Qızların fikirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 553
Səs ver:
(səs: 5)
SUZANA- Sən hər zaman harada oluramsa olum nə düşünərəmsə düşünüm hər an qəlbimdəsən. Səni nə qədər sevdiyimi kəlmələr ilə anlada bilmərəm. Amma bunu bil SƏNİ SEVİRƏM!

ANTIKVAR- Mükəmməl bir insanla tanış olmaq istəyirsənsə, aynaya bax və səni tanıdıqları üçün Allaha şükr edənləri düşün, çünki mən də o insanlardan biriyəm.

GULLU18- Sənə gülüm desəm olmaz solub gedərsən. Sənə mələyim desəm olmaz uçub gedərsən. Səni sevirəm desəm nə deyərsən?

DENIZ -Heyatda iki kor tanıyıram, biri səndən başqasını görməyən mən, ikincisi məni görməyən sən!

DERYA- Gulu bir gün, səni hər gün, gülü soluncaya qədər, səni ölüncəyə qədər sevəcəyəm sevgilim!

_MIRA_YAMAN_- Bir gün səndən ayrılaramsa, sevgimin kicikliyindən deyildir. Çarəsizliyimin böyüklüyündəndir!

MELEK5- Bitən bir sevgini dostluqla ləkəlemirlər.. Son, elə sondur..

ZUZU_1989- Səni tapmaqdan çox axtarmaq istərəm, səni sevmədən öncə anlamaq istərəm, səni bir ömür boyu bitirmək deyil, səni yenidən başlamaq istərəm.

LENKERANLI66- Bu gözəl sevgimizə nöqtə qoyma, sənə qucaq dolusu vergül gətirdim,,,,,,,,,,,

RUFUSH ALIYEVA- Səni nə qədər sevdiyimi bilmək istəsən, yerə düşən yağışın hər damlasını tutmağa çalış. Tuta bilmədiyin damlalar mənim sevgimdir.

SENI SENSIZ SEVDIM- Həyat sevgi ilə xoşdur. Sevgisiz həyat boşdur. Nə olar Allahım sevənləri qovuşdur.

NAZLI QIZ- Güllər həmişə əllərində açsın, tikanları əllərinə batmasın, sevda həmişə səni tapsın amma səni yaralamasın, xoşbəxtlik həmişə ürəyinə dolsun, amma sevənini unutdurmasın.
 
GunElcin- Ən gözəl sevgi desələr eşqimizi deyə bilərsənmi? Ən çox kimi sevirsən desələr, adımı verə bilərsənmi?

MALIS- Səni düşündüyüm zaman sənin də məni düşünüb-düşünmədiyini düşünmək məni düşündürür.

NARIN YAGIS- Həyatda elə birini sev ki, sən onun üçün ölməyi düşünərkən O sənin üçün çoxdan ölmüş olsun

METANET- Dünən gecə sən yatarkən bir mələk göndərdim sənə nəzarət etmək üçün. Tez qayıtdı. Nə oldu? Soruşdum. Bir mələk başqa bir mələyə nəzarət edə bilməz dedi.

MISS_OXATAN- Sən uçurum kənarında açan bir çiçək olsan və öləcəyimi bilsəm də səni qoparardım.

DILEFRUZ- Duyğuları açıqlayan gözlər olmasaydı, qəlb hisslərin məzarına çevrilərdi.

FAKUW- "Səni sevirəm" deyərkən heç yalan söyləmədim, yalan söyləyərkən "səni sevirəm" demədim!

TEK UMIDIM SEN- Al xəncəri vur qəlbimə, ürəyim qana bulansın, amma çox dərinə getmə çünki orda sən varsan.

SABINKA- Qalan son sevgi parçasını ilk gündəki kimi yaşadacağam içimdə. Sevgilim heç bir zaman ayrılmayaq ölsəm belə əllərində.

CANR- Yer üzündəki tək sevinc, həyatımdakı tək həsrət, dilimdəki tək dua, gözümdəki tək yaş, yuxularımda bir tək sən yalnız sən varsan! Mən səni sevirəm!

MEDINE YUSIF- Kül olmuş atəş yanarmı? Buz tutmuş su axarmı? Bu gözlər sənə baxdı başqasına baxarmı?
 
ANUKA- Yağan hər yağış damlasında sən varsan. Bilirsən nə istəyirəm? Hər gün yağış yağsın.

VIPBETUL- Elə bir ağaca güvən ki heç qurumasın, elə birini sev ki, heç zaman unutmasın, sev amma mövsümlük olmasın, yayda yaşıl olub qışda solmasın.

AZERI QIZI- Səni bir nəfər sevirsə o mənəm, səni iki nəfər sevirsə, birinci sevən mənəm. Səni üç nəfər sevirsə, ən çox sevəni mənəm. Səni heç kim sevmirsə, bil ki, ölmüşəm.

CHUPA CHUPS- Səni dünən sevmədim, dünənlər bitdi. Səni bu gün də sevmirəm, bu günlər də bitəcək. Səni sabah sevəcəyəm, çünki sabahlar heç bitməyəcək.

MELEKCAN- Günəşi sevirəm deyirsən günəş çıxınca kölgəyə qaçırsan. Yağışı sevirəm deyirsən yağış yağınca çətiri açırsan, küləyi sevirəm deyirsən külək əsincə pəncərəni bağlayırsan. Qorxuram sevgilim, çünki sən məni də sevdiyini deyirsən.

PIWIKI001- Səni ulduzlara bənzədirəm onlar qədər təsir edici, çəkici və gözəlsən amma aranızda bir fərq var onlar milyonlarcadır amma sən birdənəsən.

LEYDI44- Hər yağış damlası səni sevirəm demək olsaydı hər yeri sel götürərdi.

YERAZKA:)- Mənə deyirsən ki mənsiz yaşa, yaşayarmı bu bədən ruhu olmasa?

KONUL ALIYEVA- Qalan son sevgi parçasını ilk gündəki kimi yaşadacağam içimdə. Sevgilim heç bir zaman ayrılmayaq ölsəm belə əllərində.

DORA- Məsafələr kiçik sevgiləri yox edib, böyükləri isə artırar. Necə ki, külək şamı söndürür, atəşi alovlandırar.

WIYINKA- Eşqimizin suya düşəcəyini bilsəydim, balıq olardım
 
NERGIZ LOVE- Allah gücü kişiyə gözəlliyi qadına vermiş. Hər şeyi yenən güc gözəlliyə yenilmiş.
 
EСE USLU- Gözlərindən süzülən bir damla yaş olmaq istərdim. Gözlərindən doğub, yanaqlarından süzülüb, dodaqlarında ölmək üçün.

P.S. Yaddan çıxardıqlarım bağışlayın. Gələn dəfə mütləq siz olacaqsız.
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 3 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri