Artıq saytımızda hər kəs əylənə, öryənə və öyrədə biləcək... Necə?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 417
Səs ver:
(səs: 5)

Saytımızın daimi istifadəçilərinin nəzərinə...
Sayt haqqında qısa fikrim: Artıq bir aydan biraz çox müddətdir ki, saytımızda texniki işlərə baxıram. Bununla yanaşı sayta yerləşdirilən informasiyalarada gözucu nəzər salıram. İndiki saytın halını məqsədə uyğun və müsbət dəyərləndirirəm. Bəs bir neçə müddət sonra üçün necə?
Diqqət etsəniz sayta daxil olan istifadəçilərin 95% sırf olaraq asudə vaxtını keçirmək və günün stresindən uzaq olmaq istəyənlərdir. Bu özü ayrılıqda müsbət haldır. Çünki hazırda elə bir zaman və məkanda yaşayırıq ki, stressiz gün olmur... Lakin stres atmağın yolu təkcə ünsiyyət və zarafat deyildir zənnimcə. İnsana mənəvi ruh yüksəkliyini qazandıran başlıca olaraq iman və inamdır, səbr və zamandır... Bununla yanaşı isə kimlərəsə yardım etməsi, kiməsə nəsə öyrətməsi və ya əksinə kimdənsə yardım alması, kimdənsə nəsə öyrənməsidir.
Bunun necə olacağını izah etməyə çalışacağam.

Məqsədim: Başlıca məqsədim ondan ibarətdir ki, indiki cavanlar gələcək nəslin yaşlı nümayəndəsi olacağından və gələcək cavan nəslin yetişdiriciləri (insani keyfiyyət sarıdan) olacaqlarından onların cavan ikən zamanını ancaq bucür işlərə sərf etməsi məntiqə uyğun deyildir. Niyə? Nəzərə alsaq ki, (fərq etmir oğlan ya qız) övladın böyüməsində, tərbiyəsində və onun maariflənməsində valideynlər (əsas da ana) rol oynayır, bu zaman gərəkdir ki, valideynin özü maarifli biri olsun.
Bu halı bucür izah etməyə çalışacam... İslami sual ver bölməsində yazılan sualların əksəriyyəti çox asan suallardır. Övlad bucür sualların cavablarını hələ uşaq ikən valideynindən öyrənməlidir (daha doğrusu valideyni ona öyrətməlidir). Lakin indiki halda bu çox az ailələrdə rast gəlinir. Səbəb isə aydındır... SSSR və ateistliyin təbliği.
İndi düşünsək: Gələcək zamandayıq. Oturmuşuq. Övladımız gəlib bizə ay ana (ata) seyyid nə deməkdi? (99% əhali) Cavab: Övladım seyyidlər nəsə dinlə bağlıdır. Uzaq dur olardan yoxsa ahı tutar səni :)
Başqa bir halda düşünsək ki, övladımız stresli formada məktəbdən evə gəlir. Bala nolub? Heçnə müəllim riyaziyyatdan məsələ verdi, mən bilmədim uşaqlar mənə güldü. Bu halda əgər ki, indiki zamanda maariflənmiş olsaq deyəcəyik ki, nə məsələ idi göstər birgə həll edək. Amma bu halda 99% bucür olacaqdır ki, uşaqların gülməyinə fikir vermə onlar sənə paxıllıq edir ona görədir :)

Maraqlananlar: Təklifim isə ondan ibarətdir ki, saytımızda elmə, sağlamlığa və əsas da dinə xüsusi yer verməklə yanaşı, bu kateqoriyalar üzrə hər fəsil bir yarışma təşkil etmək və kimin nələr öyrəndiyinə şahid olmaq.
Din, sağlamlıq, elm bölmələrinin zənginləşdirilməsi vacibdir deyə düşünürəm. Həmçinin ibrət götürə biləcəyimiz yazılar, videolar, filmlər də üstünlük halında olmalıdır.

Deyəcəyik:
Düzdür. Sizinlə tam razıyam. (Lakin bu razılıq sadəcə bir şərh sayı çoxaltmaq üçün olacaqdır ki, o cür şərhləri siləcəm bu mövzudan. Səmimi fikirlər, məsləhətlər yaza bilərsiniz.)

Mənim məsləhətim: Saytda olan idarə heyəti sayca azlıq təşkil etdiyindən bütün bu kateqoriyalara üstünlük vermək demək olar ki, imkansız bir işdir. Bunu necə həll etmək olar? Tutalım ki, mənim din elmindən yaxşı anlayışım və savadım var. Mən saytda asudə vaxtlarımda ünsiyyətlə yanaşı daha çox maariflənməyə zaman ayırım. Həmin sahəm üzrə mövzu göndərim və s.

Kimlər hansı kateqoriya üzrə bucür maarifləndirici işlərə həvəsli olarlarsa bu mövzuda qeyd edə bilərlər. Güman edirəm ki, fikrim tam aydın şəkildə çatdıra bildim. Gerisi sizlərin biləcəyi işdir. Nəzərdən qaçırmayın ki, mən sadəcə Texniki Adminəm.

Hörmətlə, ...
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 3 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri