"QaDıNLaR.BiZ"-in userləri " Ağıllı Dəlilər" Serialında...)))

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 563
Səs ver:
(səs: 1)


Dizide anlatilan kişisel kurum ve olaylar tamamen hayal ürünüdür))))))

ona gorede ciddiye almayın. Burada baş verən bütün hadisələrin heç birei gerçək deyil. Sadəcə olaraq  özümdən ideyamı yazdım o qədər!


1 Bölüm


NAZA25 istirahətdəykən ADMİRALa zəng etdi. ADMİRAL telefona baxıb NAZA25-in nömrəsini görəndə həyəcanla telefonu açıb astadan dedi: NAZA mən sənə deməmişəm mənə zəng etmə. Ailəli adamam. Aləmi vuracaqsan bir-birinə. PURE LOVE isə təsadüfən qapının yanından keçərkən ADMİRAL-ın telefonda qadınla danışdığını gördü. NAZA25: Əzizim sənin üçün darıxıram. Niyə mənə zəng etmirsən? ADMİRAL: NAZA25 çünki evdəyəm arvad uşaqlarım yanımdadı. Necə zəng edim sənə? Birdə mənə zəng etmə. ADMİRAL sözünü bitirib telefonu söndürdü.

Bu an PURE LOVE içəri girib dedi: Səni görüm lənətə gələsən! Boşanıram səndən. Səninlə 23 il evli oldum. Amma 23 ildə bir dəfə mənə qadın gözüylə baxmadın. ADMİRAL: Kəs səsini PURE LOVE. Mən səndən boşanıram. Amma gözümün qabağına uşaqlarımız gəlir. NELLİ, ALİYEVA. T, PRETTY_GİRL, SU PERİSİ. 4 qızım var onları düşünürəm. PURE LOVE: Gör kim danışır?! İndi ağlına gəlib qızların? Sən heç yaxşı ata olmadın. Həmişə gecə 4-də , 5-də evə gəlirsən. Kim bilir hansı qadınla birgə xəyanət edirsən?! ADMİRAL: Bunun sənə dəxli yoxdur. Sən de görüm xəyanət hardan ağlına gəldi? Yoxsa sən mənə xəyanət edirsən? Hə? PURE LOVE susdu. ADMİRAL: De görüm kimlə mənə xəyanət edirsən! PURE LOVE:  Kül kişi başına. 4 qızım var.Mənimsə 38 yaşım var.Ömrümü sizin üçün çürütdüm. Budur mənə olan hörmətin? ALİYEVA.T otaqdan çıxdı: Ana yenə nə səs-küydür? Bu evin sakit vaxtı olmayacaq? Mən bezmişəm bu ailədən. Kaş ki tez ərə gedərdim canım qurtarardı bu evdən. ADMİRAL: Sən ərə getmək istəyirsən? Utanmırsan atanın yanında ərə getməkdən danışırsan?

PURE LOVE: Yaxşı deyir. Onun sənə dəxli yoxdur.

ADMİRAL: Səni tanıdığım günə lənət olsun. Və mənə lənət olsun ki, bu evdə texnologiyanı çox genişləndirdim. Bütün günü arvadım seriallara baxa-baxa, qızlarım komputerdə otura -otura ailəmizin təməli dağıldı. SU PERİSİ: Sən hansı ailədən danışırsan ata? Biz sənin ailən deyilik! Sənin ailən oturub-durduğun qadınlardı. ADMİRAL, SU PERİSİnə şillə çəkdi. SU PERİSİ ağlayaraq:  Ata sənin mənim adda qızın yoxdur. Sən məni vurdun. Bu anda ADMİRALın ürəyi tutdu yerə yıxıldı. PURE LOVE: Yooox bu ola bilməz. ALİYEVA.T qızım bir şeylər et, həkim çağır. Atan ölür. ALİYEVA.T: Ana ölübdə həkim guya onu dirildəcək? Bu anda qapı döyüldü. Gələn evin ortancıl qızı NELLİ idi. O bir başa otağına keçdi ağladı. amma atasının ölümünə görə yox, sevgilisi GAARAya görə. NELLİ: Offf GAARA kaş sənə qovuşa bilərdim. Amma sən məni unutmusan. SU PERİSİ içəri girib: NELLİ atamız pldü. NELLİ: Urrrraaaaaa atamız öldü. Bundan sonra sərbəstik. Nə yaxşı. ALİYEVA.T.: Bacı sən dəli olmusan?Düzdü bizdə atamızı istəmirdik. Biz məktəbə gedəndə bizim məktəb ləvazimatlarımızı qarşılaya bilmədiyinə görə bizi tərk etdi.  O yalnız 3 ay yay tətili məktəb olmadığı vaxtlar evə gəlirdi. Qayğıkeş ata olmasa da pasportda atamız sayılır. NELLİ əsəbləşərək: Yox mənim ADMİRAL kimi atam ola bilməz! O məni həmişə döyürdü. O mənim atam deyil! Ölsə də vecimə deyil. Getsin o qadınlarını düşünsün. Anama yazığım gəlir. SU PERİSİ: NELLİ tamam olan olub, bitən bitib. Əsas odur ki atamız ölüb. NELLİ : Qızlar çıxın bayıra otağı tərk edin! Atamı düşünəcək vaxtım yoxdur. Çünki indi beynimdə GAARA var. Mən sevgilimi düşünürəm.

PURE LOVE özünü elə aparırdı ki, güya əri ADMİRALın ölümünə kədərlənib. Amma əslində bu bir xəyanət adli oyunun başlanğıcı idi. əslində PURE LOVE, ADMİRALın dostu MR.OFFİCERlə ərinə xəyanət edirdi


1 Bölümün sonu


Müəllif Redakte: PRETTY_GİRL


P.S. Müəllif hüquqları qorunur. Xəbəri başqa saytlara qoyarkən  saytın adı istinad edilməlidir.Xüsusi olaraq QADINLAR.BİZ üçün.


 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 563
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri