Narın yağış ilə müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 20
Baxılıb: 4 531
Səs ver:
(səs: 9)
1.Salam özünü Qadınlar.biz userlərinə təqdim et?
Salam sadəcə Narın Yağış
2.Neçə yaşın var?
16 yaşım var
3.Niyə məhz bu nickname?
Çünki narın yağan yağışı çox sevirəm
4.Subay yoxsa ailəlisən?
Əlbəttəki subayam
5.Təhsilin?
2-ci qrupa hazırlaşıram
6.Özünü bizlərə təsvir edə bilərsən necə birisən?
Sakitəm. Tez ağlayanam, tez küsmürəm, küsdümsə gec barışıram. Hər kəslə dil tapmağı bacarıram. Heç kəsin qəlbini qırmağı xoşlamıram
7.Olduğun kimi görünürsən ya göründüyün kimisən?
Göründüyüm kimiyəm
8.Ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?
Bacarmıram o qədərdə o adam ağlayarsa mən ondan əvvəl ağlayıram
9.Xoşbəxtlik sənin üçün nə deməkdir? Kimdə görürsən xoşbəxtliyi?
Xoşbəxtlik mehribanlıqdır mənim üçün. Ailədəki üzvlər mehriban olarsa xoşbəxtlik də olar
10.Zəif cəhətin?
Zəif cəhətim tez ağlamağımdır. Bir söz mənə toxundusa düşmənimin yanındada olsam göz yaşlarımı gizlədə bilmirəm
11.Özünə bağışlaya bilmədiyin günahın və ya bir səhvin varmı?
Özümə bagışlaya bilmədim səhvim var və onu özümə heç vaxt bağışdaya bilmirəm
12.Keçmiş günlərini geri versələr gələcək günlərini qurban verərdinmi?
Keçmişimə görə gələcəyimi qurban vermərəm amma 1 gün o səhv etdiyim günü gələcəyimin bir gününə qurban verərəm
13.Yaşadığın həyatdan razısan? Dünayaya 2ci dəfə gəlsən yenə bu həyatı seçərdin?
Yaşadığım həyatdan tam razı deyiləm amma yaşayıram. Dünyaya 2-ci dəfə gəlsəydim etdiyim o səhvi etməzdim
14.Sevgi sənin üçün nə deməkdir? Ümumiyyətlə sevgiyə inanırsan?
Sevgi mənim üçün həyatın mənasıdır. Sevgiyə inanıram amma hər sevgiyə və hər kəsə inanmıram. Ümumiyyətlə indi yaşadığımız bu dövrdə heç kimə inam yoxdu
15.Kədərli olduğun zamanlarda tək qalmağı sevirsən yoxsa cəmiyyət içində olmağı?
Tək qalmağı sevirəm. Tək qalıb ya ağlayıram yada musiqi dinləyirəm
16.Səni həyata nə küsdürə bilər?
ALLAH eləməsin ailə üzvlərimdən birini itirsəm
17.Uşaqlıq illərindən ən çox yadında qalan maraqlı bir hadisəni bizimlə paylaşa bilərsən?
Uşaqlığım indikindən fərqli olaraq çox maraqlı və şən keçib. O qədər hadisə baş verib ki qonşumuzun qızlarını çağırardım ki gəlib mənimlə oynasınlar 5-dəqiqədən sonra saçlarını yola-yola yola salırdım evlərinə. Sonra makaronları salırdım suyun içinə ki burdan su içəcəm
18.Uşaqlığını necə yaşamısan? Çılğın uşaqlıq yoxsa sakin uşaqlıq yaşamısan?
Uşaqlığımı dediyim kimi çılğın yaşamışam
19.Həyatı bacardığın kimi yoxsa istədiyin kimi yaşayırsan?
Həyatı istədiyim ki yaşaya bilmirəm bacardığım kimi yaşayıram
20.Ən çətin anlarda səni həyata bağlayan nədir?
ALLAHın sevgisi
21.Seçim qarşısında qalsan sevdiyin şəxsi yoxsa ailəni seçərdin?
Əlbəttə ki ailəmi seçərəm
22.Qısqanc birisən?
Ooo özüdə çoox qısqancam
23.Xəyanəti bağışlayarsan?
Bir dəfə bagışlamışam və peşman olmuşam birdə bağışlamaram xəyanəti
24.Səncə insanlar vəfasızdır yoxsa həyat?
İnsan vəfasızdır məncə. Həyatı vəfasız edəndə insanlardır
25.Saytımızı necə tapmısan? Və niyə məhz Qadınlar.biz?
Təsadüfi tapmışam. 1ay sayta qonaq kimi gəlirdim sonra cəsarət edib qeydiyyatdan keçdim. İndi heç də peşman deyiləm
26.Saytda ən çox kimlə yaxınsan?
Çox user ilə yaxın deyiləm. Ayrı seçkilik etmək istəməzdim
27.Statusundan razısan?
Əlbəttə ki razıyam bu statusa görə mən bir şey qurban vermişəm. Onu Adminlər daha yaxşı bilər
28.Mənə sualın varsa buyur yaz və məni necə biri olaraq tanıyırsan?
Sənə sualım yoxdu. Səni çox mehriban, səmimi bir qız kimi tanıyıram. Həmdə mənə burda çox kömək etmisən. Çox istiyirəm səni canım çox sağol məndən müsahibə götürdüyün üçün. Qadın xoşbəxtliyi arzu edirəm sənə
29.Sualları bəyəndin? Və hansı sualı verməmi istərdin varsa cavabınıda yaz.
Sualları çox bəyəndim belə bir sual yox idi maşALLAH hamısını verdin 
30.Sonda Qadınlar.biz və userlərinə son sözün?
Qadınlar.biz userləri hamınızı çox sevirəm. Statusunuz veriləcək səbr edin. Xəbərinizə baxılacaq səbr edin sözlərimdən bezməyin və inciməyim nə deyirəm ki biraz Səbr edin.
(səs: 9)
Şərhlər: 20
Baxılıb: 4 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri