Uşaqlığa səyahət..."arzum-aysum" (11)

Müəllif: Onun_Mələyi
Şərhlər: 9
Baxılıb: 1 556
Səs ver:
(səs: 0)
Salammm...qızlar yeni layihə ilə qarşınızdayam:ponpon:, "Uşaqlığa səyahət"....Gəlin səyahət edək o gözəl uşaqlıq illərinə:08::utandim:,Bu dəfə "arzum-aysum" bacımın uşaqlığına səyahət edəcəyik:08:...

Qızlarrr, salam necesiz? Bu qarlı şaxtalı havada ümid edirəm ki, yaxşısız. Qarın dadını doya doya çıxara bildinizmi?... Vallah mən hər gün balalarımla doya doyaqartopu oynayıram, qar adamı düzəldirəm, qızım sevinclə qaçıb evdən kök gətirir, qoz gətirir, burnunu gözünü düzəldirik:ponpon::kartopu:. Bütün bunları hər gün etsək də yorulmuram, əksinə zövq alıram və onlarla birgə özümü uşaq kimi hiss edirəm, uşaqlığıma səyahət edirəm. :melek:Səyahət demişkən, gəlin sizləri də özümlə birgə uşaqlığıma aparım. Bizim dövrün uşaqlığı necə olub, uşaqlığımızı necə dolu dolu yaşamışıq virtual da olsa sizlərə göstərim. Biz yoruldum demədən, bezmədən səhərdən axşama qədər həyətdə oynayardıq. :09:Günorta qaça qaça evə gəlib tələm tələsik yeməyimizi yeyib yenə həyətə qaçardıq. Axşam anamız əlli dəfə çağırmamış oyundan ayrılıb evə gəlməzdik. :09::128:Çox gözəl idi bizim uşaqlığımız.Dalaşardıq beş dəqiqə keçməmiş də barışardıq. Ondan belə zövq alardıq. Ortada qaldı oynayardıq, gizlən qaç, rezinka, ip atladı oğlanlı qızlı sevə sevə oynadığımız oyunlar idi. Amma çox təəssüf ki, indiki 12-13 yaşlı uşaqların çoxu bu oyunların necə oynanıldığından xəbərsizdi. Onların əlində telefon və planşet, əyləncələri isə internet, Facebook və wats app. Mən anlayıram, texnologiya əsridi indi. :uzulen:Amma bu texnologiya heç hara qaçmır axı. Beş il sonra da olacaq, həm də daha təkmilləşmiş şəkildə . Niyə yaşlarının bu gözəl çağlarını beyinlərini və gözlərini xarab eləməkdən ötrü sərf edirlər?:hmmm: Azdırmı bizim bu saytda 13-14-15 yaşlı uşaqlar. Niyə belə tez böyüməyə meyllidirlər. Əlimdə əlac olsa, bütün uşaqlığını bu cür boş yerə sərf edən o uşaqlara bilet alıb uşaqlığıma aparardım. :08:İnternet ve texnologiya olmadan necə gözəl uşaqlıq keçirdiyimizi göstərərdim. İndi oturub uşaqlarımıza, sonra nəvələrimizə danışacağımız o unudulmaz uşaqlıq illərimi gəzdirərdim. Vallah mən 18-19 yaşlı qız idim, universitetdə oxuyurdum, amma həyətə düşüb özümdən4-5 yaş balaca uşaqlarla Ortada qaldı oynayırdım. Yaxşı da oynamışam. :09:İndi uşaqlığıma və yeniyetməliyimə səyahət edəndə çox gözəl anlarımın olduğunu görürəm. Dəcəl olmuşam, davakar olmuşam, amma uşaqlığımı yaşamışam. Ümid edirəm ki, bir az fərqli şəkildə yazsam da, sizləri özümlə uşaqlığıma apara bildim və az da olsa o günləri gözlərinizin önündə canlandıra bildim


Canım bacım,Allah daim xoşbəxt eləsin sizi:128:
Xaişimi qırmayıb qatılıdığın üçün Təşəkkürlər:08::123:
Gələn dəfə qonaq olmaq istəyənlər şəxsi ismarıcla müaciət edə bilər:08:
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 556
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri