Mən və O - my_angel ilə maraqlı müsahibəm

Müəllif: Antikvar
Şərhlər: 17
Baxılıb: 1 645
Səs ver:
(səs: 5)
1.Gözəl adın sahibkarı olan Billura Salam olsun)necəsiz?
Aleykum Salam. Yaxşıyam şükür. Siz yaxşı olun)

2.Müsahibəmdə iştirak etmək istəməmin səbəbi dərsliyə çox önəm verməyinizdi.Necə fikirlər bildirəsiz bu haqqda? Oxumaq ,bilik sahibi olmaq çətindirmi?
Oxumağa-dərsliyə önəm verməyimin səbəbi gələcəyimi fikirləşməyim,təhsilə önəm verməyimdir. "Təhsil millətin gələcəyidir" necə də gözəl deyib ümumilli lider..
"Oxumaq iynə ilə gor qazmaq qədər çətindir". Bəli, oxumaq çətindir. Amma əziyyət çəkib oxusaq,savada yiyələnsək,gələcəkdə bəhrəsini görəcəyik. Qısacası gələciyimiz üçün oxumaq lazımdır..
 
3.Mənimdə ən böyük arzum həkim olmağıydı:)Çox təəsüflər olsun reallaşdıra bilməsəmdə biliyimi bu sahədə artırmaq üçün hər zaman özüm üçün faydalı məlumatlar toplayıram,reallaşdıra bilmədiyim sənədimi oğlum bir gün reallaşdırar deyə çalışıram onun üzərində..Gələcəyin həkimi olan Billur deyərdim(Allah izni ilə arzuva çatarsız)Bu haqqda nə fikirləşirsiz?Bu sahədə özünüzü xəyal etmək sizə necə güc bəxş edir?
İnşaAllah oğlunuz həkim olar.)deyirəm mən də..
inşaAllah hər kəs arzusuna çatar, bu haqda belə fikir irəli sürə bilərəm ki, mən qəlbimdəki həkimliyə olan sevgi hissi ilə axıracan addımlasam,inanıran gələcəyin ən savadlı,peşəkar ,mütəxəssis həkimi ola bilərəm..inşaAllah..Amin.
özümü həkim kimi təsəvvür etmək mənə ilham,əzm və iradə bəxş edir..
 
4.Bəzi qızlar anasıynan dost olur sirlərini bölüşür,bəziləri isə qorxur,amma bəzən də ana buna şərait yaratmır.Siz necə düşünürsüz sirlərinizi ananızla bölüşməyi üstün tutursuz ya (Anama desəm reaksiyası pis olar)deyə çəkinirsiz?)
Belə düşünürəm ki, ana şərait yaratmalıdı qızının sirrini öyrənmək üçün. Məndə də bəzən elə olur ki, mən də çəkinirəm anama bəzi şeyləri deməyə "reaksiyası mənfi olar" düşüncəsiylə..


5.Hələ ki,məktəbli qızlarımızdan birisiz,yaşınız 16 belə olsa sizin yaşınızda məktəbin az yaşlı uşaqların oxuyan mərtəbəsində oğlanlarla görüşən qızlarımızda az deyil))Bir çoxları yaşadıqları hisslərin adını "Sevgi"qoyur amma bəziləri üçün sadəcə keçərli hissdi,bu yaşda "sevgi"sözünə inanırsınızmı?)
Sevgi sözünə bu yaşda inanmıram,xeyr. Elə bunyaşıma kimi sevgi yaşamamağımın əsas səbəblərində biri də budur..sevgi qaçmır ki..
 
6.Oxumaq bir dərmandır,oxumaq həyatı sevdirər,oxumaq düşüncələri yetkinləşdirər,inkşaf etdirər,mədəniyyətimizi dünyaya baxışımızı dəyişdirər-bu sadaladıqlarıma daha çox əlavələr edə bilərdim amma sualıma yer qalmaz:)Sizcə oxumaqla daha hansı nahiliyyətləri əldə etmək mümkündür?
Oxumaqla kamala yetmək, düşüncə tərzimizi formalaşadırmaq,söz ehtiyatımızı artırmaq, nitq mədəniyyəti qazanmaq, başqalarının yanında hörmətli olmağın bir növü oxumağa bərabərdir,məncə. Çünki oxuyan savadlı insan kamallı olur və ictimai yerlərlə yanaşı hər yerdə hörməti olur. Elə həkimlik sənətini götürək. Savadlı,alicənab həkimə hər yerdə hörmət var..təbii ki, tək oxumaq deyil digər müsbət xüsusiyyətləri özümüzdə cəmləşdirməliyik..
ümid edirəm fikrimi çatdıra bildim :)

7.Bir az yaşlı qız olaraq sizin dünyaya baxışacınız necədi?Ətrafını seyr etdikdə nələri görürsüz və görmək istəyərsiz?
Dünyaya baxışım müsbətdir.
Ətrafıma baxdıqca görürəm ki, şükür etməyi bacarıram,sağlamam,dəyər verməyi bacarıram,dinimi təbliğ etməyi bacarıram, arzuma çatmaq məqsədilə uğurlu yolda addımlayıram..
görmək istədiyim sadəcə həkim olamğım olar..
 
8.Yol ilə gedirsiz ,sizin eyni addımlarınızı və görünüşünüzü biriləri əks etdirərək yoluna davam edir:)Yazdıqlarım ola bilsin indi sizi çaşdıracaq amma qoy qeyd edim,sizi təkrarlayan addımlar kimindi))günəşin şualarından yerdə əksiniz olan kölgəniz))Uşaqlıq illərimizdə öz kölgəmizi ayaqqlarımız ilə tutduğumuz anlar az olmayıb,mən indidə o kölgəm ilə oynamağı sevirəm siz necə o anları xatırlamaq və təkrarlamaq sizin üçün xoş olur ya daha böyüdüm belə anıları xatırlamağı sevmirəm deyə düşünürsüz?)
Xeyr əsla belə düşüncə sahibi olamışam.
Uşaqlığımı xatırlamışam hər zaman şəkillərlə,videolarla,düşüncəylə..

9.Heç sevmədiyim bir nüans varsa haqqsızlığa səssiz qalıb susmaqdı,siz necə öz yerinizi digərlərinin yanında yaxşı etmək üçün susanlardansız ya pis belə olsaz düz sözü deyənlərdən?)
İkinci variant) yəni pis belə olsam sözü yerində,düz deməyi bacararıram..
haqsızlığa biganə qala bilmirəm,heç vaxt..
keçən günlərdə bunu sinifyoldaşlarım və ingilis dili müəllimim də təsdiqlədi.)
 
10.Sizin üçün dost dediyiniz şəxs həyatınızda hansı təbəqədə yer almasına imkan yaradırsız?
Mən dostluğa və dost aşırı dərəcədə dəyər verirəm. Dostumu ən ali-yüksək təbəqədə yerləşdirərdim,sərhəddi aşmadığı sürəcə..

11.Bir atalar sözü var:Qızını döyməyən dizini döyər,hardasa bəzən razılaşıram bu atalar sözü ilə.Siz necə fikir bildirərsiz bu barədə?Dizlərinə döyməmək üçün gərək qızlarınamı vursunlar,tərbiyəni vurmaqlamı bu dizlərə döyməmək olar?
Bir tərəfdən razıyam bəli. Vaxtında övladı tərbiyələndirmək lazımdır ki, sonra "dizlərinə döyməyəsən"
Bir tərəfdən də belə düşünürəm ki, ağıllı qız ya da oğlan valideynlərinin başını aşağı edən hərəkətlər etməz. Bu mənim fikrimdir. Hər kəsin fikrinə hörmətim var.
 
12.Əl bacarığınız necədi?Hansısa özəl bir qabiliyətə sahibsizmi?)
Əl bacarığı? :) boş vaxtlarımda həndəsi fiqurlar çəkməyi xoşlayıram.

13.Desəm maraqlı bir bildiyiniz yanıltmac yazın hansını yazarsız?Amma bildiyiniz dəftərinizə kitabınıza baxmadan )Əyər bilmirsinizsə qısaca qeyd edərsiz bilmirəm:)
Kitab-dəftərdən baxmadım)) buyurun:
Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.
 
14.Saytda hörmət etdiyin userler kimlərdi deyə soruşsam qeyd etmək istədiyiniz adlar kimlər olar?(etmiyədə bilərsiz məcburi deyil)))
Böyükdən kiçiyə hər kəsə hörmətim sonsuzdur..) bunu belə bilin..

15.Artıq müsahibəmiz sona çatdı.Qadınlar.biz saytının qadınlarına olan ürək sözlərin nələrdi buyurub yaza bilərsiz.
Sizlərə arzum Allahdan diləyiəm hər zaman xoşbəxt olun,arzularınıza çatın, uğurlu yollarda addımlayın daima..)
(səs: 5)
Şərhlər: 17
Baxılıb: 1 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri