Saytımızın redaktoru Sevil Süleymanlı ilə tam səmimi müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 837
Səs ver:
(səs: 1)
1) Salam özünüzü Qadınlar. Biz userlərinə təqdim edin.
- Salam Qadınlar. Biz ailəsi. Adım Sevildir.

2) Neçə yaşınız var?
- 21 yaşım var.

3) Təhsillisiz?
- Orta ixtisas təhsilliyəm. Mühasibəm.

4) Nə üçün Qadınlar. Biz saytı?
- Burda işləmək mənə və var olmaq mənə xoşdu.

5) Qadınlar. Biz saytına ilk gəlişiniz necə oldu?
- Mammadovun dəvəti ilə gəlmişəm. Daha öncə başqa layihədə də birlikdə işlədiyimiz üçün məmnuniyyətlə qəbul etdim.

6) Saytımızda redaktor olmaq nece bir hissdir?
- Bu işə həvəsim olduğu üçün mənə əyləncəli gəlir. Amma bir az da yorucudur.

7) Sizin üçün həyat nədir?
- Müvəqqəti bizə bəxş olumuş bir sınaq müddətidir. Sonunda çətin bir imtahanı olan hazırlıq müddəti kimidir həyat.

8) Saytda ən çox hansı userin şərhlərini bəyənirsiz (tam səmimi)
- Antikvar gülməli və maraqlı şərhlər yazır bəzən. Ona gülürəm arada. Amma belə şərhləri elə də çox oxumuram.

9) Ən maraqlı xəbər müəllifi saytda kimdi?
- Dəqiq bir nik deyə bilmiyəcəm. Amma istifadəçilərin öz balaca balalarının şəkillərindən ibarət xəbərlərini çox bəyənirəm:)

10) Real həyatda ən yaxın rəfiqəniz?
- Rəfiqəm yoxdur. Sadəcə yaxşı və mehriban münasibətdə olduğum qızlar var realda.

11) Sizcə indiki zamanda yaxşı rəfiqə var?
- Bəlkə də var. Amma özüm bununla rastlaşmamışam.

12) Ailəlisiz, nişanlı yoxsa subay?
- Subayam.

13) Həyatda nəyi istəyib əldə etmisiz?
- Gücüm çatan qədər təhsil almaq istəmişəm. Nail olmuşam.

14) Həyatda ən çox dəyər verdiyiniz insan kimdir?
- Ailə üzvlərimin hər biri mənim üçün çooxx dəyərldidir.

15) Sevirsiz yoxsa sevilirsiz?
- Nə sevirəm, nə də ki sevilirəm. Ya da sevilirəm, amma mənim xəbərim yoxdur :))

16) Həyat sizə indiki yaşınıza qədər nələri öyrədib?
Həyat mənə nələr öyrədib bu yaşıma kimi:
1) İstər pislik istərsə də yaxşılıq. Kimə nə yaşatsan bir gün eynisini səndə yaşayacaqsan.
2) Yaxşı gündə sahib olduqlarının qədrini bilməyən insan, ardından gələn pis günlər də hər şeyi anlayır.
3) Həyatda ən gözəl mənəvi yara dərmanı zamandır.

17) Özünüzə bağışlaya bilmədiyiniz səhviniz var?
- Bəli. O qədərdir ki o səhvlər.

18) Ümumiyyətlə xasiyyətiniz necədi?
- Qapalı insanam. Çox danışan, çox gülən, çox hərəkətli biri deyiləm. Hər insanla asan ünsiyyət qura bilmirəm. Bir az da qaraqabağam :) Əsəbi bir az da səbirsizəm.

19) Sirr saxlaya bilənsiz yoxsa necə?
- Bacardığım qədər saxlayıram :) Bircə onu deyə bilərəmki insanların mənə olan inamı mənimcün çox dəyərlidir.

20) Saytımızda tanış olmaq istəyibdə çəkindiyiniz user var?
- Elə bir user yoxdur. Tanımaq istəsəm çəkinməmə bir səbəb də olmaz.

21) Yalanı bağışlayarsız?
- Baxır yalana. Elə yalanlar varkı bağışlaya bilərəm. Yalansız insan yoxdu çünki.
 
22) Ən çox işlətdiyiniz söz nədir?
Bunu ətrafımdakı insanlar daha yaxşı bilər məncə.

23) Kimə görə nəyi qurban verərdiniz?
- Mən qurban vermirəm. Sadəcə lazım olduğu kimi davranıram.

24) Ən çox dar gününüzdə sizə kim dəstək olur?
- Təbii ki ailəm. Ailəm dar günümdə də, yaxşı günümdə də yanımdadır. Mən də onların yanındayam.

25) Ən böyük arzunuz nədir?
- Ən böyük arzum yoxdur. Sadəcə gerçəkləşməsi möcüzə olacaq arzularım var. Allah hər bir möcüzəni reallaşdıracaq qədər qüdrətlidir.

26) Xarici görünüşünüzü bizə necə təsvir edə bilərsiniz?
- Qara saç, qara qaş, qara göz, ağbəniz biriyəm. Nə dünya gözəli deyiləm. Nə də eybəcər deyiləm :)

27) Həyatda nəyi daha çox istəyib gerçəkləşdirə bilməmisiniz?
- Məni yalnış tanıyan insanlara heç cürə özümü tanıda bilməmişəm. Zaman tanıdacaq amma.

28) İnsanın vicdanı özündən çox yaşayır. Bu fikirlə nə dərəcə də razısız?
- Bu yarı insanın özündən, yarıda ətrafdakılardan asılıdır. Həyatdan getmiş vicdansız insanın vicdansızlığını özü ilə birgə torpağa dəfn etmək lazımdır. Ona görə həyatda qalanları üzməyə dəyməz. Bu dünya da yaşayan hər kəs isə bilmədiriki o tək deyil. Sadəcə özü, özünü düşünərək yaşamamalıdır.

29) Xoşbəxtlik siz üçün nə deməkdir? Kimdə görürsünüz xoşbəxtliyi?
- Xoşbətlik hər insanın içində gizlənmiş, amma onu tapılması çox çətin olan bir hisdir. Xırda gözəlliklərlə xoşbəxt olmağı bacaran biri olmuram bəzən təəssüfki. Bunu etiraf edirəm.

30) Həyatda yaşama məqsədiniz?
- Yarı bu dünya, yarı axirətim üçün yaşayıram sadəcə.

31) Özünüzü başqalarından hansı xüsusiyyətiizə görə fərqləndirirsiniz?
- Belə bir xüsusiyyətim olduğunu düşünmürəm. Hamı kimlər üçünsə fərqlidir.

32) Sizdən yaşca kiçik biri sizə nəsə başa sala bilər?
- Əlbətdəki başa sala bilər. Məni hər ağıllı fikrə ehtiyacım var hər zaman.

33) Olduğunuz kimi görünürsünüz ya göründüyünüz kimisiniz?
- Olduğum kimi görünməm gərəkən vəziyyətlərdə olduğum kimi görünürəm. Əksi tələb etdikdə əksi oluram.

34) Ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsiniz?
- Ümidsiz birinin üzündə yalnız Allah gerçək təbəssüm yarada bilər. Çünki ümidsiz insan Allahdan da ümidini kesmişdir demək. Ona bəndə köməkçi ola bilməz.
 
35)Zəif cəhətiniz?
- Özümü güclü göstərirəm hər zaman. Halbuki çox gücsüzəm.

36) Keçmiş günlərinizi geri versələr gələcək günlərinizi qurban verərdinizmi?
- Yox əsla. Keçmiş gələcəyimçün bir dərsdir. Keçmişim olmadan gələcəyimin, gələcəyim olmadan keçmişimin bir mənası qalmaz.

37) Yaşadığıniz həyatdan razısınız? Dünayaya 2ci dəfə gəlsəniz yenə bu həyatı seçərdiniz?
- Naşükür bəndə olmamağa çalışıram. Amma hər kəs kimi mənimdə gileyləndiyim zamanlarım çox olur həyatımdan. Bu dünyaya ikici dəfə gələ bilməyəcəyim üçün bu haqda düşünmək istəmirəm.

38) Kədərli olduğunuz zamanlarda tək qalmağı sevirsiniz yoxsa cəmiyyət içində olmağı?
- Ümumiyyətlə çox zaman təkliyə ehtiyacım olur. 4 halda təkliyi seçirəm. Əsəbi olduğumda, ağlamaq istədiyimdə, üzgün olduğumda, düşünməyə ehtiyacım olduğunda.

39) Uşaqlığınızı necə yaşamısınız? Çılğın uşaqlıq yoxsa sakin uşaqlıq yaşamısınız?
- Uşaqlığım elə də şən keçmiyib. Problemli bir uşaqlıq yaşamışam.

40) Sevgi sizin üçün nə deməkdir? Ümumiyyətlə sevgiyə inanırsınız?
- Mənimçün ayrıca sevgi deyilən bir şey yoxdur. Sevgi bir neçə hissin birləşməsindən yaranan bir şeydir. Bunlar inam, hörmət, bağlılıqdır. Bir düşünün. Sevirsiz amma inanmırsız. O insanla bir ömürü paylaşa bilərsiz? Ya da sevirsiz amma münasibətinizdə hörmət deyilən bir şey yoxdur. Bu münasibət nə qədər davam edə bilər? Ona görə də tək sevgi bir işə yaramaz.. Mənimçün sevgi budur. 

41) Həyatı bacardığınız kimi yoxsa istədiyiniz kimi yaşayırsınız?
- Bacardığım kimi yaşayıram. İstədiyim kimi yaşayacaq qədər güclü deyiləm.

42) Seçim qarşısında qalsanız sevdiyiniz şəxsi yoxsa ailənizi seçərdiniz?
- Təbii ki ailəmi seçərdim. Məni 21 il ərzində ailəm böyüdüb boya-başa çatdırıb, hər pis günümdə nəmimlə birgə ailəm çəkib o çətinlikləri. Onların əziyyətini neçə taptalaya bilərəm? Ailəmin xeyir-duası olmadan qurulacaq gələcək mənə lazım deyil.
 
43) Qısqanc birisiniz?
- Həddindən artıq qısqancam. Bilirəm bu heç də yaxşı hal deyil :)

44) Sizcə insanlar vəfasızdır yoxsa həyat?
- İnsanlar var deyə vəfasızlıq var. İnsanlar var deyə çətinlik var. İnsanlar var deyə kin-küdurət var. Həyat buna neynəsin?

45) Göz yaşlarınız nəyi ifadə edir?
- Göz yaşları bəzən gücsüzlüyümüzü, bəzən ifadə edə bilmədiyimiz sözləri və ya hisləri, bəzən özümüzü heç cürə tapa bilmədiyimiz həyatı, bəzən də yaşadığımız sonsuz sevincimizi ifadə edir.

46) İdarə heyyəti üzvlərini necə tanıyırsınız?
- İdarə heyətindəki hər kəs alicənab, anlayışlı insanlardır.

47) Mənə sualınız varsa buyurun. Sizcə mən necə biriyəm?
- Nikiniz Pozitiv olduğu üçün, həyatda hər zaman pozitiv olmanın bir neçə qanununu bizim üçün açıqlayın. Sizi yaxından tanımıram, amma nikiniz qədər pozitiv bir xanım olduğunuza inanmaq istəyirəm.

48) Sonda müsahibəni bəyəndiniz? Və Qadınlar biz userlərinə ürək sözləriniz.
- İlk öncə məni sayıb seçdiyiniz üçün, diqqətiniz üçün sizə təşəkkürümü bildirirəm. Əziz xaımlar, həyatınızda nə olursa olsun hər zaman özünüz olun, həyatın sizin üzünüzə öz maskasını keçirməsinə izin verməyin. Oturuşunuzda, duruşunuzda danışığınızda həyatınızda hər zaman əsl qadın olduğunuzu sübut edin. Hər birinizə qadın xoşbətliyi arzuluyuram.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2 837
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri