Mənim toy günüm - AGHAYEVA

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 3 434
Səs ver:
(səs: 1)
...Mənim Toy Günüm... layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın AGHAYEVA-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..

Mənim toy günüm - AGHAYEVA

Suallara keçmədən gözəl bacımız Türkana çox sağ ol deyirəm məni də saytın bir istifadəçisi kimi yad edib.Vaxtını sərf edib oxuyan hər kəsə öncədən təşəkkürlər :123: Cəmi subay qızlarımıza bu layihədə iştirak etmək nəsib olsun Inşallah. :dua:

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Tanışlığımızın məkanı və səbəbi iş yerimiz olub. Ikimiz də eyni yerdə başqa şöbələrdə işləyirdik, bir müddət sonra eyni şöbənin işçisi olaraq gördüm özümü. :deli:

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Harda başlamışdısa elə orda da davamı gəlmişdi, bir gün işə gəldim :komp: komputeri açanda monitorumda evlənmə təklifi və "Hə"disə cavabın üzüyümüz şkafındadı deyə qeyd (Allahdan başqasi komputeri məndən öncə yandırmayıb) :23:

3. Neçə müddət nişanlı qaldınız?
1 il 7 ay

4. Toy hazırlıqları necə irəlilədi?
şükür ki hər şey qaydasında idi evdəkilərə həvalə etmişdim özüm də hər gün axşam evdə seçim turu keçirirdim (hazıra nazir bir az)

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Müddət uzun olduğu üçün hazırlıqlar rahatlıqla davam etmişdi.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Hər gün gəlinlik axtarmaq adı ilə axtarışa çıxıb sonunda özümüzü gəzməkdə görməyimiz. :nazlii:

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Xeyr, ikimizdə də bir az geri düşüncəlilik var o barədə. Ona görə elə öz bacardığımızla kifayətləndik.

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Restoran seçimi hər iki tərəfin valideynlərinin təklifi ilə olmuşdu, biz də baxıb iki məkandan birində qərarlaşdıq sonunda.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
çox yaxın bir fotoqraf tanişa. Toy günü də həm restoran tərəfindən həm də həmin fotoqraf tərəfindən çəkilmişdi.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Bəli həm toy günündən əvvəl, həm də toy günü.

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Xəyalımı axtarışımla birləşdirib istədiyimi əldə etdim. :melek:

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Uzun axtarışlardan (gəzməklərdən sonra) Gəlinlik axtarışım 1 həftə çəkdi, sonunda istədiyimi tapdım.

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
ən birinci məsləhətçi elə şəxsən özü idi.

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
əvvəldən seçdiklərimə qalsa bir kataloq seçim etmişdim ən çətin seçimim gəlinlikdən çox saç olmuşdu. :124:

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Bir kitablıq kataloq seçimim köməyimə yaradığı üçün bəli.

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
əslində o adət bizdə də var sadəcə yoldaşım tərəfdə o adət olmadığı üçün bir təhər razı saldım sonunda.

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
O günü unutmaq olar heç? Yəni həyatımızın doğum tarixidi o gün...03.06.2011 :heart:

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
şəxsən öz başıma gəlməyib amma yoldaşımın dostlarının bəyi oğurlaması və müdirimizdən ikimiz üçün icazə almaları (düzdü yenə də icazənin uzun müddətlisi özümə düşdü :23: )

19. Toy günü unutduğunuz bir şey oldumu?
Mən bilən olmayıb.

20 Toyunuzun ən gözəl anı nə idi?
Ilk rəqsimizə gözəl anımız deyərdim amma keçib yerimizdə oturanda dünyanı mənə vermişdilər, ele bildim dövlət imtahanından çıxdım :09:

21. İlk rəqs parçanız hansı idi?
Whitney Houston - I will always love you :dj:

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz
Ilk rəqsimizdə qulağıma dediyi o cümlə (Gələn il övladımızla qeyd edərik bu günü) :128:

23. Bir tərslik yaşandımı toy günü?
çox şükür ki xeyr. Olubsa da xəbərim olmayıb)

24.Ən çox nə vaxt həyəcanlandınız?
Zala daxil olarkən və onun qədər həyəcanlandığım an atamın lampanın başında məni fırlatması(o an bəlkə də dindirsələr oturub ağlayardım)

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Hər şeydən xəbərim olduğu üçün xüsusi bir sürpriz olmamışdı.

26. Bal ayınızı harada keçirdiniz?
Sərhəddən qirağa çıxmadıq Qəbələ Ismayıllı Quba ilə başımı aldatdı :empathy:

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
6 ilimiz olacaq bu il :toy:

28. Qadınla.com-un nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Ilk öncə sevgilərinə əmin olsunlar və hər zaman sahib çıxsınlar. Qarşılıqlı ailə hörmətindən gözəl bir şey yoxdu, o hörməti hər zaman qorusunlar. ən əsası böyüklərin istəklərini də nəzərə alsınlar, düzdü toy gənclərindi amma övladlarının xoş anını arzu etdikləri kimi görmək hər ata-ananın arzusudu



Canım mənim, dilərəm hər zaman xoşbəxt olasan... o isti yuvan sevgi və məhəbbət dolu olsun inşallah... bir birinizə olan istəyiniz, duyğularınız heç bir zaman bitib tükənməsin... amin...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri