Yusifim az qaldı qovuşmağımıza lap az

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 969
Səs ver:
(səs: 0)
Balam, körpəm, canım oğlum... Qovuşmağımıza inşallah sayılı günlər qaldı artıq...       
Həyatımın mənası, sevinci, sevgisi ele hesretini çəkmişik ki... sənin aramıza gəlmək istədiyini bildiyimiz anda
İnana bilməmiş, sevincdən göz yaşı axıtmışdıq.. sen atanın sevincindən dəli kimi evdə o tərəfə bu tərəfə qaçdığını görsəydin mənim kimi gülərdin hətta qorxardin... axı biz bu günü həsrətlə gözləmişik..
 
 
Şükürlər olsun rəhman və rəhim olan Allaha dualarımızı eşitdi səsimizə səs verdi...nə ata nə mən həyatdan elədə böyük şeylər ummamışıq yalniz səni istəmişik.
Səni bir anliq itirirdim.inan bu dəhşət idi.mən də atada özümüzə yer tapa bilmirdik...Allahım sənə qurban olum vermisən bunu mənə yalvariram əlimdən alma yalvariram sənə.sən hələ onda mənim bətnimdə 5həftəlik idin.həyəcanla qorxuyla həkimə getdik.ordada növbəni gözlərkən lap ağlamaq tutmuşdu bizi.ama  biz böyük Allahın ətəyindən yapışıb ondan kömək istəyirdik.nəhayət usm ə girdim.həsrətlə həkimə baxirdim.axirki o mənim gözlədiyim cavabi verdi:hər şey qaydasındadır.bayıra çıxanda atanin o baxışlarını görsəydin necə yaziq kimi baxıb birkəlmə xoş sözə görə onda səni nə qədər sevdiyimizi anlardin balacam...ama Allaha şükür o günlər geridə qaldi...
 
İndi artiq sənin gəlişinə sayılı günlər qalıb...ata sənin üçün qəşəng uşaq arabasi alıb.mənsə balaca şirin geyimlər oyuncaqlar balaca mavi əmzik almişam.bircə sən qalmisan bunları geyinib oynatmağa...inşallah o günü də görəcəyik...sənin o gül qoxunu dərindən içimizə çəkib balaca əl ayaqlarını tompul yanaqlarını öpüb, qorxa qorxa qucağımıza alanda bitəcək həsrət...Allahıma min milyon şükür...
Hər ay müayinəyə gedirdik...dekabr ayindada getdik.ilk dəfə onda eşitdim ürək döyüntünü .lap kövrəldim...çəkin61 qr.canim balam lap balaca idin...aprel ayindada getdik səni görməyə caaan necədə böyümüşdün.əllərin ayaqlarin hələ atanin burnuna oxşayan burnunu demirəm...atada şəkillərə baxib kövrəldi sevincdən...
İndi artiq iyun ayidi balacam bilirəm səndə bizi görməyə tələsirsən.çünki ananı dəqiqə başı təpikləyirsən...canım balam körpəm oğlum az qaldi çox az qaldi görüşməyimizə İnşallah səni sag salamat qucağıma alaram. sənə layiq ana olaram..sən bizə Allahin mükafatisan emanətisən...İnşallah bizdə bu mükafata layiq olub əmanəti qoruyarıq...Allahım səndən olmayanlara versin İnşallah...necə ki bizi sevindirdi səninlə, başqalarida sevinsin...amin.....
 
Yusifim, yaşama səbəbimiz, həyat eşqimiz,körpəmiz sag salamat gəl bu dünyaya...anana, atana layiq övlad ol balam.gəlişinlə sevindir bizi canım oğlum...
Həzrəti Muhəmməd (s ə s)buyurub: Övlad qoxusu cənnət qoxusudur.deməli İnşallah bizim də evimizdən cənnət qoxusu gələcək.Allah hər bir evə qismət etsin.deyilənə görə uşaq kasıbın sərvətidir.bizim nə böyük sərvətimiz varmışda bilməmişik canım oğlum...
Səni sevən gəlişini həsrətlə gözləyən anan...
 
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 4 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri