Mənim son zəng xatirəm - Barbaris (24)

Müəllif: Fi-Ra
Şərhlər: 6
Baxılıb: 2 227
Səs ver:
(səs: 3)
Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən davam etdirirəm.
 Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə Barbaris xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.
 
Salamlar... Mənə lahiyədə yer verdiyi üçün Fi-Ra xanıma təşəkkürlərim... Son zəngim 2012-ci ildə olub.. Həm çox sevinirdim, həm də kədərlənirdim.. Səhər durub salona getdim, sünbül hörük hördürdüm. Gözlərimə qara karandaş, tuş vurdurdum. Evə gəldim, ağ köynək qara yubkamı geyindim. Qızlaela danışmışdıq ki, hamımız qırmızı ayaqqabı geyinək. Köynəyimin üstünə Mickey Mausenin şəklini çəkdirmişdim. Artıq gəldim məktəbə, sinifə girdim. Ürək sözlərimizi dedik bir-birimizə. Sinif rəhbərimiz də ürək sözlərini dedi. Artıq zəng çalındı. Sinfimizin ən hündürboy oğluna Bayrağı verdilər, o, birinci çıxıd ardınca biz. Əvvəl Himnimizi oxuduq. Sinfimizin aparıcısı mən idim :19: Hər yoldaşıma bir ləqəb verib səhnəyə dəvət edirdim. Sinifdən tək mən "Школа школа я скучаю" mahnısını ifa etdim. Belə tədbir qurtardı. Bior səs-küylə məhləmizə gəldik. Evdə davam etdirdik. Şəkillər çəkdirdik, oynadıq, yemək yedik. Köynəklərimizə ürək sözlərini yazdıq.
Belə son zəngim maraqlı keçdi mənim üçün. Oxuduğunuz üçün təşəkkürlər.. :03: :cak:


Usərimizə həyatında uğurlar arzu edirəm. Təşəkkürlər. :04:
 
P.S: Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa  mənə müraciət etsin.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri