünməyib, yoxsa çoxdan ürəyim qorxudan dayanardı və bu gün belə bir qızı tanımazdız... Amma bir iki dəfə açıqlaması mənə qaranlıq qalan hadisə yaşamışam. 
Deməli hardasa 20-21 yaşım olardı. Gecə hər kəslə sağollaşıb getdim yatmağa. Artıq Yuxuya getmişəm, bir an boğulduğumu və üstümdə ağır nəyinsə olduğunu hiss elədim. Qan tərin içində yuxudan ayıldım, gözlərimi açan anda üstümdən qara bir kölgənin sürüşüb yox olduğunu gördüm. O kölgənin üstümdən sürüşən an bədənimdən keçən o ürpərti və ürəyimin yerindən çıxacaqmış kimi döyünməsi hələ də indiki kimi yadımdadı. Bu günə qədər o nə ola bilərdi deyə heç bir fikrə gələ bilmirəm. Yuxunun təsiri idi, ya həqiqət onu bir Allah bilir. 

Bir dəfə də, rayona getmişdim. Ana nənəm rəhmətə gedəndən sonra birinci dəfə idi ki, gedirdim. Gecə hər kəs yatmışdı artıq. Gördüm evin çöl qapısı, yəni eyvanın qapısı döyülür. Qapının döyülmə səsini açıq aydın eşidirdim. Xalamı nə qədər səslədim hay vermədi, dedim durum baxım görüm kimdi. Çıxdım eyvana, heç kəsi görmədim. Amma qapının döyüldüyünü yüz faiz eşitmişdim. Gəlib girdim yerimə, başımı saldım adyalın altına, qorxa qorxa yuxuya getdim. Və iki üç gün əvvəl etdiyimiz bir söhbəti xatırladım. Xalamın gəlni arada nənəmin ruhunu evdə hiss etdiyini demişdi. Bilmirəm o söhbətin təsiri idi, ya yox, həmin an qapını döyənin nənəmin ruhu olduğunu düşündüm
Bax belə qızlar, bu iki hadisənin nə demək olduğu hələ də mənə qaranlıq. Uca Allah qorusun hər birinizi, ağlımıza muğayat olsun  amin
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri